Anons

Bu gün, 18:20- Gənc şair Hüseyn Hafiz:"Sevgi ürəkdən gəlməlidir"

Bu gün, 17:12- Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub

Bu gün, 17:00- Növbəti tədris ilində I siniflərə 164234 uşağın qəbulu proqnozlaşdırılır

Bu gün, 16:48- Bakıda GÜCLÜ YANĞIN

Bu gün, 16:39- Zəlzələlər kosmosdan çəkilən şəkillərlə proqnozlaşdırılacaq

Bu gün, 16:26- Yarım ildə Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub

Bu gün, 16:17- “Azərenerji” Sumqayıtda üç zavoda kabel xəttinin çəkilməsinə 2 milyon manatdan çox vəsait yönəldəcək

Bu gün, 16:05- Yanvar-iyul aylarında Azərbaycana gələn əcnəbilərin 41,4 faizi hava nəqliyyatından istifadə edib

Bu gün, 15:52- Yunəyrici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir (FOTO)

Bu gün, 15:43- Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək

Bu gün, 15:36- FHN yeni tikilən 133 binaya müsbət rəy verib

Bu gün, 15:24- Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb

Bu gün, 15:13- Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib

Bu gün, 14:31- Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bu gün, 14:22- “Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasında yer alıb

Bu gün, 14:09- Baş hematoloq: "Azərbaycanda 1000 nəfərə 10 donor düşür"

Bu gün, 13:54- DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib

Bu gün, 13:46- Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün, 12:37- Sabah isti temperatur diskomfortu gözlənilir

Bu gün, 12:28- Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb

Haqqımızda Əlaqə

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək

Tarix:15-05-2019, 15:13 Baxış Sayı:68

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunacaq.

Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...