Anons

Dünən, 17:15- Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

Dünən, 16:42- Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

Dünən, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Dünən, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Dünən, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

2-07-2020, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

2-07-2020, 16:31- Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ

2-07-2020, 13:17- UEFA 775 milyon avroluq fond yaratdı

2-07-2020, 12:23- Ceff Bezosun sərvəti rekord səviyyəyə çatıb

2-07-2020, 11:56- Karantin postlarının götürülməsindən sui-istifadə edənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ

2-07-2020, 10:42- Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasından 102 il ötür

1-07-2020, 13:09- Ötən ilin noyabrından indiyədək Azərbaycanda 10 uşaq övladlığa götürülüb

1-07-2020, 12:28- Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

1-07-2020, 11:50- Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəallığı azalıb

1-07-2020, 10:46- Azərbaycanda siqaret bahalaşıb

30-06-2020, 13:04- Azərbaycanda əmək müqavilələrinin sayı 751 mini ötüb

30-06-2020, 12:22- Aİ COVID-19-la mübarizədə yardımın digər hissəsini də Azərbaycana göndərəcək

30-06-2020, 11:01- Təranə və Musanın qızı Qumral da müğənniliyə başladı - VİDEO

30-06-2020, 10:50- Azarkeşlər Azərbaycan millisinin oyununa buraxıla bilər

29-06-2020, 22:14- Daha 544 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi

Haqqımızda Əlaqə

Bir sıra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Tarix:17-06-2020, 14:31

Bir sıra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, komitənin sədri Tahir Mirkişili gündəliyə daxil edilən 4 məsələnin hər biri haqqında iclas iştirakçılarına məlumat verib.

Onlayn iclasda əvvəlcə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” (ücüncü oxunuş) qanun layihəsi müzakirə edilib.

Komitə sədri “Dövlət rüsumu haqqında” qanuna (ikinci oxunuş) təklif olunan dəyişikliklərlə əlaqədar məlumatında bildirib ki, sənəd “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə tibb müəssisələrinin akkreditasiyası ilə bağlı dövlət rüsumlarının məbləği müəyyən edilib.

Sonra “Telekommunikasiya haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib. Bildirilib ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub. Sənədə “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında onların qeydiyyatı və texniki xidmət üzrə ödənişin hüquqi əsasının yaradılması, həmin ödənişin məbləğinin razılaşdırılacağı qurumun müəyyənləşdirilməsi ilə bağlı maddə əlavə edilib.

Onlayn iclasda “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinin “Təhsil haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlandığı vurğulanıb.

Komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Mahir Abbaszadə, Ağalar Vəliyev, Rüfət Quliyev və Anar Məmmədov müzakirə edilən sənədlərlə əlaqədar fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.

Ətraflı müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...