Anons

Dünən, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Dünən, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Dünən, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Dünən, 16:32- Martın 21-dən temperatur yüksələcək

Dünən, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Dünən, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Dünən, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Dünən, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Dünən, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Dünən, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Dünən, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Dünən, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Dünən, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Dünən, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Dünən, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Dünən, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Dünən, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Dünən, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Dünən, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Dünən, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” QSC arasında Anlaşma Memorandumu imzalanıb

Tarix:14-03-2019, 18:09 Baxış Sayı:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” QSC arasında Anlaşma Memorandumu imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində onların tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb.

Nazir müavini bu sahədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sından irəli gələn öhdəliklər də nəzərə alınmaqla məqsədyönlü işlərin aparıldığını qeyd edib. O, eyni zamanda, sosial infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsinin diqqətdə saxlanıldığını, yeni layihənin paytaxtın ən böyük nəqliyyat infrastrukturlarından biri olan metropolitendə onların rahatlıq və məmnunluğu təmin etmək məqsədi daşıdığını söyləyib.

“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı şəhərinin nəqliyyat sisteminin mühüm bir hissəsini təşkil edən metronun inkişafı, metro infrastrukturunun genişləndirilməsi, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün ardıcıl işlər aparıldığını qeyd edib. Sədr müavini metro infrastrukturun əlilliyi olanlar üçün müyəssərliyinin təmin edilməsi, Memorandumun bu sahədə və sosial mövzularda əhalinin məlumatlandırılması prosesində iki qurum arasında əməkdaşlığa əsas yaratdığını qeyd edib.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Memorandumu imzalayıblar.

Memorandumda Metropolitenin əlilliyi olan şəxslərlə bağlı həyata keçirəcəyi “Müyəssər Metro” adlı sosial xarakterli layihənin icrası, əlilliyi olan şəxslərin nəqliyyatın bu növündən rahat və maneəsiz istifadəsi sahəsində digər layihələrin hazırlanması və həyata keçirilməsi, nazirliyin hazırladığı sosial xarakterli reklam və təşviqat materiallarının Metropoliten ərazisində əvəzsiz olaraq yayımlanması kimi əməkdaşlıq istiqamətləri əksini tapıb.

Sənəddə gələcəkdə həyata keçirilə biləcək layihələrin müəyyən edilməsi üçün müştərək işçi qrupunun yaradılması da nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...