Anons

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Haqqımızda Əlaqə

Həkim-kosmetoloq Aygün Əliyeva: "Xanım təbii olaraq gözəl görünməlidir"

Tarix:17-11-2021, 15:34

Həkim-kosmetoloq Aygün Əliyeva: "Xanım təbii olaraq gözəl görünməlidir"
- Aygün xanım, necə oldu ki, kosmetoloq oldunuz?

- Mən ixtisasca terapevtəm. 2007-ci ildə Tibb Universitetini bitirdikdən sonra ailə vəziyyəti ilə əlaqədar olaraq bir müddət işləmədim. Amma zaman-zaman kosmetoloji kurslara və seminarlara qatılırdım. Ənənəvi kosmetologiya məşğul olurdum. 2016-cı ildə lazer epilasiyası üzrə işə başladım. Həmin ərəfədə aparat kosmetologiyası ilə də maraqlandım. Ondan sonra gördüm ki, inyeksiyon kosmetologiyaya tələbat artır. O sahəni də tam öyrəndim. Lazer epilasiyası üzrə o qədər peşəkarlaşmışdım ki, şirkətlərin birində təlimçi olaraq da işə götürülmüşdüm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Ümumilikdə 13 ildir ki, bu sahədəyəm. Amma dörd ildir ki, sərbəst olaraq inyeksiyon kosmetologiya üzrə fəaliyyət göstərirəm.

- Hansı prosedurları icra edirsiniz?

- Kosmetologiyaya aid olan bütün prosedurları icra edirəm. Onu da deyim ki, süni dolğulardan qəti şəkildə istifadə etmirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Mən birinci növbədə təmizliyə çox önəm verirəm. Mən hər bir alətdən bir dəfə istifadə edirəm. Bir aləti ikinci dəfə avtoklabda sterilizə etmirəm.

- Son zamanlarda xanımların əksəriyyəti görkəmcə bir-birinə oxşayır. Buna münasibətiniz necədir?

- Düz vurğuladınız. Bunun əleyhinəyəm. Mənim fikrimcə, belə gözəllik olmur. İstəkdən çox şey asılıdır. Mən həmişə təbiiliyi qoruyub saxlayıram və pasientlərə də bu yöndə öz məsləhətlərimi verirəm.

- Yalnız xanımlarla çalışırsınız, yoxsa bəy pasientləriniz də olur?

- Bəylərlə də çalışıram. Bəy pasientlərim də müəyyən prosedurlarla bağlı müraciət edirlər.

- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?

- İndi xanımlar daha çox həcmli dodaqları sevirlər. Amma mən aşırı dolğuya "yox" deyirəm. Həmişə çalışmışam ki, təbiiliyi qoruyum. Bir də ki, qaraciyərə mənfi təsir göstərən prosedurları icra etmirəm.

- Özünüz özünüzə hansısa kosmetoloji prosedurları edirsinizmi?

- Bəli, bəzi prosedurlar var ki, edirəm. Amma elə prosedurlar var ki, onları özümə rəva görmədiyim üçün pasientlərimə də məsləhət bilmirəm.

- Sizcə, bir xanımın simasını daha gözəl göstərən nədir?

- Mənim fikrimcə, birinci ruh yüksəkliyidir. Bir xanımın xoş aurası varsa, o gözəl sayılır. Bir də ki, xanım təbii olaraq gözəl görünməlidir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu qədər uğurlu nəticələrim olar.

- Mən bilirdim ki, hər bir preparata qarşı allergiyalar ola bilər. Amma ağlıma gəlməzdi ki, kosmetologiyada hər beş pasientdən birində allergik reaksiyalar müşahidə edərəm.

Əlaqə nömrəsi: (055) 532 26 06

Həkim-kosmetoloq Aygün Əliyeva: "Xanım təbii olaraq gözəl görünməlidir"
Həkim-kosmetoloq Aygün Əliyeva: "Xanım təbii olaraq gözəl görünməlidir"
Həkim-kosmetoloq Aygün Əliyeva: "Xanım təbii olaraq gözəl görünməlidir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...