Anons

Bu gün, 15:39- Yapon alimlərinin son kəşfi - insanlar üçün quyruq!

Bu gün, 15:28- "Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

Bu gün, 15:16- BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Bu gün, 15:07- Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Bu gün, 14:54- Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb

Bu gün, 14:42- Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir

Bu gün, 14:31- Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gün, 14:23- Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bu gün, 13:50- Maestro Niyazinin xatirəsi yad olunacaq

Bu gün, 13:37- AFFA rəsmisi beynəlxalq təyinat alıb

Bu gün, 13:30- Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib

Bu gün, 13:18- Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu gün, 13:09- “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI

Bu gün, 12:54- Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bu gün, 12:42- “Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Bu gün, 12:33- Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ

Bu gün, 12:25- Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

Bu gün, 11:41- "Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı

Bu gün, 11:32- ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Bu gün, 11:19- BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Haqqımızda Əlaqə

DİM: Bu il yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır

Tarix:14-08-2019, 13:49 Baxış Sayı:0

DİM: Bu il yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə abituriyentlərinin sayının azalmasını müşahidə etmək olur, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur.

Həmçinin bu il ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə daha çox idi. Ümumilikdə, 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişli üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir.

Qeyd olunan amillər bu il ixtisaslar üzrə, xüsusilə də dövlət sifarişli yerlər üzrə keçid ballarının daha aşağı formalaşacağı proqnozunu verməyə əsas verirdi. Bunu artıq builki keçid ballarına baxmaqla da müşahidə etmək olar.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib. Bu nömrədə həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.

Jurnalda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları verilib. Keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Odur ki, hər il keçid balları müsabiqə nəticələrindən asılı olaraq dəyişir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...