Anons

Dünən, 21:50- Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"

Dünən, 17:10- Bakının 200-dən çox köhnə yaşayış binasında yeni liftlər quraşdırılıb

Dünən, 16:58- Növbəti əfv sərəncamı olacaq? - Komissiya üzvündən AÇIQLAMA

Dünən, 16:49- Ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarımız

Dünən, 16:40- Xətainin heykəlinin yeri dəyişdirilir

Dünən, 16:28- Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu

Dünən, 16:21- Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib

Dünən, 16:12- Tokio-2020: Gender bərabərliyi təmin olunacaq

Dünən, 15:59- BMT-nin Əhali Fondu: Dünya əhalisi sürətlə qocalır

Dünən, 15:47- Azərbaycanda yeni sənaye məhəllələri açılacaq

Dünən, 15:38- Azərbaycanda şprislərlə bağlı yeni standartlar qüvvəyə minib

Dünən, 15:25- BNA havaların soyuması ilə əlaqədar dezinfeksiya işləri aparır

Dünən, 15:16- Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb

Dünən, 15:04- Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

Dünən, 14:55- Ərdoğan: Türkiyə “ermən soyqırımı”nın qondarma olduğunu təsdiq edən sənədləri ABŞ-a təqdim edib

Dünən, 14:39- Məhkəmə ekspertlərinə ixtisas dərəcəsi veriləcək

Dünən, 14:30- Temperatur aşağı düşəcək - XƏBƏRDARLIQ

Dünən, 14:23- Uşaqların zərərli informasiyadan qorunması haqqında qanuna dəyişiklik edilib

Dünən, 14:12- Bu gün Azərbaycan Slovakiya ilə qarşılaşır

Dünən, 14:04- "Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilir

Haqqımızda Əlaqə

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Tarix:10-07-2019, 17:11

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi  konfrans keçirilib Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin və “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin birgə təşəbbüsü ilə Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın açılış mərasimində Azərbaycanın tanınmış alimləri, ziyalılar, gənc tədqiqatçılar və tələbələr iştirak edib.

Konfransa Türkiyə və Şimali Kipr Türk Cumhuriyyətindən, o cümlədən Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrindən ümumilikdə 139 tezis təqdim olunub. Onlardan 109-u təşkilat komitəsi tərəfindən çapa tövsiyə edilib. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci qrant müsabiqəsinə layihə şəklində təqdim edilib və qalib gəlib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Açılış nitq ilə çıxış edən “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin sədr müavini Saday Vəliyev təşkilatın son illər həyata keçirdiyi layihələrdən, BDU-nun Filologiya fakültəsi ilə uğurlu əməkdaşlıqdan və keçirilən konfransın mühüm tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycanda dilçi və ədəbiyyatşünas kadrların hazırlanmasında universitetin Filologiya fakültəsinin müstəsna rolu olub.

BDU-nun Filologiya fakültəsinin dekan müavini, professor Nizami Xəlilov Filologiya fakültəsinin keçdiyi yüzillik şərəfli inkişaf yolundan, burada fəaliyyət göstərmiş görkəmli ziyalıların xidmətlərindən danışıb, universitetin ilk azərbaycanlı müəllimlərindən biri olan Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığının bəzi mühüm məqamları haqqında məlumat verib.

BDU-nun “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, təşkilat komitəsinin üzvü Pərvin Eyvazov konfrans barəsində hesabat xarakterli çıxış edib.

Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Xəlil Yusifli Azərbaycan ədəbiyyatşünaslığının inkişafında Bakı Dövlət Universitetinin rolundan, Filologiya fakültəsinin respublikamızdakı nüfuzundan, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli BDU-nun Filologiya fakültəsinin elmi mühitindən, universitetin görkəmli dilçi alimlərinin fəaliyyətindən söz açıb.

Sonra Türkiyənin Fırat Universiteti Müasir türk dilləri kafedrasının dosenti Süleyman Kaan Yalçının və Şimali Kipr Türk Cumhuriyyəti Girne Amerikan Universitetinin Türk dili və ədəbiyyatı müəllimliyi kafedrasının müdiri dosent Elza Alışova Dəmirdağın çıxışlarını əks etdirən videomaterial nümayiş olunub. Hər iki çıxışçı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin yüz illik yubileyi münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdırıb, təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

Daha sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Əliqızı, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin böyük elmi işçisi dosent Qüdsiyyə Qəmbərova Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu elm ocağının müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən zəngin və şərəfli bir yol keçdiyini, böyük ziyalıların fədakar əməyi sayəsində yetişdirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın tərəqqisinə misilsiz töhfələr verdiyindən bəhs ediblər.

Sonda konfransın təşkil olunmasında fəal iştirak etmiş BDU-nun Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsinə “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyi adından təşəkkürnamələr təqdim olunub.

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi  konfrans keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...