Anons

Bu gün, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

Bu gün, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

Bu gün, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

Bu gün, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

Bu gün, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

Bu gün, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

Bu gün, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

Bu gün, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Bu gün, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

Bu gün, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Bu gün, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Bu gün, 14:31- Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb

Bu gün, 14:17- “Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb

Bu gün, 14:08- Konfutsi İnstitutu Çin sərgisində iştirak edib

Bu gün, 13:58- Çin Azərbaycanda şin zavodu tikəcək

Bu gün, 13:45- Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq

Bu gün, 12:36- Azərbaycanda daha iki Data mərkəzi tikilir

Bu gün, 12:24- Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

Bu gün, 12:13- İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılacaq

Bu gün, 11:58- 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Haqqımızda Əlaqə

Kitabxanaçılar Ç.Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında iştirak etdilər

Tarix:24-05-2019, 14:35 Baxış Sayı:50

Kitabxanaçılar Ç.Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında iştirak etdilər Bu gün, mayın 23-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Xalq yazıçısı Çingiz Abdullayevin “Torjestvo xama” kitabının təqdimatı keçirildi. Təqdimatda M.Ş. Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları və fəal oxucuları da iştirak etdilər.

Xalq yazıçısı Ç.Abdullayev bildirdi ki, onun növbəti kitabı janrına görə – siyasi detektivdir. Görüşdə rastlaşdığı maraqlı hadisələrdən, iştirakçısı olduğu əhvalatlardan danışan Çingiz Abdullayev bildirdi ki, qızı kiçik yaşlarında atasına verdiyi: ”Dronqo kimdir?” sualına – “Bax gör kimə bənzəyir? Dronqo mənəm”, – deyə cavab verdiyini də söylədi.

Oxucuların suallarını cavablandıran Xalq yazıçısı bildirdi ki, o, mütaliəni vacib sayır, Amerika yazıçısı Rey Bredberi çox sevir. Yazıçı, eyni zamanda vurğuladı ki, Heminquey, Remark, Şekspir, Dostoyevski. Ayzek Azimov və Con Uindomun əsərlərini də maraqla oxuyur.

Azərbaycan yazıçılarından isə Anarın, Natiq Rəsulzadənin kitablarından təsirləndiyini bildirən Çingiz Abdullayev peşəkar yazıçı olmağın sirrinin 98%-i zəhmət, 1%-i Allahın verdiyi istedad, 1%-i isə şans olduğunu söylədi. O qeyd etdi ki, şans hər adama nəsib olmur. Bu yolu seçən adam ilk növbədə özünə inanmalıdır, ikincisi isə çox oxumalı, dünyanı öyrənməlidir. Xalq yazıçısı gənc oxuculara valdeynlərini sevməyi də tövsiyə etdi.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Yeganə Qafarova çıxışında bildirdi ki, kitabxananın oxucuları arasında aparılan sorğuların nəticəsinə görə ən çox oxunan müəllif Çingiz Abdullayev olmuşdur.

Çingiz Abdullayev imzaladığı “Soyuqdan dönməyən casuslar” kitabını kitabxanaya bağışladı.

Kitabxanaçılar Ç.Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında iştirak etdilər
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...