Anons

Bu gün, 22:27- “Alkart” uğur gətirir. İmicinizi “Alkarta” etibar edin!!!

Bu gün, 16:39- Azərbaycanın məşğulluq xəritəsi hazırlanır

Bu gün, 14:01- Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib

7-08-2020, 23:11- Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

7-08-2020, 13:15- İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

7-08-2020, 11:37- Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

5-08-2020, 12:18- Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA

5-08-2020, 11:50- Bakıda çimərlik mövsümünün açılışı olub

4-08-2020, 19:14- “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

4-08-2020, 16:18- “Bacarıqlı gənclər” festivalı keçiriləcək

3-08-2020, 19:45- Çimərliyə gedərkən hansı qaydalara əməl etmək lazımdır?

3-08-2020, 18:22- Koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü prosesdir

3-08-2020, 16:57- Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

3-08-2020, 12:29- Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək - RƏSMİ

3-08-2020, 11:33- "Microsoft" "TikTok"u satın almaq niyyətindədir

2-08-2020, 18:13- АРМЯНСКАЯ ПРОВОКАЦИЯ ДЛИННОЮ В БЕСКОНЕЧНОСТЬ: ВОЗМОЖНЫЕ ГЕОПОЛИТИЧЕСКИЕ И ГЕОЭКОНОМИЧЕСКИЕ ПОСЛЕДСТВИЯ В РЕГИОНЕ

1-08-2020, 12:55- 1 Avqust - Azərbaycan Əlifbası Günüdür

1-08-2020, 11:31- "Apple" şirkətinin səhmlərinin qiyməti ilk dəfə 400 dolları keçib

1-08-2020, 10:45- Bu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

31-07-2020, 16:00- “Nar Wi-Fi” ilə yüksəksürətli internet olduğunuz hər yerdə!

Haqqımızda Əlaqə

Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib

Tarix:23-07-2020, 13:14

Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

Səfirlikdən daxil olan müraciətdə deyilir ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla, həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb.

“Soydaşlarımız ABŞ-ın müxtəlif şəhərlərində uğurlu aksiya və əks aksiyalar vasitəsilə ABŞ ictimaiyyətinə öz haqlı səslərini çatdırıb və erməni lobbiçilərinin yalanlarını ifşa edib. Təəssüflər olsun ki, erməni radikal dairələri ölkəmizin Los Ancelesdəki Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı dinc Azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edib və bəzi həmvətənlərimiz zorakılığa məruz qoyub. Nəticədə, bir neçə həmvətənimiz ciddi bədən xəsarətləri alıb.

Öz tərəfimizdən, hər hansı bir xəsarət alan və zorakılığa məruz qalan soydaşlarımıza şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik.

Biz hər bir soydaşımızın göstərdiyi vətənpərvərlik və milli birlik, habelə dünyada xalqımızın haqq səsini ucaltdığına görə dərindən minnətdarlıq bildiririk.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 21 iyulda Los Anceles şəhərində törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələləri Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar Los Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir.

Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayı və dərəcəsinin artdığını nəzərə alaraq, həmvətənlərimizə bir daha ehtiyatlı və tədbirli, erməni radikalların zorakılıq meylindən agah olmağa, hər hansı bir zorakılıq, təhdid və ya təhlükə olduqda dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etməyə tövsiyə edirik. Bundan başqa, hər hansı bir aksiya və ya tədbirdə iştirak edərkən yerli hüquq-mühafizə orqanları ilə əlaqələndirmə həyata keçirməyə və təhlükəsizliyin tam şəkildə təmininə əmin olması ciddi şəkildə tövsiyə edilir.

Eyni zamanda, soydaşlarımızdan xahiş edirik ki, rastlaşdıqları zorakılıq və təhdid halları üzrə mümkün konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər.

Xatırladaq ki, Kaliforniya və ABŞ-ın digər 12 qərb ştatı, o cümlədən Alyaska, Arizona, Kolorado, Havayi, İdaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq ştatları Los Ancelesdəki Baş Konsulluğumuzun konsulluq dairəsinə aiddir və bu ştatlarda yaşayan həmvətənlərimiz birbaşa bu Konsulluğumuza müraciət edə bilər. Digər 37 ştatda yaşayan həmvətənlərimiz isə paytaxt Vaşinqtonda yerləşən Səfirliyimizə birbaşa müraciət edə bilər”.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...