Anons

Dünən, 17:00- Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

Dünən, 16:37- Hökumət minatəmizləmə fəaliyyətinə dair tələbləri təsdiq edəcək

Dünən, 16:13- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 15:58- Nazirlər Kabineti unun qiyməti ilə bağlı qərar verib

Dünən, 15:24- Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

Dünən, 15:00- Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağası tətbiq olunacaq

Dünən, 14:35- Yeddi ay ərzində Azərbaycanda 64 mindən çox körpə doğulub

Dünən, 14:02- Azərbaycana elektromobillərin idxalı kəskin azalıb

Dünən, 13:47- ÜST üçüncü dozanın kimlərə vurulmasının tövsiyə olunduğunu açıqlayıb

Dünən, 13:46- Bakıda 29 yaşlı gənc qətlə yetirildi

Dünən, 13:19- İbtidai siniflərdə dərsliklər yenilənəcək

Dünən, 12:51- Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Dünən, 12:24- Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır

Dünən, 12:00- Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"

Dünən, 11:38- Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

Dünən, 11:05- Yollarda hərəkətə nəzarət gücləndiriləcək

Dünən, 10:17- Yeni metro stansiyası necə adlandırılacaq?

15-09-2021, 17:15- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

15-09-2021, 16:53- FHN-dən vətəndaşlara müraciət: Uşaqlara qarşı diqqətli olun!

15-09-2021, 16:27- Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

Haqqımızda Əlaqə

Zəfər Günü üçün əfv gözləntisi: “Müraciətlər kifayət qədər çoxdur”

Tarix:10-09-2021, 15:00

Zəfər Günü üçün əfv gözləntisi: “Müraciətlər kifayət qədər çoxdur”
"Bu ilin əvvəlində, Novruz bayramı öncəsi, ilk növbədə Vətən Müharibəsindəki qələbəmizə xidmət edən böyük bir əfv qərarı verildi. Bu qərarla 625 nəfərin əhatə olunması ötən onillərdə bu istiqamətdə atılan addımlarla müqayisədə sayca, əhatə dairəsinə görə daha böyük sayılmalı idi. Başlıca olaraq cəmiyyətdən edilən müraciətlər, xüsusilə şəhid ailələri, qazilər tərəfindən və onların təmsilçisi olduğu təşkilatların müraciətləri həssaslıqla qarşılanmaqda idi".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, Vətən Müharibəsi iştirakçılarının da belə xarakterli müraciətləri mövcud idi.

"Ötən illər ərzində dövlət başçısının 67 əfv qərarı ilə 10 minlərlə insan azadlığa qovuşub. Amnistiya qərarları da bilavasitə qanunvericilik sisteminə tətbiq olunduğundan, onun da nəticəsində həm hüquq sistemi humanistləşib, həm də burada onun tətbiq olunduğu insanların dövlət tərəfindən əfv edilməsi cəmiyyətdə birgə yaşayışa, sülhə, əminamanlığa, qarşılıqlı anlaşmaya xidmət edib. Dövlət bağışlayırsa, siz də insanlar biri digərinə doğru addım atın deyə, ictimai sabitliyin qorunmasında önəmli rol oynayıb".

Komitə sədri bildirib ki, hazırda əfvlə bağlı müraciətlər çoxdur. O əlavə edib ki, Prezident yanında Əfv Məsələləri Komissiyası ilin əvvəlində dövlətimizin gündəliyinin kifayət qədər sıx olduğu zamanda, xüsusi olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və bundan irəli gələrək hər bir sərhəd nöqtəsində hərbi qüvvələrimizin yerləşdirilməsi, delimitasiya, demorkasiya və yaxud, ümumiyyətlə müharibənin nəticələrinin dünyada qəbul etdirilməsi istiqamətində addımların atıldığı vaxtda 10 iclas, hər birində də 4 saatdan artıq müzakirələr aparıb:

"Bu müzakirələrdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılıb, heç biri diqqətdən kənarda qalmayıb, hər birinə fərdi münasibət olub. Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyev, o cümlədən, bütün hakimiyyət qollarının təmsilçiləri bu müzakirələrdə insanlarımızın hüquq və azadlıqlarına önəm veriblər. Həmin müzakirələrdə keçmiş təcrübədə mövcud olan, lakin 2020-ci ildə qazandığımız qələbinin 1 ilini nəzərə alaraq 8 noyabr öncəsi belə bir addımın atılması istəyini dilə gətirmişdik. Bu ilk növbədə qələbəmizin tarixləşməsi, zəfər yaddaşının formalaşdırılması, təkcə azadlıqdan məhrum olunan şəxslərin doğmalarının deyil, bütün xalqımızın bu günə münasibətinin formalaşdırılması anlamında müxtəlif tədbirlər sırasında əfv qərarının verilməsi ilə bağlı təklif irəli sürülmüşdü. Əfv prosesi çoxşaxəlidir. Bir sıra qurumların rəylərinin alınmasını tələb edir, müəyyən qədər zamana ehtiyac duyulur. Hər bir müraciətə diqqət və önəm verilir. Onun araşdırılması, penitensiar sistemdən, Ədliyyə Nazirliyindən, o cümlədən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, məhkəmə sistemindən həmin məsələ ilə bağlı rəylərin alınması və sonradan komissiyada hər bir şəxsin azad çərçivədə həmin insanlarla bağlı öz mövqeyini bildirməsi ilə müşayiət olunur. Müraciətlər belə geniş prosedurdan keçirilir".

Z.Oruc qeyd edib ki, komitə təmsilçiləri bunu arzu kimi dilə gətirirlər:

"Ümidvarıq ki, bu məsələdə işlər sistemləşdirilməkdədir. Lakin sonda dövlət başçısının qərarı mütləqdir. Konstitusiyaya görə, ali səlahiyyət kimi müstəsna olaraq məhz dövlətin birinci şəxsi bu hüquqa malikdir. Bu baxımdan 8 noyabrda əfvlə bağlı qərarın verilməsi yalnız cənab Prezident tərəfindən gerçəkləşdirilə bilər. Bu istiqamətdə komissiya formatında hər hansı hazırlıq yoxdur. Amma müraciətlər kifayət qədər çoxdur. Müraciətlərin dəyərləndirilməsi və təhlil edilməsi istiqamətində addımlar atılır. Belə bir yanaşma olarsa, bu istiqamətdə komissiyanın müzakirələri keçirilə bilər. Əks halda əfv qarşıdakı mühüm dövləti günlərdə reallaşdırılacaq".

Qeyd edək ki, daha öncə Modern.az-a açıqlama verən Əfv Məsələləri üzrə Komissiyanın üzvləri Fazil Mustafa, Rəşad Məcid və deputat Fəzail Ağamalı da Zəfər Günü münasibətilə əfv sərəncamının verilməsi təklifini müsbət qarşılayıblar.

Xatırladaq ki, bu il noyabrın 8-də Azərbaycanda ilk dəfə Zəfər Günü qeyd ediləcək. Vətən Müharibəsində qazandığımız tarixi qələbənin ildönümünə iki aydan az vaxt qalıb. Qarabağ Zəfərinin möhtəşəm tədbirlərlə qeyd ediləcəyi gözlənilir. Zəfər Günü münasibətilə gözlənilən humanist addımlardan biri də əfv sərəncamıdır. Belə ki, 8 noyabr – Zəfər Günü ərəfəsində əfv sərəncamının verilməsi istənilir və bununla bağlı təkliflər səsləndirilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...