Anons

Bu gün, 17:10- Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

Bu gün, 16:55- Uzaqdan yaxına səmimi etiraf – Fialə Abdullayeva yazır

Bu gün, 16:48- “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirili

Bu gün, 16:36- Azərbaycan 190 ölkə arasında 9-cu yerdədi

Bu gün, 16:27- BDU Mətbuat xidməti yenə fərqləndi

Bu gün, 16:14- Avtovağzalın məlumat mərkəzi yenilənir

Bu gün, 16:05- Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı

Bu gün, 15:53- Əfqan Abdullayev: “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir”

Bu gün, 15:02- “Kontakt Home” CƏRİMƏLƏNDİ

Bu gün, 14:53- Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır

Bu gün, 14:46- 1500-dən çox tələbə oxuduğu məktəbi və ixtisası dəyişmək istəyir

Bu gün, 14:34- Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

Bu gün, 14:17- Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Bu gün, 14:08- Huawei məhdudiyyətlərə baxmayaraq, 270 milyon smartfon satmaq niyyətindədir

Bu gün, 13:55- ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib

Bu gün, 13:43- BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Bu gün, 13:31- Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Bu gün, 13:19- Güclü külək davam edəcək, rayonlara dolu düşəcək

Bu gün, 12:45- Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı yeni QƏRAR verildi

Bu gün, 12:33- Bakının bu çimərliyində nəhəng ilan insanları vahiməyə saldı - VİDEO

Haqqımızda Əlaqə

Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq

Tarix:10-07-2019, 16:59 Baxış Sayı:46

Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq Azərbaycan dili Serbiyanın ən böyük və qədim ali təhsil ocağı olan Belqrad Universitetində tədris olunacaq. Bu barədə Serbiyanın aparıcı mətbu orqanları məlumat yayıb. Həmin məlumatlarda qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın başçılıq etdiyi Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti iyunun 17-də Belqrad Universitetinin rəhbərliyi ilə görüşlər keçirib.

Həmin görüşlərdə Azərbaycan alimlərinin iştirakı ilə müştərək elmi layihələrin hazırlanması, professor müəllim heyəti üzvlərinin qarşılıqlı səfərləri barədə məsələlər müzakirə edilib.

Görüşlərdə qeyd olunub ki, bir müddət əvvəl Belqrad Universitetində Azərbaycan dilinin tədris olunması barədə müzakirələr aparılıb. Həmin müzakirələrin nəticəsi olaraq Azərbaycan dilinin bu universitetdə öyrənilməsi ilə bağlı razılıq əldə olunub. 2019-2020-ci tədris ilindən başlayaraq Belqrad Universitetinin filologiya fakültəsində tələbələrə keçiləcək Azərbaycan dili 200 ildən çox tarixi olan nüfuzlu ali məktəbdə akkreditasiyadan keçib.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiya Respublikasındakı Səfirliyinin birbaşa dəstəyi ilə 2018-ci il aprelin 26-da Belqrad Universitetinin filologiya fakültəsində Azərbaycan dili və mədəniyyəti mərkəzi təntənə ilə açılıb. Bunun qarışılığı olaraq mayın 21-də ADU-da Serb dili və mədəniyyəti mərkəzi istifadəyə verilib.

Mərkəzin açılışında Serbiya prezidenti Aleksandr Vuçiç iştirak edib. 2018-2019-cu tədris ilindən etibarən isə ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri Serb dilini xarici dil kimi öyrənirlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan dilini Serbiyada uzun müddət yaşayan professor Zərifə Əlizadə tədris edəcək.

Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...