Anons

Bu gün, 18:32- "Ümid yeri" uşaq sığnacağında yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir - FOTO - VİDEO

Bu gün, 17:09- Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)

Bu gün, 16:58- Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Bu gün, 16:43- Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Bu gün, 16:21- AFFA danışılmış oyunlara görə 25 nəfəri diskvalifikasiya edib

Bu gün, 16:12- Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

Bu gün, 15:58- Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib

Bu gün, 15:46- Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib

Bu gün, 15:39- Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

Bu gün, 15:17- Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Bu gün, 15:08- Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək VƏZİFƏ VERDİ

Bu gün, 14:54- ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib

Bu gün, 14:45- İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Bu gün, 14:33- Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Bu gün, 14:21- Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Bu gün, 14:12- Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Bu gün, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Bu gün, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Bu gün, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Bu gün, 13:17- Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Haqqımızda Əlaqə

Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Tarix:21-07-2019, 16:51

Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib İyul ayının 19-da Lənkəran şəhərində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun təşəbbüsü və deputat Rüfət Quliyevin təşkilatçılığı ilə bakılı və yerli sahibkarların işgüzar görüşü keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 60-a yaxın sahibkar və KİV nümayəndələri iştirak edib.
Görüşü giriş sözü ilə açan Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev son illərdə ölkədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi kursun reallaşmasında kiçik və orta biznesin mühüm rolundan ətraflı bəhs edib, ölkə rəhbərinin bu sahənin inkişafına verdiyi böyük önəmi, ölkədə sahibkarlığın genişlənməsi üçün yaradılan münbit zəmini, qəbul edilən çoxsaylı qərarları xüsusilə vurğulayıb.
Lənkəran rayonunda da sahibkarlığın genişlənməsinə xüsusi diqqət yetirildiyini qeyd edən deputat bildirib ki, bugünkü görüşün keçirilməsi Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun kiçik və orta biznesin inkişafına hərsahəli qayğısının bariz faktıdır.
Rüfət Quliyev görüşün məqsədini açıqlayaraq nəzərə çatdırıb ki, bura yığışan sahibkarlar geniş fikir mübadiləsi aparıb, bir-birlərinə qarşılıqlı kömək məsələlərini, yeni sahə və filialların yaradılması barədə fikirlərini bölüşməli, qazandıqları uğurlar və rastlaşdıqları çətinlikləri də müzakirə etməlidirlər.
Bakıdan təşrif buyurmuş sahibkarların fəaliyyət sahələri barədə məlumat WeClub-un rəhbəri İradə xanım Zeynalova tərəfindən verildikdən sonra qonaqlarla yerli sahibkarların ətraflı tanışlığı baş tutub.
Bundan sonra fikir mübadilələri ətrafında müzakirələr başlanıb.
Müzakirələrdə çıxış edən “Cənub Aqrar” MMC-nin rəhbəri Emin Cəbizadə, “Bağçam uşaq bağçaları”nın rəhbəri Samirə Muxtarova, “Astara Çay” MMC-nin rəhbəri Şirqasım Məmmədov, “Bakı Tourist Hostinq Offise”nin nümayəndələri Tərlan Yusubov və Vüqar İbrahimov, “Diamond Hotel”inin Rüfət Əbilov, sahibkar Elyar Cəfərov, “Kiçik Qızılağac Balıqartırma” müəssisəsinin rəhbəri Dadaş Abasov, “Life Guard” Şirkətinin nümayəndələri Orxan Qasımov və Həcər Xəlilova, “WeClub”un nümayəndəsi Zaur Murtuzayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin sektor müdiri Mikayıl Cəfərzadə, “Lənkəran” qəzetinin redaktoru Əlimardan Əliyev və başqaları sahibkarlıq xüsusilə də kiçik və orta sahibkarlığın inkişafından geniş danışıb, uyğun sahələrin bir-birinə qarşılıqlı kömək imkanlarını qeyd ediblər. Gələcək əlaqələr üçün vizit kartları mübadiləsi edən sahibkarlar tədbirin böyük əhəmiyyətini xüsusilə vurğulayıblar.
Sonda tədbiri yekunlaşdıran Rüfət Quliyev tədbirin keçirilməsi və yaradılan şərait üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova təşəkkürünü bildirib, qeyd edib ki, gələcəkdə də belə görüşlər mütamadi olaraq keçiriləcək, festivallar, sərgilər, təcrübə mübadilələri təşkil olunacaq.
Görüşdən xoş təəssüratla ayrılan qonaqlar “Lənkəran Çay-5” Çay fabrikində əkin və istehsal sahələrinin işi ilə də tanış olublar.

Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib
Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib
Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...