Anons

Dünən, 20:46- Pediatr-nevroloq Müsənbər Səfərova: "O anda sadiq qalmağa çalışıram"

Dünən, 17:09- Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir

Dünən, 16:54- Diplomat “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb

Dünən, 16:45- Vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməli qoyulub

Dünən, 16:33- Azərbaycanın ixrac missiyası Dubayda səfərdədir

Dünən, 16:21- Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAM

Dünən, 16:12- Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb

Dünən, 15:59- Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir

Dünən, 15:47- Yeni peyvənd növü gəlir - Xərçəng, diabet və Alzaymerə qarşı

Dünən, 15:38- Vilayət Eyvazovdan yeni təyinat

Dünən, 15:26- Rusiya olimpiadalarda və dünya çempionatlarında iştirak hüququndan məhrum edilib

Dünən, 15:19- II Xəzər İqtisadi Forumunun keçiriləcəyi şəhər müəyyənləşib

Dünən, 14:44- Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb

Dünən, 14:21- “Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi

Dünən, 14:12- Yağıntılı hava şəraiti sabah da davam edəcək

Dünən, 13:58- “Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr Meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirilir

Dünən, 13:37- Bakıda yeni nəhəng Mall tikiləcək

Dünən, 13:25- “Birminhem” “Qarabağ”ın qapıçısı üçün “Bornmut”la danışığa başlayıb

Dünən, 13:13- DİN: Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı materiallar prokurorluğa göndərilib

Dünən, 13:04- “20 Yanvar”ın 30 illiyi necə qeyd olunacaq?

Haqqımızda Əlaqə

Azərbaycan və Litva nazirlikləri saziş imzaladı

Tarix:3-10-2019, 15:38

Azərbaycan və Litva nazirlikləri saziş imzaladı Litva Respublikasının Sosial Təminat və Əmək naziri cənab Linas Kukuraitisin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də yad edilib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin məzarı ziyarət olunub.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzində Litva Respublikasının Sosial Təminat və Əmək naziri cənab Linas Kukuraitis ilə görüş olub.

Mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.

Bildirilib ki, DOST mərkəzi hər gün orta hesabla 400-450 vətəndaşa xidmət edir. Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 132 növdə xidmət göstərilir. Aparılan sorğu nəticəsində müəyyən edilib ki, göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 94 faizdən çoxdur. 2019-25-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.

Litvalı nazir və nümayəndə heyəti üçün Azərbaycanın DOST layihəsi, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlər, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əsasında ölkəmizdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçildiyini deyib, DOST konsepsiyası barədə məlumat verib.

Nazir sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işləri, Azərbaycanda ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini diqqətə çatdırıb. O, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki altsistemlər, o cümlədən “Məşğulluq” alt sistemindən, bu altsistemin əmək bazarı üçün faydalarından, ölkəmizdə ilk dəfə sosial reyestr olaraq yaradılan “e-sosial” internet portalının əhəmiyyətindən bəhs edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...