Anons

Bu gün, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bu gün, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Bu gün, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Bu gün, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Bu gün, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Bu gün, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Bu gün, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Bu gün, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Bu gün, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Bu gün, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Bu gün, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Bu gün, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Bu gün, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Terapevt-osteopat Elfanə Süleymanova: "Pasientləri istismar etməyə "yox" deyirəm"

Tarix:24-12-2021, 13:44

Terapevt-osteopat Elfanə Süleymanova: "Pasientləri istismar etməyə "yox" deyirəm"
- Elfanə xanım, necə oldu ki, həkim oldunuz?

- Mən uşaq olarkən həkim olmaq arzusunda olmuşam. Şükürlər olsun ki, bu arzuma çatdım. Tibb Universitetinə yüksək balla daxil oldum. Tibb Universitetini bitirdikdən sonra terapevt olaraq qaldım. Daha sonra ailə qurdum. Övladlaırm böyüdükdən sonra ikinci tibbi təhsilimi və karyeramı davam etdirdim. İlk olaraq, iki saylı klinik xəstənaxada terapevt , daha sonra isə təyinatla Xızı rayonunda şöbə müdiri olaraq işlədim. Həmin ərəfədə Bioloji Təbabət klinikasnda elmi şöbədə çalışırdım. Həmin zamanlarda alternativ tibbə marağım artdı, elmi şöbədə alternativ tibbin biokimyəvi əsaslarını dərindən öyrəndim. Bioloji Təbabət klinikasında terapevt olaraq işləməyə davam etdim. Sonra 2014-cü ildə 2018-ci ilə qədər Sankt-Peterburq Osteopatiya akademiyasında ikinci təhsilimi aldım. Daha sonra isə Almaniyada üç aylıq praktik təcrübi kurs keçdim. Geri qayıtdıqdan sonra Masallıda Bioloji Təbabət klinikasına baş həkim təyin olundum və orada iki il baş həkim vəzifəsində çalışdım. 2021-ci ildə Bakıya qayıtdım. Hal-hazırda osteopat fəaliyyətimi davam etdirirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on dörd ildir ki, həkim kimi fəaliyyət göstərirəm.

- Bu illər ərzində nə müşahidə etdiniz?

- Biz inkişaf etdikcə, pasientlər də inkişaf edir. Maariflənmə əvvəlki illərə nisbətən daha yüksəkdir. Biz də çalışırıq ki, tibbdə olan yenilikləri izləyək və tətbiq edək.

- Öz sahəniz üzrə bir az danışaq...

- Mən universitetdə oxuyarkən cərrah olmaq istəyirdim. Hətta dərsdən sonra təcili yardımda olan əməliyyatlara da girirdim. Sonra elə oldu ki, cərrahiyyə yox, terapiya üzrə ixtisaslşadım. Bundan narazı deyiləm. İkinci təhsilim ostepatiya olandan sonra anladım ki, biz bununla cərrahi xəstəliklərin önündə dayana bilirik və insanları cərrahi əməliyyatlardan sığortalaya bilirik.

- Necə oldu osteopatiyanı seçdiniz?

- Osteopatiya haqqında ilk tanışlıq seminarında iştirak edərkən uzun illər axtardığım sualların cavabının osteopatiyada olduğunu anladım və heç düşünmədən osteopatiya təhsilimi başladım.

- Maraqlıdır, bu hansı suallar idi?

- Tibb universitetində oxuyarkən xəstəliyin niyə yarandığını onun patogenezini izah edirdilər lakin müalicə üsulları simptomatik üsullar idi. Osteopatiya isə xəstəliyin səbəbini tamam başqa yerlərdə görürdü. Məsələn: bir insan ayağından travma alıbsa bu müəyyən müddət sonra baş ağrıları verə bilər. Bir osteopat qəbulunda olarkən sizin beliniz ağrıya bilər osteopat doktor isə sizin boynunuzla işləyər və bel ağrınız aradan qalxa bilər. Uzun illər miqren ağrısından əziyyət çəkən insanların sadəcə zərif toxunuşlarla ağrılardan azad olması mənə çox maraqlı gəldi və osteopatiya adlı yeni həyat səyahətinə başladım.

Osteopatiyadan sonra özüm, əhatəm övladlarım da çox dəyişdilər. Biz artıq çox az xəstələnirik, uşaqlarımın dərsə olan maraqları artır, valideynlərim ağrıkəsici və təzyiq dərmanları istifadə etməkdən azad etmişəm. Eləcə də minlərlə insanlara ziyansız üsullarla müalicə etməyə başlamışam.

- Sizə daha çox hansı proplemlərlə bağlı müraciətlər olunur?

- Ostepatiya hələ Azərbaycanda yenidir. 2014-cü ildə bizim təhsilimizlə başladı. Yeni olduğuna görə, insanlar bu barədə hələ tam məlumatlı deyillər. Ostepatiyanın imkanları genişdir. Dayaq-hərəkət sistemi xəstəlikləri ilə yanaşı,həzm sistemi xəstəlikləri, yeni doğulmuş uşaqlarda deformasiyalar, travmalar, yastıayaqlıq, boyun əyrilikləri, hamilələrdə bel ağrıları, büzdüm deformasiyaları və digər patologiyalar ostepatiya vasitəsilə aradan qaldırırlır.
Bundan başqa, ostepatiyanın imkanları ilə əməliyyatsız, iynə-dərmansız miqreni də aradan qaldırmağa kömək edir. Sadəcə zərif toxunuşlarla onurğadakı əyriliklərin aradan qalxdığını isə daha sonra öz pasientlərimdə tez-tez görürdüm.

- İş prinsipiniz nədən ibarətdir?

- Əsas iş prinsipim pasientə
zərər vurmadan çalışmaqdır. Ümumiyyətlə, hər bir xəstəliyin səbəbini tapıb sonra onun müalicəsinə başlayırıq.

- Bir həkim olaraq nəyə “yox” deyirsiniz?

- Pasientləri istismar etməyə "yox" deyirəm. Mümkün qədər ziyansız müalicə üsulları ilə effektiv müalicə tərəfdarıyam.

- Sizi narahat edən nədir bəs?

- Son zamanlarda nəinki Bakıda, hətta bölgələrdə də insanlar maarifləniblər. Bu, narahat etmir, əksinə sevindirici haldır. Amma insanlar özlərinə qarşı bəzən laqeyd yanaşırlar. Bu, məni narahat edir. Xəstəlik olmasa da, vaxtaşırı müayinələrdən keçmək lazımdır. Vaxtında müayinə olsa, gələcəkdə yarana biləcək fəsadların qarşısını öncədən almaq olar.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Bəzi həkimlər deyirlər ki, həkimliyin bu qədər çətin olacağını bilsə idik, həkim olmazdıq. Amma mən indi özümü çox rahat hiss edirəm. Çünki özüm oxumuşam. Öz üzərimdə çalışmışam. Həmin çətinlikləri keçmişəm. İndi mənə heç bir şey çətin gəlmir.

Əlaqə nömrəsi: (050) 302 82 56

Terapevt-osteopat Elfanə Süleymanova: "Pasientləri istismar etməyə "yox" deyirəm"
Terapevt-osteopat Elfanə Süleymanova: "Pasientləri istismar etməyə "yox" deyirəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...