Anons

Bu gün, 17:10- Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

Bu gün, 16:55- Uzaqdan yaxına səmimi etiraf – Fialə Abdullayeva yazır

Bu gün, 16:48- “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirili

Bu gün, 16:36- Azərbaycan 190 ölkə arasında 9-cu yerdədi

Bu gün, 16:27- BDU Mətbuat xidməti yenə fərqləndi

Bu gün, 16:14- Avtovağzalın məlumat mərkəzi yenilənir

Bu gün, 16:05- Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı

Bu gün, 15:53- Əfqan Abdullayev: “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir”

Bu gün, 15:02- “Kontakt Home” CƏRİMƏLƏNDİ

Bu gün, 14:53- Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır

Bu gün, 14:46- 1500-dən çox tələbə oxuduğu məktəbi və ixtisası dəyişmək istəyir

Bu gün, 14:34- Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

Bu gün, 14:17- Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Bu gün, 14:08- Huawei məhdudiyyətlərə baxmayaraq, 270 milyon smartfon satmaq niyyətindədir

Bu gün, 13:55- ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib

Bu gün, 13:43- BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Bu gün, 13:31- Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Bu gün, 13:19- Güclü külək davam edəcək, rayonlara dolu düşəcək

Bu gün, 12:45- Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı yeni QƏRAR verildi

Bu gün, 12:33- Bakının bu çimərliyində nəhəng ilan insanları vahiməyə saldı - VİDEO

Haqqımızda Əlaqə

Vəkilliyə namizədlər and içiblər

Tarix:18-06-2019, 14:04 Baxış Sayı:55

Vəkilliyə namizədlər and içiblər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumunun imzalanması və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Tədbiri açan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, Aytən Mustafazadə insan hüquqlarının müdafiəsinin əhəmiyyəti, bu istiqamətdə aparılan islahatlar, aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilməsinin zəruriliyi, Vəkillər Kollegiyası tərəfindən bu sahədə keçirilən tədbirlər haqqında danışıb.

O bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə bütün sahələri, o cümlədən əhatə edən islahatlar həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sistemində islahatlar aparılmasını zəruri edir. Dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu sahədə aparılan islahatların keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu Fərman məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsinə imkan verəcək kompleks addımlar atılması üçün ciddi normativ əsas verəcək.

Aytən Mustafazadə qeyd edib ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Vəkillər Kollegiyası arasında bağlanacaq anlaşma memorandumuna əsasən gələcək əməkdaşlığın əsası qoyulacaq, ödənişsiz hüquqi yardım, o cümlədən vəkillərin davamlı tədrisi ilə bağlı birgə tədbirlər həyata keçiriləcək.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında diqqətə çatdırıb ki, iyunun 18-i Azərbaycanda Milli İnsan Hüquqları Günüdür. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib. Vəkilliyə namizədlərin andiçmə, Vəkillər Kollegiyası ilə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumunun imzalanması mərasimlərinin bu günə təsadüf etməsi çox əlamətdar hadisədir.

Sədr Vəkillər Kollegiyasının fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, son dövrlərdə vəkilliyin inkişafı və nüfuzunun artırılması, maddi-texniki təminatının, o cümlədən vəkillər tərəfindən vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilib. Buna baxmayaraq, Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri, Xırdalan şəhər Vəkil Bürosunun rəhbəri Ayxan Rüstəmzadənin “Cinayət işləri üzrə qüsurlu tibbi müdaxilə zamanı sübut etmə problemlərinə praktiki yanaşma” mövzusunda mühazirəsi dinlənilib.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib.

Andiçmə mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içiblər və onlara vəsiqələr təqdim edilib.

Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirliklərinin, yerli və beynəlxalq təşkilatların, KİV-lərin nümayəndələri iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...