Anons

Bu gün, 11:31- Azərbaycanda əhali arasında populyar idman növləri açıqlanıb

Bu gün, 11:05- Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək

Bu gün, 10:47- Tezliklə İranla Azərbaycan arasında yeni dəmiryolu terminalının inşası başlayacaq

Bu gün, 10:13- Bu sahələrin fəaliyyəti bərpa olundu

22-01-2021, 19:22- “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev canlı bağlantıda biabır oldu

22-01-2021, 19:00- Arif Alışanov istintaqı və məhkəmələri oyuncağa çevirib? – Yanvarın 27-də Ali Məhkəmə bu ədalətsizliyi durduracaqmı?

22-01-2021, 17:20- “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI

22-01-2021, 16:37- Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib

22-01-2021, 16:19- Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb

22-01-2021, 15:55- "8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi

22-01-2021, 15:08- Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir

22-01-2021, 14:44- Sabah hava yağmursuz keçəcək

22-01-2021, 14:31- İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb

22-01-2021, 14:00- Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir

22-01-2021, 13:23- Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA

22-01-2021, 12:52- “Reallıq info”nun baş redaktoru Jurnalistlərin Həmkarlar İttifaqı, Mətbuat Şurası və KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyətinin araşdırılmasını tələb edir

22-01-2021, 12:16- Fevralın 1-dən məktəblər açılır

22-01-2021, 11:39- Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir

22-01-2021, 11:20- Minatəmizləmə Agentliyinin əməkdaşı Cəbrayılda minaya düşüb

22-01-2021, 11:05- Şuşada yeni yarımstansiya tikilir - VİDEO

Haqqımızda Əlaqə

Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib

Tarix:22-06-2020, 12:55

Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov piyada keçidinin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, yüksək zövq, tam fərqli görkəm, müasir texnologiyalar əsasında inşa olunan bu keçid paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir.

Yeni inşa olunan piyada keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və həmin il açılışında ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi bu park rayon sakinlərinin ən sevimli istirahət məkanıdır.

Qeyd edək ki, bu keçidin inşasına qədər ərazidə piyadalar üçün çox böyük çətinliklər olurdu. Onlar xüsusən günün pik saatlarında yolu keçməkdə problemlə üzləşirdilər. Bundan başqa, piyadaların bu ərazidə yolu keçməsi nəqliyyat vasitələrinin hərəkətinə də mane olurdu. Beləliklə, ərazidə piyadalar təhlükə, avtomobillər isə tıxacla qarşılaşırdılar. Yeni keçidin inşası bütün bu problemləri həll edib. Burada fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb. Bu qurğunun inşası qısa müddətə, eyni zamanda, yüksək keyfiyyətlə aparılıb. Yeni keçid müasir görünüşü ilə fərqlənir.

Prezident İlham Əliyevə, həmçinin məlumat verilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirərək zolaqların sayı 4-ə çatdırılıb. Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxacların aradan qaldırılması məqsədilə icra edilən bu layihə çərçivəsində “20 Yanvar” dairəsində yolun hərəkət hissəsi 10 metrə qədər, magistral yol Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissədə isə hər iki istiqamət üzrə 1 hərəkət zolağı enində genişləndirilib.

Qeyd edək ki, avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətin intensiv olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına xüsusi diqqət yetirilir. Son dövrlərdə paytaxtda bu istiqamətdə görülən işlərə nəzər salsaq, bunun şahidi olarıq. Belə ki, 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub. Hazırda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa, bir neçə yerdə isə bu cür qurğuların tikintisi davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərlə bağlı tapşırıq və göstərişlərini verib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...