Anons

Dünən, 17:00- Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

Dünən, 16:37- Hökumət minatəmizləmə fəaliyyətinə dair tələbləri təsdiq edəcək

Dünən, 16:13- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 15:58- Nazirlər Kabineti unun qiyməti ilə bağlı qərar verib

Dünən, 15:24- Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

Dünən, 15:00- Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağası tətbiq olunacaq

Dünən, 14:35- Yeddi ay ərzində Azərbaycanda 64 mindən çox körpə doğulub

Dünən, 14:02- Azərbaycana elektromobillərin idxalı kəskin azalıb

Dünən, 13:47- ÜST üçüncü dozanın kimlərə vurulmasının tövsiyə olunduğunu açıqlayıb

Dünən, 13:46- Bakıda 29 yaşlı gənc qətlə yetirildi

Dünən, 13:19- İbtidai siniflərdə dərsliklər yenilənəcək

Dünən, 12:51- Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Dünən, 12:24- Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır

Dünən, 12:00- Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"

Dünən, 11:38- Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

Dünən, 11:05- Yollarda hərəkətə nəzarət gücləndiriləcək

Dünən, 10:17- Yeni metro stansiyası necə adlandırılacaq?

15-09-2021, 17:15- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

15-09-2021, 16:53- FHN-dən vətəndaşlara müraciət: Uşaqlara qarşı diqqətli olun!

15-09-2021, 16:27- Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

Haqqımızda Əlaqə

Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"

Tarix:12-09-2021, 19:53

Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"
- Leyla xanım, zaman adlı bir "at" sizi haradan götürüb haraya gətirdi?

- Uşaqlığımdan götürüb bu yerə qədər gətirdi. Yaş ötdükcə anladım ki, hər şey zamanla həll olunur. İnsanın bir məqsədi olmalıdır. Məqsəd olmasa, zaman da boş getmiş olar.

- Niyə məhz aktrisa oldunuz?

- Mənə elə gəlir ki, mən hansı sahədə olsa idim, uğur qazanacaqdım. Çünki özümə güvənirəm. Mən aktrisa olmaqla oynadığım rollarla insanlara göstərdim ki, siz əsl həyatda beləsiniz. Mən əslində sizi oynayıram. İnsanlar bəzən nəyisə gizlətməyə çalışırlar, amma səhnədə və kamera qarşısında hər şey aydın görünür.

- İndi olduğunuz mövqedən razısınızmı?

- Razıyam, amma insan gərək uğur qazandıqca dayanmasın. Yeni uğurlar qazanmaq üçün həmişə hərəkətdə olsun. Mən də bunun üçün çalışıram. Mənim yaşıdlarımın mənim olduğum yerə çatmaqları üçün çox çalışmaqları lazımdır.

- Nə olmamalı idi, amma oldu?

- Mən 15-16 yaşımda çox iş təklifləri aldım. Xarici ölkələrdən də dəvətlər aldım. Amma ailəmə görə bütün təkliflərdən imtina etdim. Çünki ziyalı ailədə böyüdüyüm üçün atam aktrisa olmağımı istəmirdi. Məni başqa sahədə görmək istəyirdi. Həmin ərəfədə onun üzərinə çox gedə bilmirdim. Ağır xəstə idi. Onun fikirlərinə hörmət edərək mənə dəstək olmağa çağırırdım. O, yaxşı bilirdi ki, mən necə bir tərbiyəyə sahibəm. Zaman keçdi və atam mənim seçimimlə barışdı. İndi mənimlə fəxr edir, uğurlarıma mənimlə birgə sevinir. Amma mənə vaxtında olunan təklifləri geri çevirməməli idim. Bu olmamalı idi. Onları qəbul etsə idim, indi olduğum mövqedən qat-qat yüksəklərdə dayanardım.

- Subaysınız?

- Bəli, subayam.

- Bəs niyə ailə qurmursunuz?

- Xəyalımdakı insan hələ rastıma çıxmayıb.

- Çox vaxt deyirlər ki, aktrisa üçün uğura gedən yol rejissorun yatağından keçir. Buna necə baxırsınız?

- Kim necə yol gedir bilmirəm. Amma mənim alnım açıqdır. Öz yolumu gedirəm. Kimsə məşhur olmaq üçün hansısa yol atırsa, ona da pis baxıram.

- Açıq-saçıq səhnələrə çəkilərsinizmi?

- Bizim filmlərdə elə səhnələrə tam açıqlığı ilə göstərmirlər. Başqa bir ölkədə olsam, kiminsə sevgilisi roluna çəkilə bilərəm, amma kiminsə məşuqəsi ola bilmərəm.

- Özünüzlə dartıb apara bilmədiyiniz bir "yük" varmı?

