Anons

Bu gün, 12:28- Pandemiya dövründə Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 14 min nəfər artıb

Bu gün, 11:42- Bakı Nəqliyyat Agentliyi paytaxta yeni avtobuslar gətirəcək

Dünən, 15:31- “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

Dünən, 13:10- Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsindən 14 il keçir

Dünən, 12:20- Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq - PROQNOZ

Dünən, 11:48- Azərbaycanda hazırda süni nəfəs aparatına 58 nəfər qoşulub

12-07-2020, 17:50- TƏCİLİ - 2 hərbçimiz ŞƏHİD OLDU - Yaralılar var

10-07-2020, 13:30- Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi başa çatdırılıb

10-07-2020, 12:19- Pandemiyadan zərər çəkmiş sahibkarlara veriləcək 300 milyon manatadək kreditlər dövlət zəmanəti ilə təmin ediləcək

9-07-2020, 14:22- Azərbaycanda Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

9-07-2020, 12:16- İyulun 1-dək 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

9-07-2020, 11:41- Prezident İlham Əliyev Bakıda yarımstansiyasının açılışında iştirak edib

9-07-2020, 10:38- Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib

8-07-2020, 13:50- Bakıda tədrisi digər dillərdə olan bölmələrin I sinfə qəbul üçün məktəb seçiminə başlanılıb

8-07-2020, 12:27- Azərbaycan şahmatçısı Qran-Pridə dünya çempionu ilə oynayacaq

8-07-2020, 11:45- AQTA: Yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir

8-07-2020, 10:20- Bakının rabitə operatoru 3 min LTE modem alır

7-07-2020, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

7-07-2020, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

7-07-2020, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

Haqqımızda Əlaqə

Nazir: 6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

Tarix:11-09-2019, 12:12

Nazir: 6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir.

Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb.

C.Bayramov əlavə edib ki, bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbəri barəsində işlərində verdiyi nöqsana görə intizam tədbirləri tədbiq edilib.

Bununla yanaşı, 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin əmək müqaviləsinə xitam verilib, 29 nəfər direktor və 37 nəfər direktor müavini barəsində intizam tədbirləri tədbiq edilib.

C.Bayramov deyib ki, 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilib. Buna səbəb onların nəticələrinin davamlı şəkildə aşağı olmasıdır: "7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...