Anons

Bu gün, 20:32- “Keşlə” dairəsində görüntülənən YPX haqqında Vaqif Əsədovdan RƏSMİ AÇIQLAMA - VİDEO

Bu gün, 17:51- Dr.kosmetoloq Həcər Hüseynova: "Məşhur kosmetoloq olmaq istəyirəm"

Bu gün, 17:27- Övladını məktəbdən götürməyə tələsən ana onu maşınla vurdu - VİDEO

Dünən, 23:52- Bakı Yol Polisi: Təhlükəsizliyimizi birgə təmin edək - VİDEO ÇARX

Dünən, 23:00- BAKI YOL POLİSİ və YPX.AZ: #TelefonaYoxYolaBax!

Dünən, 17:42- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

Dünən, 17:20- Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

Dünən, 16:54- Azərbaycanın ixracında özəl sektorun payı ötən ay kəskin artıb

Dünən, 16:25- Abşeron RİH-i başçısının Görədil sakinləri ilə görüşü keçirildi

Dünən, 15:58- I sinfə qəbul qaydaları açıqlanıb

Dünən, 15:46- Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır

Dünən, 15:37- Bakıya yeni metro vaqonları gətiriləcək

Dünən, 15:25- Məktəblilərarası “Avropa Pul Viktorinası”na qeydiyyat başlayıb

Dünən, 15:13- İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı

Dünən, 15:04- Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik olub

Dünən, 14:52- Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Dünən, 14:39- Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub

Dünən, 13:28- Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Dünən, 13:20- Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək

Dünən, 12:55- Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq

Haqqımızda Əlaqə

Bu il ali təhsil müəssisələrinə qəbulolma 91.03 faiz olub - DİM-ini STATİSTİKASI

Tarix:21-08-2019, 17:23

Bu il ali təhsil müəssisələrinə qəbulolma 91.03 faiz olub - DİM-ini STATİSTİKASI Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini avqustun 20-də elan edib.


Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. I mərhələdən sonra isə ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunmuşdu. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 idi.


DİM-dən Modern.az-a bildirilib ki, hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43480* (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub. 17947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.


Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 %, 20 ali təhsil müəssisəsində 90%-dən, 9 ali təhsil müəssisəsində 80%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70%-dən çox dolub.


Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.92%-nin, Bakı Biznes Universitetinə qəbul olunanların 51.45%-nin, Azərbaycan Kooperasiya Universitetinə qəbul olunanların 39.44%-nin subbakalavrlar olduğunu görərik.


Xatırladaq ki, I mərhələdən sonra qəbul olunanlar avqustun 27-dək , boş qalan yerlərə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


Qeyd: *Hərbi həkim ixtisası üzrə qəbul olunanlar nəzərə alınmaqla.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...