Bu gün, 12:17- Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
Bu gün, 11:51- Azərbaycanda peyvənd olunanların sayı AÇIQLANDI
Bu gün, 11:24- Bakı metropoliteni YOXLANILIR
Bu gün, 11:00- Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
Bu gün, 10:39- Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
Bu gün, 10:06- Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
Dünən, 17:12- Ərdoğan tapşırıq verdi - Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkiləcək
Dünən, 17:00- Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır
Dünən, 16:35- Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Dünən, 16:09- Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Dünən, 15:41- Səkinə İsmayılova həyat yoldaşını itirdi
Dünən, 15:16- Səfərbərlik Xidməti məlumat yayıb
Dünən, 14:58- Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib
Dünən, 14:24- Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Dünən, 14:00- Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
Dünən, 13:32- Sabah milli parklara giriş pulsuz olacaq
Dünən, 13:07- “Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi
Dünən, 12:45- Yol polisi sürücülərə xəbərdarlıq etdi
Dünən, 12:19- Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır
Dünən, 11:56- Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi
Pakistana rəsmi səfəri çərçivəsində 14 yanvar 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvi ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Pakistan Prezidenti cənab Arif Alvi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi salamlarını çatdırıb və Azərbaycan dövlət başçısını Pakistanda qəbul etməkdən məmnunluq duyacağını bildirib. O, Azərbaycanın ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə təbrik edib.
Cənab Arif Alvi Qoşulma Hərəkatının Bakıda keçirilən dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirakını və bu zaman Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü xatırlayaraq, Azərbaycan dövlət başçısının uzaqgörən siyasətçi olduğunu xüsusilə vurğulayıb.
Hər iki ölkənin regional münaqişələrin beynəlxalq hüququn prinsipləri əsasında həllinə dair mövqeləri və bu xüsusda nümayiş olunan qarşılıqlı dəstək qeyd olunub. Pakistan Prezidenti, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını Pakistan dövlət başçısının diqqətinə çatdırıb. Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi vurğulayan nazir, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş ölkə Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.
Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq norma və prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllini dəstəklədiyi və İslam Əməkdaşlıq Təşkilatının müvafiq kontakt qrupu çərçivəsində iştirakımız qeyd olunub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və reabilitasiya işlərinin həyata keçirilməsindən bəhs edən nazir Ceyhun Bayramov hazırkı mərhələdə dost ölkələrin bu fəaliyyətə cəlb oluna biləcəyini qeyd edib.
Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üzrə qətiyyətli olduqlarını ifadə ediblər.