Anons

Bu gün, 15:06- Bu il yol qəzalarında 557 nəfər ölüb

Bu gün, 14:55- Mikayıl Cabbarov xəbərdarlıq etdi

Bu gün, 14:47- “III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib

Bu gün, 13:34- Azərbaycanda sənaye məhsulu istehsalı artıb

Bu gün, 13:21- İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinə yekun vurulub

Bu gün, 13:12- “Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu

Bu gün, 13:00- “ASAN xidmət”ə 34 milyonuncu müraciət

Bu gün, 12:48- Türkiyənin ticarət mərkəzində iri terror aktının qarşısı alınıb

Bu gün, 12:39- Bakıda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb

Bu gün, 12:26- “Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi

Bu gün, 12:15- Nazirlik bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi

Bu gün, 12:07- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edirlər

Bu gün, 11:54- ADU-nun rektoru ÇXR Pekin Bələdiyyəsinin Təhsil Komissiyası nümayəndə heyəti ilə görüşüb

Bu gün, 11:41- Gömrük Akademiyasında gömrük rəsmiləşdirilməsi üzrə təlimlər təşkil olunur

Bu gün, 11:32- Azərbaycan Dillər Universitetində Qədim dillər Elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bu gün, 11:19- ABŞ nümayəndə heyəti “ASAN xidmət”də

Bu gün, 11:10- Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi

Bu gün, 10:56- AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

Bu gün, 10:43- Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

Bu gün, 10:34- Bakıda məişət tullantıları konteynerlərinin sayı artırılır

Haqqımızda Əlaqə

Azərbaycanda onlara nikaha girmək qadağandır

Tarix:10-09-2019, 15:59

Azərbaycanda onlara nikaha girmək qadağandır
2019-cu ilin 6 ayında ölkədə 29 242 nikah, 8 324 boşanma qeydə alınıb. Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.

Nikah - kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Eyni zamanda, qanunvericilik bəzi şəxslərin birgə nikahını qadağan edir.

Bu barədə danışan Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, nikah bağlanması tərəflərin razılığı ilə həyata keçirilə bilər:

“Vətəndaş nikaha daxil olmaq istəyərkən, İcra Hakimiyyətində qeydiyyatdan keçməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, şəxslər nikahı onların istəklərinə uyğun olaraq bağlana bilər.

Nikaha daxil olmaq üçün tərəflər 18 yaşını tamamlamalıdır. İstisna hallarda İcra Hakimiyyətinin rəyi əsasında 17 yaşda olanların nikahına icazə var”.

Hüquqşünas qeyd edib ki, qanunla azyaşlıların nikahı qadağandır:

“Azyaşlılar arasında nikah bağlanarsa və bu hal aşkarlanarsa, nikah etibarsız sayılır. Bütün hallarda həm Konstitusiyada, həm də Ailə Məcəlləsində əks-cinslər arasında nikahın bağlanması ilkin olaraq yaş məhdudiyyətilə qadağan oluna bilər. Digər tərəfdən, barəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan qərarı elan olunmuş şəxs də nikaha daxil ola bilməz”.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

- övladlığa götürənlər və övladlığa götürülənlər;

- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

- tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;

- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

- nikahın bağlanması üçün müraciət edən şəxslər eyni cinsdən olduqda.


Eyni zamanda, nikahın bağlanması üçün müraciət edən şəxslərin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyadı göstərilməli və ərizə blankında göstərilmiş suallara cavab verilməlidir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...