Anons

Dünən, 19:12- QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

Dünən, 17:08- “AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir

Dünən, 16:55- “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Dünən, 16:43- Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir

Dünən, 16:32- Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

Dünən, 16:24- Nazir müavini: Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır

Dünən, 16:10- KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

Dünən, 15:57- Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

Dünən, 15:36- Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

Dünən, 15:27- Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Dünən, 15:12- Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib

Dünən, 14:55- Qoruqlara giriş ödənişsiz olacaq - TARİXLƏR

Dünən, 14:38- Astara el məzarlığında ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ yaradıldı

Dünən, 14:31- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 13:43- Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Dünən, 13:31- Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində

Dünən, 13:22- Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Dünən, 13:10- Mixail Şumaxer xəstəxanadan buraxılıb

Dünən, 12:57- Bu ilin 7 ayında 9793 boşanma qeydə alınıb

Dünən, 12:38- Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

Haqqımızda Əlaqə

Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub - CƏDVƏL

Tarix:12-09-2019, 11:48 Baxış Sayı:0

Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub - CƏDVƏL Azərbaycanda aparılan sosial siyasətin mühüm istiqamətlərindən biri də müvafiq kateqoriyalardan olan, sosial müdafiəyə ehtiyac duyan uşaqların ünvanlılıq, effektiv və optimal təminat prinsipləri əsasında etibarlı sosial təminat sistemi ilə dolğun şəkildə əhatə olunmasıdır. Bu isə ölkədə sosial dəstəyə ehtiyac duyan hər bir uşağın dövlət tərəfindən birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklənməsinə imkan verir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilənlərin 166 min nəfəri, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin (65 min ailə, 270 min ailə üzvü) 140 minə qədəri uşaqlardır.

Nazirlikdən verilən məlumata görə, yeni doğulan uşaqlara görə ailələrə birdəfəlik müavinət verilir və təkcə ötən il ərzində 130 minə yaxın uşağa görə birdəfəlik müavinət ödənilib.

O cümlədən, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin, müddətli həqiqi hərbi xidmət qulluqçularının, həmçinin beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək və valideynlərini itirmiş və sağlamlıq imkanları məhdud 92.8 min uşağın sosial müdafiəsi üçün aylıq sosial müavinət verilir. İl ərzində 35 minə yaxın 3 yaşadək uşağa qulluğa görə onların sığortaolunan valideynlərindən birinə müavinət ödənilir.

Ümumilikdə il ərzində Azərbaycanda 565 minədək uşaq birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklə əhatə olunur.

Bununla bərabər, cari ildə dövlət başçısının təqdim etdiyi və vətəndaş rifahının təminatı sahəsində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketinin tərkib hissəsi kimi, uşaqlara yönələn sosial ödənişlər də ciddi şəkildə artırılıb: sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün sosial ödənişin məbləği 82 manatdan 2,4 dəfə artırılmaqla 200 manata çatdırılıb. Onlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla yanaşı, həmin uşaqlara qulluq edənlər üçün 50 manat məbləğində aylıq təqaüd təsis edilib. Həmçinin beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...