Anons

Bu gün, 17:15- Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

Bu gün, 16:42- Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

Bu gün, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Bu gün, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bu gün, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

Dünən, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

Dünən, 16:31- Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ

Dünən, 13:17- UEFA 775 milyon avroluq fond yaratdı

Dünən, 12:23- Ceff Bezosun sərvəti rekord səviyyəyə çatıb

Dünən, 11:56- Karantin postlarının götürülməsindən sui-istifadə edənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ

Dünən, 10:42- Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasından 102 il ötür

1-07-2020, 13:09- Ötən ilin noyabrından indiyədək Azərbaycanda 10 uşaq övladlığa götürülüb

1-07-2020, 12:28- Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

1-07-2020, 11:50- Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəallığı azalıb

1-07-2020, 10:46- Azərbaycanda siqaret bahalaşıb

30-06-2020, 13:04- Azərbaycanda əmək müqavilələrinin sayı 751 mini ötüb

30-06-2020, 12:22- Aİ COVID-19-la mübarizədə yardımın digər hissəsini də Azərbaycana göndərəcək

30-06-2020, 11:01- Təranə və Musanın qızı Qumral da müğənniliyə başladı - VİDEO

30-06-2020, 10:50- Azarkeşlər Azərbaycan millisinin oyununa buraxıla bilər

29-06-2020, 22:14- Daha 544 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi

Haqqımızda Əlaqə

Aİ COVID-19-la mübarizədə yardımın digər hissəsini də Azərbaycana göndərəcək

Tarix:30-06-2020, 12:22

Aİ COVID-19-la mübarizədə yardımın digər hissəsini də Azərbaycana göndərəcək “Şərq Tərəfdaşlığı” Avropa İttifaqı (Aİ) və tərəfdaş ölkələrə prioritetlərlə bağlı çevik əlaqələr qurmağı təklif edən bir formatdır”.

Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfransda çıxışı zamanı deyib.

“Bildiyiniz kimi, ötən il Azərbaycanın da üzv olduğu “Şərq Tərəfdaşlığı”nın 10 illiyi qeyd edilib. Təxminən 10 gün öncə isə “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin videokonfransı baş tutdu. Virtual formatda keçirilən bu görüşdə Aİ və tərəfdaş altı ölkənin liderləri bir daha əməkdaşlığı və tərəfdaşlığı canlandırmağa və gücləndirməyə davam edəcəklərinə söz verdilər”, - deyə K. Yankauskas bildirib.

Aİ və Azərbaycan arasında ticarət əlaqələrinə toxunan Aİ səfiri qeyd edib ki, təşkilat və Azərbaycan arasında ticarət dövriyyəsi 55% artıb və bu, yaxşı rəqəmdir.

Onun sözlərinə görə, COVID-19 pandemiyası göstərdi ki, Aİ qlobal oyunçu kimi böhranın təsirinə məruz qalan ölkələrə, xüsusilə də Aİ-nin qonşuluğunda olan ölkələrə dəstək verə bilər: “İndi tərəfdaş ölkələri dinlədiyimiz bir zamandır. Biz onların bu tərəfdaşlıqdan nə gözlədiyini öyrənirik. Bildiyiniz kimi, Aİ-nin yeni tərkibi, yeni Komissiya formalaşıb və biz öz tərəfimizdən prioritet 5 sahəni müəyyənləşdirmişik və bununla bağlı tərəfdaş ölkələrdən də dəstək almışıq. Prioritet sahələr arasında ilk olaraq iqtisadiyyat - yeni iş yerlərinin yaradılması, bununla da gəncliyə, qadınlara dəstəyin verilməsi yer alır. İkinci olaraq yaxşı idarəçiliyi vurğulamalıyam. Bunsuz iqtisadiyyat çiçəklənə bilməz. Üçüncü olaraq əlaqəlilik, digital inkişaf və transformasiya, dördüncü olaraq iqlim dəyişikliyi və yaşıl iqtisadiyyat, sonuncu prioritetimiz isə hər bir vətəndaşın bu tərəfdaşlıqdan nəzərəçarpan nəticələri hiss etməsi və əldə etməsidir”.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vurğulayıb ki, tərəfdaş ölkələrin liderləri gələn ilin martında Brüsseldə sadalanan prioritetləri müzakirə edəcəklər: “Avropa İttifaqı COVID-19 böhranı ilə əlaqədar öz dəstək paketini təqdim edib. Bu dəstəyin ilk mərhələsində ən vacib səhiyyə ehtiyaclarının təmin edilməsi nəzərdə tutulub. Artıq yardımı daşıyan ilk təyyarə Azərbaycana gəlib və yardımın digər hissəsi də gələcək. Təbii ki, sosial-iqtisadi dəstəyin verilməsi də diqqət mərkəzindədir. Aİ Həmrəylik Fondu vasitəsilə "Şərq Tərəfdaşlığı" ölkələrinə 800 milyon avro dəstək ayırıb”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...