Anons

Dünən, 17:10- Bakı və Abşeronun bəzi ərazilərində suyun verilişində fasilələr olacaq

Dünən, 16:55- Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq

Dünən, 16:42- ADU-da TKT təlimi sona çatıb

Dünən, 16:33- Azərbaycandakı külək elektrik stansiyaları istehsalı kəskin artırıb

Dünən, 16:24- Aprel şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilib

Dünən, 16:10- Mediasiya xidməti sayəsində 317 ailə nikahın pozulmasından imtina edib

Dünən, 15:58- Xəzər dənizinin Sumqayıt sahilində çimməyə 28 ildir qadağa qoyulub

Dünən, 15:51- Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

Dünən, 15:42- Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu

Dünən, 15:29- “Eurovision-2020” mahnı müsabiqəsi Rotterdam və ya Maastrixtdə keçirilə bilər

Dünən, 15:16- Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutlarının yerli valyutada istiqrazları emissiya ediləcək

Dünən, 15:07- Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

Dünən, 14:55- İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı

Dünən, 14:42- AQTA bağçalarda monitorinqlərə başlayıb

Dünən, 14:31- Həmidə Ömərova həyatından bəhs edən kitab yazdı

Dünən, 14:19- Uzman stomatoloq Pərviz Cəfərov: "Hər bir uşağın stomatoloqu olmalıdır"

Dünən, 13:38- Azərbaycanda yeni qurum yaradılır - minlərlə boşanmış qadına çarə ola bilər...

Dünən, 13:26- Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

Dünən, 13:17- Sabah 39 dərəcə isti olacaq

Dünən, 13:04- Bakıda 2 məktəb sökülüb yenidən tikiləcək

Haqqımızda Əlaqə

Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib

Tarix:15-05-2019, 12:21 Baxış Sayı:53

Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirərək, Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə toxunan Prezident İlham Əliyev Belarusun bu tədbirdə fəal şəkildə iştirakından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Belarusun kənd təsərrüfatı məhsullarının keyfiyyətinin Azərbaycanda razılıq doğurduğunu dedi və özünün Belarusa səfəri zamanı orada da Azərbaycan Ticarət Evinin açılmasını bu sahədə əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko Belarusun XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində fəal iştirakının Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığa göstərdiyi diqqətin nəticəsi olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan və Belarus dövlətləri başçılarının əlaqələrimizin inkişafı ilə bağlı verdikləri tapşırıqlara əsasən birgə layihələr uğurla həyata keçirilir. İqor Lyaşenko ölkəmizə səfəri zamanı Azərbaycanda istehsal olunan və birgə istehsalı planlaşdırılan kənd təsərrüfatı texnikası və eləcə də digər nəqliyyat vasitələri nümunələri ilə tanış olduqlarını və bu sahədə işlərin uğurla həyata keçirildiyini diqqətə çatdırdı.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı ilə yanaşı, maşınqayırma, avtomobil sənayesi sahələrində əlaqələrin perspektivləri müzakirə edildi, Azərbaycan məhsullarının, xüsusilə tütün və şərab ixracının önəmi qeyd olundu və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...