Anons

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Haqqımızda Əlaqə

Azərbaycanın qonşu ölkələrlə münasibətləri daha da zənginləşdirilib - XİN

Tarix:29-12-2021, 12:00

Azərbaycanın qonşu ölkələrlə münasibətləri daha da zənginləşdirilib - XİN
Azərbaycan Respublikası üçün qonşularının hər biri ilə dostluq münasibətlərinin saxlanılması və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xarici siyasətimizin prioriteti olaraq qalmışdır. İl ərzində Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə ali və yüksək səviyyədə təmaslar davam etmiş və münasibətlərin məzmunu bir çox hallarda konkret əməkdaşlıq layihələri ilə daha da zənginləşdirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri (15-16 iyun və 26 oktyabr 2021-ci il), işğaldan azad olunmuş ərazilərimizi ziyarət etməsi, Azərbaycan və Türkiyə Prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi imzalaması əlamətdar hadisə olmuşdur. Bundan əlavə, il ərzində hər iki dövlətin baş nazirləri, parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirləri və digər hökumət rəsmiləri səviyyəsində görüşlər təşkil olunmuş və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq həyata keçirilib.

2021-ci ildə də Rusiya Federasiyası ilə əməkdaşlığımızın məzmunu kifayət qədər zəngin olmuşdur. Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin 11 yanvar 2021-ci ildə Moskvada və 26 noyabr 2021-ci ildə isə Soçidə üçtərəfli görüşləri keçirilmişdir. İl ərzində Rusiya Federasiyasının Baş nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər etmişdir. Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclasları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası baş tutub.

İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanması üçün səylər göstərilmişdir. 27-28 noyabr 2021-ci ildə Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Görüşü çərçivəsində Azərbaycan və İran Prezidentləri arasında baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan vermişdir. Görüş çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalanmışdır. İl ərzində Azərbaycan və İran xarici işlər nazirləri arasında görüşlər təşkil olunmuşdur. 22 dekabr 2021-ci il tarixində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana ilk rəsmi səfərini edib.

Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla sabit əsasda inkişaf etmiş, hər iki dövlət rəsmilərinin, o cümlədən Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə, Azərbaycan Respublikasının müdafiə və mədəniyyət nazirlərinin Gürcüstana səfərləri baş tutmuşdur. Gürcüstan Baş naziri iştirakı ilə 29 sentyabr 2021-ci il tarixində Bakıda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Qazaxıstan ilə münasibətlərimiz qarşılıqlı hörmət və dostluq ruhunda davam etmiş, 21 iyun 2021-ci ildə Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ölkəmizə səfər etmişdir. Eyni zamanda, Qazaxıstanın ticarət və inteqrasiya naziri Bakıt Soltanov 9 sentyabr 2021-ci ildə Bakıda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak edib.

2021-ci ildə Türkmənistan ilə qarşılıqlı hörmət və dostluq ruhunda münasibətlərimiz davam etmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana səfər etmiş və səfər çərçivəsində 21 yanvar 2021-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumu” imzalanmışdır. İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Görüşü çərçivəsində Azərbaycan və Türkmənistan dövlət başçıları arasında Aşqabad şəhərində baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan verib.

2021-ci ildə üçtərəfli əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq davam etdirilmişdir. Belə ki, 13 yanvar 2021-ci ildə İslamabad şəhərində Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci, 23 fevral 2021-ci ildə isə Ankara şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşləri keçirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...