Anons

Bu gün, 15:39- Yapon alimlərinin son kəşfi - insanlar üçün quyruq!

Bu gün, 15:28- "Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

Bu gün, 15:16- BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Bu gün, 15:07- Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Bu gün, 14:54- Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb

Bu gün, 14:42- Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir

Bu gün, 14:31- Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gün, 14:23- Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bu gün, 13:50- Maestro Niyazinin xatirəsi yad olunacaq

Bu gün, 13:37- AFFA rəsmisi beynəlxalq təyinat alıb

Bu gün, 13:30- Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib

Bu gün, 13:18- Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu gün, 13:09- “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI

Bu gün, 12:54- Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bu gün, 12:42- “Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Bu gün, 12:33- Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ

Bu gün, 12:25- Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

Bu gün, 11:41- "Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı

Bu gün, 11:32- ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Bu gün, 11:19- BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Haqqımızda Əlaqə

ADU-da “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib

Tarix:14-08-2019, 17:36 Baxış Sayı:0

ADU-da “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib Avqustun 9-da Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Turkish” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, CSL Turkish proqramının ADU üzrə direktoru, dosent Jalə Qəribova proqram iştirakçılarını və qonaqları salamlayıb. O, proqramın başa çatmasına görə çox kədərləndiyini bildirib: “8 həftə davam edən mənalı, rəngarəng və həyəcanlı həftələri geridə qoyduq. Proqram müddətində Bakıdakı həyat haqqında çox maraqlı şeylər öyrəndiniz və zəngin təcrübə qazandınız. Proqram çərçivəsində siz Azərbaycanda ailə münasibətlərini və insanların bir-birilərini necə dəyərləndirdiklərini öyrəndiniz”.

Prorektor çıxışının sonunda çalışqan və motivasiyalı olduqlarına görə amerikalı tələbələrə, eyni zamanda onların müəllimlərə, dil partnyorlarına, rezident direktora, ailələrə və proqram təşkilatçılarına təşəkkür edib.

Amerika Şurasının nümayəndəsi Elgün Məmmədov proqramın uğurla başa çatdığını söyləyib, bu proqrama qatılan hər bir kəsi təbrik edib və onlara uğurlar arzulayıb. O, eyni zamanda universitet rəhbərliyinə təşəkkür ünvanlayıb.

Amerikalı tələbələrlə iş üzrə rezident direktor Rebecca Barr 6 il öncə Ankarada bu proqramın iştirakçısı olduğunu qeyd edib: “Proqramın başa çatdığına inana bilmirəm. Azərbaycanda ilk dəfədir oluram. Gəlməzdən öncə Bakının bu qədər gözəl olacağını düşünmürdüm. Burada özümü həm rahat, həm xoşbəxt hiss edirəm”.

Sonra amerikalı tələbələrə türk dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.

Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx təqdim edilib.

Daha sonra türk dilini öyrənən amerikalı tələbələr türk dilində şeirlər səsləndirib və səhnəciklər nümayiş etdiriblər.

Sonda tələbələrə hədiyyələr verilib.

Qeyd edək ki, proqram çərçivəsində amerikalı tələbələr türk dilini öyrənməklə yanaşı, ölkənin bir sıra görməli yerlərinə səfər etmək imkanı qazanıblar. Ölkənin digər regionlarına təşkil olunan səfərlər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri, əhalisi ilə yaxından tanış olublar. İyunun 15-də başlayan “CLS Turkish” proqramı çərçivəsində amerikalı tələbələr 8 həftə ərzində türk dilini öyrənib.

ADU-da “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib
ADU-da “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...