Anons

Bu gün, 11:39- XIRDALAN XIRDALANIR

Bu gün, 11:13- Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Bu gün, 11:06- ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Bu gün, 10:51- "Papanin" 7 ildən sonra açıldı

Bu gün, 10:38- Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

Bu gün, 10:27- Bu gün payız Azərbaycana daxil olur

Bu gün, 10:22- Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Bu gün, 09:59- Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Bu gün, 09:36- Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

20-09-2019, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

20-09-2019, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

20-09-2019, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

20-09-2019, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20-09-2019, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20-09-2019, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

20-09-2019, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

20-09-2019, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

20-09-2019, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

20-09-2019, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

20-09-2019, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Haqqımızda Əlaqə

BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Tarix:19-08-2019, 11:19 Baxış Sayı:1

BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir Dünyada beynəlxalq humanitar və insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir. Belə hallar araşdırılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bu barədə BMT Baş katibinin 19 avqust Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciətində deyilir.

Müraciətdə bildirilir: "Ümumdünya Humanitar Yardım günü, öz həyatlarını təhlükə altına qoyaraq başqalarının həyatını xilas etmək və yaxşılaşdırmaq üçün çalışan bütün humanitar yardım işçilərinə həsr olunur.

Bu il, milyonlarla ehtiyac içində olan qadın, kişi və uşaqlara göstərdikləri böyük köməyə görə humanitar yardım sahəsində çalışan qadınlara xüsusi təşəkkürümüzü bildiririk.

Böhran vəziyyətində yaşayan vətəndaşlara yardımdan tutmuş, xəstəliklərin yayılmasına qarşı mübarizəyə qədər – onlar hər zaman ön sırada olublar.

Onların iştirakı yardım əməliyyatlarının əhatə dairəsini genişləndirir və daha effektiv edir.

Qadınların iştirakı həmçinin, fövqəladə vəziyyətlər zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı müvafiq tədbirləri gücləndirir.

Sizi, bu gün və ayın sonunadək onlayn platformalar və sosial şəbəkələr vasitəsilə onların hekayələrini bölüşməyə dəvət edirik.

Bununla, biz humanitar yardım əməliyyatlarında qadınların rolunun gücləndirilməsi kimi ortaq öhdəliyimizi bir daha bəyan edəcəyik.

Dünya liderləri və münaqişə tərəfləri, beynəlxalq hüquqa uyğun olaraq humanitar yardım işçilərinin qorunmasını təmin etməlidir.

Ümumdünya Humanitar Yardım günündə, eləcə də hər gün, dünyanın müxtəlif yerlərində çalışan humanitar yardım işçilərinin yanındayıq".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...