Anons

Bu gün, 15:48- “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Bu gün, 14:32- Müharibə veteranlarına MÜJDƏ... - Prezidentin aylıq təqaüdü təyin olunacaq

Bu gün, 12:31- Türkiyə Aya Sofyaya məscid statusu verir - Ərdoğan açıqladı

Dünən, 12:59- Kosmetoloq dr. Məlahət Rüstəmova: "Zaman məni uzaqlardan gətirdi"

23-03-2019, 19:16- Həkim-dermatoveneroloq Elnur Nəzərov:"Hər bir insan öz dərisini tanımalıdır"

22-03-2019, 21:11- Təhsil naziri əmr imzaladı

22-03-2019, 18:42- Birinci qrup əlillər gələn aydan Prezidentin təqaüdü veriləcək

22-03-2019, 12:38- Revmatoloq dr. Ceyhunə İsmayılova: "Mənə həmişə təkan verən anamdır"

19-03-2019, 20:29- “Neftdən də böyük sərvətiniz var“ – “Bahar qızları” aksiyası

19-03-2019, 18:46- 100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

19-03-2019, 17:15- ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

19-03-2019, 17:12- Nazarbayev istefa verdi

19-03-2019, 16:56- “ASAN Xidmət” sədrinə yeni müavin təyin olunub

19-03-2019, 16:48- Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri ADU-da olub

19-03-2019, 16:39- Azərbaycana daha çox səfər edənlər Rusiya və Gürcüstan vətəndaşları olub

19-03-2019, 16:27- Deputatlarımız ABŞ-a səfər edəcəklər

19-03-2019, 16:15- “Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019, 16:02- “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19-03-2019, 15:56- ADU-nun rektoru Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

19-03-2019, 15:44- Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

Haqqımızda Əlaqə

Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

Tarix:11-12-2018, 13:45 Baxış Sayı:204

Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, akademik Teymur Bünyadov, professor Qəzənfər Paşayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, din xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan A.Paşazadə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün gördüyü işlərdən, dinə diqqət və qayğısından danışıb: "Heydər Əliyev Azərbaycana, dinimizə, milli dəyərlərimizə bağlı insan idi. Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı".

QMİ sədri deyib ki, Heydər Əliyev Azərbaycanı dağılmaq, xəritədən silinmək təhlükəsindən xilas etdi:

"Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə ulu öndər Heydər Əliyev Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Lakin Heydər Əliyevin bizə ən böyük əmanəti onun irsinin və siyasətinin davamçısı İlham Əliyevdir”.

Daha sonra çıxış edən M.Qurbanlı ulu öndərin dinə, mənəvi dəyərlərə bağlılığından bəhs edib. O qeyd edib ki, Heydər Əliyev dini qaydalara çox ciddi əməl edirdi və başqalarına da bunu tövsiyə edirdi.

Tədbirdə çıxış edən akademik T.Bünyadov deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixi üçün əvəzedilməz bir şəxsiyyətdir: "Heydər Əliyev müstəqilliyimizin, dövlətçiliyimizin qurucusu, uzaqgörən, dahi bir şəxsiyyət idi və Azərbaycanın gələcəyini təmin etdi. Heydər Əliyev olmasaydı, bu gün Azərbaycan adlı dövlət olmazdı. Bu gün Heydər Əliyevin işi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbirdə çıxış edən digər iştirakçılar da ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmlənməsi, gələcək inkişafı üçün gördüyü işlərdən danışıblar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...