Anons

Bu gün, 15:16- BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Bu gün, 15:07- Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Bu gün, 14:54- Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb

Bu gün, 14:42- Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir

Bu gün, 14:31- Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gün, 14:23- Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bu gün, 13:50- Maestro Niyazinin xatirəsi yad olunacaq

Bu gün, 13:37- AFFA rəsmisi beynəlxalq təyinat alıb

Bu gün, 13:30- Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib

Bu gün, 13:18- Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu gün, 13:09- “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI

Bu gün, 12:54- Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bu gün, 12:42- “Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Bu gün, 12:33- Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ

Bu gün, 12:25- Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

Bu gün, 11:41- "Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı

Bu gün, 11:32- ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Bu gün, 11:19- BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Bu gün, 11:10- Bu ərazilərdə qaz təchizatı dayandırılıb

Bu gün, 10:56- BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Haqqımızda Əlaqə

Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da

Tarix:14-08-2019, 14:53 Baxış Sayı:0

Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU-nun rektoru, akademik Kamal Abdullanın dəvəti ilə Azərbaycana gələn Çin Sosial Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun direktoru, Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü, professor Çjan Şuhua başda olmaqla Pekindən gələn elmi və pedaqoji işçilərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyətini qeyd edərək universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, elmi konfransların təşkilinin vacibliyini vurğulayıb. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tarixi İpək Yolunun dirçəlməsi ilə qlobal “Bir kəmər və bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalarda ixtisaslaşan rəhbərlik etdiyi qurumun elmi və ictimai fəaliyyəti, tədris prosesi barədə qonaqlara məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

Çin nümayəndə heyətinin üzvləri Siyasi Psixologiya Mərkəzinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov ilə görüşüblər. Görüşdə Azərbaycan-Çin münasibətlərinin inkişafı, Çinin siyasi inkişafının xüsusiyyətləri, islahatların aparılması və açılması siyasətləri, Çin xüsusiyyətləri ilə sosializmin qurulmasının nəzəri cəhətləri müzakirə edilib. Professor Çjan Şuhua Çinin siyasi inkişafının beynəlxalq əhəmiyyəti və beynəlxalq münasibətlərin demokratikləşməsinə həsr olunmuş “Dünya Siyasətindəki dəyişikliklər və Çinin yeni dövrü” mövzusunda məruzə ilə çıxış edib.

Qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovla da görüşüblər. İclasda ekoloji sivilizasiya konsepsiyasının davamlı inkişaf məqsədi kimi yaşıl iqtisadiyyat, yaşıl həyat tərzi, o cümlədən demoqrafiya və yeni istehlakçı mədəniyyətinin formalaşması proseslərinin planlaşdırılması və idarə olunması sahəsində Azərbaycan-Çin elmi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra çinli alimlər Sosial Tədqiqatlar Mərkəzində İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucla görüşüblər. Görüşdə Çinin sosial siyasət və sosial islahatlar sahəsindəki təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə tədqiqat layihələrinin həyata keçirilməsi planları müzakirə edilib. Çindən gələn qonaqlar – Çin Klassik Tibb Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Syuehun Fan və Pekin Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Tao Men ənənəvi Çin təbabəti, sağlamlıq üçün gimnastika “Tai Chi chuan” və təkbətək döyüş sənətinin “Wushu” əsasları mövzusunda master-klasslar keçiriblər.

Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da
Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...