- Əslində yoxdur, amma mənim daxili dünyam var. Həmin dünya "yük" lərdən ibarətdir. Mənim varlığım bir çox insanlara yükdür.

- Sizi qısqanırlarmı?

- Bəli, çox qısqanırlar.

- Sizə nə veriblər ki, ala bilmirlər?

- Bu sualın cavabı mənim özümə də çox maraqlıdır. Amma bir onu deyim ki, məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər.

- Nə vaxtsa öz əlinizlə baltalanmısınızmı?

- Məncə, mənə doğru gələn şanslardan, uğurlardan öz ayağımla qaçdığım zaman özümü baltalamışam.

- Pərdənin görünməyən tərəfindəki Leyla xanım necə biridir?

- Kənardan baxanda özümdən razı kimi görünürəm. Amma bu, yaxşı haldır. Qoy məni elə tanısınlar. İnsanın özünə günəvməsi yaxşı şeydir. Lakin mənimlə ünsiyyətdə olan insanlar bilirlər ki, əslində elə deyiləm. Çox mehriban biriyəm. Problemimi heç vaxt ətrafdakı insanlara yansıtmıram. Hər zaman gülümsəyirəm.

- Yatsanız yuxunuza nə girməzdi?

- Yatsam yuxuma girməzdi ki, mən bacaracağam. Çünki insanın üzərinə çox gəlirlər. Şükürlər olsun ki, bu gün öz ayaqlarım üzərində dayanmağı bacarıram.

- Kişi gözü ilə özünüzə baxanda nə görürsünüz?

- Özümə aşiq oluram (gülür).

- Nə ilə cəlb edirsiniz?

- Ümumiyyətlə, deyirlər ki, mənim qeyri-adi, çəkici bir qüvvəm var. Bu, bəlkə də cazibədarlığımdan irəli gəlir.

- Şüşəsindən çölə həsrət dağılan pəncərlərdən çox baxmısınız?

- Mən heç vaxt görmədiyim bir yola baxmıram və o yola çıxmıram.

- Sizin üçün nə davam edir?

- İşlərim davam edir. Hətta öz biznesimi daha da böyütmək istəyirəm ki, gələcəkdə əziyyət çəkməyim.

- Sizi görə nə samanlıqda iynə axtarmaq kimi bir şeydir?

- Əlimə düşən şansları dəyərləndirirəm ki, sonra həmin şansları samanlıqda iynə kimi axtarmayım.

- Əliniz ətəyinizdə çox qalıb?

- Bəli, bu yerə gələnə qədər çox əziyyət çəkmişəm.
'
- Yağışdan çıxıb yağmura düşmüsünüzmü?

- Bəli, insanları yalnış tanımışam. Hər kəsi özüm kimi görmüşəm. Amma sonra görmüşəm ki, yanılmışam.

- Gözünüzdən nə düşüb?

- Bir çox insanların insansızlığı.

- Daha çox yandırırsınız, yoxsa yanırsınız?

- Məncə, daha çox yandırıram.

- Dodağınızdan qəlbinizə axıb gedən nə oldu?

- Özümdə tapdığım hüzurum.

- Özünüzü tapa bilmisinizmi?

- Tapmışam.

- Sizə nə qadağandır?

- Mən özümə heç bir qadağa və sərhəd qoymamışam. Amma çevrəni də nəzərə alıram, təbii ki.

- Şərab içirsinizmi?

- Bəli, hərdən olur.

- Sizi şərabdan başqa nə məst edə bilər?

- Məni heç bir şey məst edə bilməz, amma mən öz varlığımla məst edərəm (gülür).

- Görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?

- Bəzi rejissorların gözü kordur. Onlar mən və mənim kimi istedadlı gəncləri görmürlər və ya görmək istəmirlər.

- Bu sahədə irəli getmək üçün mütləq arxadan itələnmək lazımdır?

- Məni heç kim arxdan itələməyib. Öz gücümə irəli getmişəm. Başqalarını deyə bilmərəm.

- Bu yaxınlarda Türkiyədə mükafata layiq görüldünüz. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, möhtəşəm bir tədbirə dəvət almışdım. Türkiyədə ilin ən yaxşı əcnəbi aktrisası adına layiq görüldüm. Bununla qürur duyuram.

- Mən axı haradan biləydim ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Haradan biləydim ki, bir zamanlar hər kəsə gülümsəyən balaca bir qızcığaz indi başqa qızcığazlara baxıb gülümsəyəcək. Haradan biləydim ki, mən həmin pillələri öz gücümə artıq çoxdan qalxmışam.

Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"
Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"
Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"
Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"
Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"
Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"
Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"
Aktrisa Leyla Babayeva: "Məni yıxmaq istəsələr də, yıxa bilməyəcəklər"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...