Anons

Bu gün, 15:00- Azərbaycanda yeni medallar təsis edilir

Bu gün, 14:49- Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Bu gün, 10:45- Milli Məclis bu günə iclas çağırdı - Gündəliyə 23 məsələ çıxarılır

Bu gün, 10:32- Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Bu gün, 10:19- İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir

Haqqımızda Əlaqə

AzTU Elmi Şurasının növbəti iclası keçirilib

Tarix:12-06-2019, 16:49

AzTU Elmi Şurasının növbəti iclası keçirilib
İyunun 12-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti iclası keçirilib.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov əvvəlcə iclasın gündəliyi ilə iştirakçıları tanış edib.

İclasda Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) professoru, “Metalkəsən dəzgahlar” kafedrasının müdiri Sylvio Simona AzTU-nun fəxri doktoru adı verilməsini qeyd edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Almaniya universitetləri, o cümlədən Brandenburq Texniki Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb.

AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov çıxış edərək bildirib ki, Sylvio Simonun koordinatorluğu ilə Brandenburq Texniki Universiteti ilə AzTU arasında maşınqayırma sahəsində sıx elmi və tədris əlaqələri mövcuddur. Alman Akademik Mübadilə (DAAD) “Şərq əməkdaşlığı” proqramı çərçivəsində Lausits Ali Məktəbi ilə qurulan əlaqələr, 2013-cü ildə AzTU-nun 14 tələbəsinin BTU-da yay məktəbində iştirakı, BTU-nun təşkilatçılığı ilə AzTU-da keçirilən elmi seminarlar və bütün bunların məntiqi nəticəsi olaraq maşınqayırma fakültəsinin nəzdində “Maşın mühəndisliyi” ixtisası üzrə almandilli qrupun təşkil edilməsindən danışan prorektor qeyd edib ki, professor Sylvio Simon AzTU-nun Avropa ali təhsil sisteminə inteqrasiyasında müstəsna xidmətlər göstərib.

Daha sonra Elmi Şura üzvlərinin səsverməsi ilə professor Sylvio Simon AzTU-nun fəxri doktoru elan edilib.

AzTU-nun fəxri doktoru adına layiq görüldüyü üçün çox məmnun olduğunu vurğulayan professor Sylvio Simon ikili əlaqələrin inkişafı üçün bu günədək gördüyü və görəcəyi işlərdən danışıb. Almaniyalı professor bundan sonra da universitetlər arasındakı əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.

Daha sonra iclasda açıq səsvermə yolu ilə Strateji planlaşdırma şöbəsinin Əsasnaməsi təsdiq edilib və müxtəlif məsələlər müzakirə edilərək müəyyən qərarlar qəbul edilib.

Elmi Şuranın iclasından sonra almaniyalı qonaqlar AzTU-nun “Maşınqayırma” fakültəsinin “Maşınqayırma texnologiyası” kafedrasının professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Görüş zamanı almaniyalı qonaqlar tərəfindən kafedraya 3D printeri hədiyyə edilib. Bu printerdən tələbələr dərs vəsaiti kimi

istifadə edəcəklər. 3D printeri tələbələrə hissələrin texnoloji proseslərinin layihələşdirilməsi nəticəsində alınan son məhsulun hazırlanmasına imkan verəcəkdir.

AzTU Elmi Şurasının növbəti iclası keçirilib
AzTU Elmi Şurasının növbəti iclası keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...