Anons

Bu gün, 18:32- "Ümid yeri" uşaq sığnacağında yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir - FOTO - VİDEO

Bu gün, 17:09- Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)

Bu gün, 16:58- Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Bu gün, 16:43- Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Bu gün, 16:21- AFFA danışılmış oyunlara görə 25 nəfəri diskvalifikasiya edib

Bu gün, 16:12- Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

Bu gün, 15:58- Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib

Bu gün, 15:46- Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib

Bu gün, 15:39- Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

Bu gün, 15:17- Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Bu gün, 15:08- Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək VƏZİFƏ VERDİ

Bu gün, 14:54- ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib

Bu gün, 14:45- İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Bu gün, 14:33- Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Bu gün, 14:21- Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Bu gün, 14:12- Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Bu gün, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Bu gün, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Bu gün, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Bu gün, 13:17- Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Haqqımızda Əlaqə

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

Tarix:19-07-2019, 15:54

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Zakir Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Ö.Litzenberqer də öz növbəsində ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib və ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Sonra tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Səfir Ö.Litzenberqer ABŞ-ın Azərbaycana yeni təyin olunan hərbi attaşesi polkovnik Terri Həmriki Müdafiə nazirinə təqdim edib.
Nazir yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...