15-02-2019, 20:28- İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi
15-02-2019, 17:08- Bakı Mühəndislik Universitetinin müəllimindən mühüm elmi yenilik
15-02-2019, 16:52- “İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı!
15-02-2019, 16:43- “Bütün kitabsevərlərə 23 sual” adlı viktorina keçirilir
15-02-2019, 16:31- Azərbaycan MDB-də işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir
15-02-2019, 16:19- Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilib
15-02-2019, 16:07- “Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
15-02-2019, 15:58- Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər
15-02-2019, 15:44- “Dəyişikliklərə doğru”: Bakıda üçüncü dəfə “SHE Congress” keçiriləcək
15-02-2019, 15:36- Kosmetoloq Aytən Kərimova:"İlk növbədə dəriyə, saça və dodağa quluq olunmalıdır"
15-02-2019, 15:19- Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilir
15-02-2019, 15:03- Rəsmi nikah olmadan kəbin kəsən mollalar məsuliyyətə cəlb edilsin - TƏKLİF
15-02-2019, 14:47- Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilib
15-02-2019, 14:34- Boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqi təklif edilir
15-02-2019, 14:26- Tarix İnstitutu Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək
15-02-2019, 14:15- Bakıda intensiv yağış yağacaq
15-02-2019, 13:57- Firudin Qurbanov fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşü
15-02-2019, 13:48- Rusiyanın bu şəhərindən də Bakıya müntəzəm reyslər açılacaq
15-02-2019, 13:36- Həştərxan vilayəti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir
15-02-2019, 13:23- Bakının məşhur hamamında yanğın: ölən var
Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyası ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib.
Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib.
Səfər çərçivəsində diplomatlar Sumqayıt şəhərində fəaliyyət göstərən sənaye müəssisələrində olublar. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov diplomatlara Kimya Sənaye Parkında görülən işlər barədə məlumat verib. Bildirib ki, vaxtilə mövcud olmuş köhnə müəssisələr Prezident İlham Əliyevin tapşırığı ilə sökülərək yerində müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz yeni zavodlar tikilməyə başlandı. Bu zavodların bir hissəsi artıq açılıb, digərləri isə cari ilin sonunadək açılacaq. Bu müəssisələrin açılması Sumqayıtda işsizlik probleminin aradan qaldırılmasına mühüm töhfə verib.
Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə sənayenin inkişafı, əhalinin sosial rifahının, xüsusilə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının təşəbbüsü ilə görülən işlərdən danışıb. Şəhər rəhbəri Sumqayıtın dünyanın 19 şəhəri ilə qardaşlaşdığını vurğulayıb.
Sumqayıt şəhərinə səfər çərçivəsində diplomatlar, həmçinin Lüdviqshafen parkında, “Kimyaçı” Mədəniyyət Sarayında, Heydər Əliyev Parkında, Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Bayraq Muzeyində və dənizkənarı bulvarda olub, şəhərdə görülmüş işlərlə yaxından tanış olublar.