Anons

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

22-04-2024, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Haqqımızda Əlaqə

Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Tarix:13-12-2019, 14:12

Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Ombudsman Aparatından verilən məlumata görə, qonağı salamlayan Ombudsman Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qardaşlığa əsaslandığını deyib. O bildirib ki, ölkələrimiz arasında ən yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Ombudsman Azərbaycan ilə Türkiyənin beynəlxalq miqyasda daim bir-birini dəstəklədiyini qeyd edib.

Ombudsman Azərbaycanın ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, bu təcavüz nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın hüquqlarının kütləvi şəkildə pozulduğunu diqqətə çatdırıb. Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzünə toxunan Səbinə Əliyeva Azərbaycanın haqq işinin dəstəklənməsində qardaş ölkənin göstərdiyi xüsusi dəstəyin təqdirəlayiq olduğunu deyib.

Görüşdə həmçinin Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib. Təsisatın Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının üzvü olduğu, habelə Türkdilli ölkələrin Ombudsmanları Şəbəkəsinin yaradılması istiqamətində işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səbinə Əliyeva qardaş ölkə ilə insan hüquqları sahəsində əlaqələrin daha da gücləndirilməsinin, bu baxımdan hər iki ölkənin Ombudsman təsisatları arasında daha sıx əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfir Erkan Özoral Ombudsmana səmimi qəbul üçün təşəkkürünü bildirib. O, Azərbaycanda Ombudsman təsisatının fəaliyyətinin yüksək qiymətləndirdiyini deyib.

İki ölkə arasında münasibətlərin nümunəvi xarakter daşıdığını deyən E.Özoral Dağlıq Qarabağ münaqişəsinin həlli - Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. E.Özoral Azərbaycan və Türkiyənin Ombudsman institutları arasında sıx əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və təsisatların beynəlxalq səviyyədə fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyindən danışıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...