Anons

Bu gün, 17:10- Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı

Bu gün, 16:57- “Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Bu gün, 16:45- Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

Bu gün, 16:38- Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini

Bu gün, 16:29- “Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

Bu gün, 16:17- “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Bu gün, 16:12- Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bu gün, 16:00- Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Bu gün, 15:51- Mişel Platini həbs olundu

Bu gün, 15:38- Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Bu gün, 15:29- Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Bu gün, 15:16- Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Bu gün, 15:08- Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Bu gün, 14:55- “Facebook” öz kriptovalyutasını yaradacaq

Bu gün, 14:47- "Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

Bu gün, 14:38- Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Bu gün, 14:04- Vəkilliyə namizədlər and içiblər

Bu gün, 13:52- Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Bu gün, 13:39- “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Bu gün, 13:25- Azərbaycanda uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Haqqımızda Əlaqə

XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019 yekunlaşıb

Tarix:24-05-2019, 10:44 Baxış Sayı:45

XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019 yekunlaşıb Milli Debat Proqramı çərçivəsində keçirilən XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019-un Azərbaycan Dillər Universitetində keçirilən Final, Bağlanış və Mükafatlandırma mərasimi keçirilib. Mərasim Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunub. Daha sonra isə Bakı Gənclər Debat Forumu: Yaz 2019-un final oyunu baş tutub.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru prof. Kamal Abdulla qonaqları salamlayaraq, qısaca ilk debatların tarixindən söhbət açaraq debat təlimləri, turnirləri və bu tip forumların gənclər üçün yararlılığından bəhs edib. Daha sonra isə final mərhələsində iştirak edək komandalara uğurlar arzulayaraq digər debatçıları uğurlu fəaliyyətləri ilə bağlı təbrik edib.

Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında XIX dəfə keçirilən debat forumunun final mərhələsi ilə bütün debatçıları təbrik edərək, davamlı olaraq keçirilən Respublika Gənclər Debat Forumlarında müzakirə edilən mövzuların aktuallağına üstünlük verilməsinin müsbət cəhətlərini qeyd edib.

Tədbirin rəsmi hissəsinin davamında çıxış edən Milli Debat Proqramının rəhbəri Qulamhüseyn Məmmədov öz çıxışıda Milli Debat Proqramının 20 illik fəaliyyətindən danışaraq, qısaca uğurla yekunlaşdırılmış mövsüm haqqında məlumat verdikdən sonra bütün debatçıları uğurla yekunlaşmış forumla bağlı təbrik edərək növbəti mövsümdə uğurlar arzulayıb.

3 ay davam etmiş XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019 çərçivəsində “Beynalxalq tədbirlərin keçirilməsinin ölkənin inkişafında rolu” mövzusu ətrafında ümumilikdə 63 debat təlimi, 11 ekspert görüşü, 32 daxili debat turniri və 5 regional debat forumu (Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Lənkəran) keçirilib. Bundan əlavə layihə çərçivəsində 33 komandanın iştirakı ilə Bakı Gənclər Debat Forumu: Yaz 2019 baş tutub. Keçirilən mərasim Bakı Gənclər Debat Forumu: Yaz 2019-un Azərbaycan bölməsi üzrə final oyununda Azərbaycan Dillər Universitetinin “Debabat” və “Dereprobates” komandaları yarışıb. Nəticədə isə “Debabat” komandası forumun qalibi adına layiq görülüb. Həmçinin forumun Rus bölməsi üzrə qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank of UNEC” komandası olub. Həmçinin forumda hər iki bölmə üzrə ən yaxşı natiqlər də təltif edilib. Onlar Azərbaycan bölməsi üzrə Onlar, Lamiyə Əhmədzadə, Elşad Haşımov, Sevinc Əliyeva, Aytən Cəbrayılova (ADU), Sübhan Tağıyev, Fatimə Tağıyeva, Ağarəhim Şavruqzadə (AzTU), Gülnaz Hüseynova (ATU), Fəxri Nağıyev (ADİU), Ülkər Fətəliyeva (ATMU), Rus bölməsi üzrə isə Nəsibə Məmmədzadə, Valeh Musayev (BMU), Əli Abdullayev, Nəzrin İsgəndərova, Səidə Bayramovadır (UNEC). Forumun ən yaxşı hakimləri isə Talifa İsgəndərli və Tural Hüseynzadə olub.

Yekunda qalib və finalçılar mükafatlandırılıb.

XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019 yekunlaşıb
XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019 yekunlaşıb
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...