Dünən, 23:22- Milli Məclisin deputatı Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib.
Dünən, 17:00- Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib
Dünən, 16:32- “Samsung” ən güclü “Galaxy” qurğusunun anonsunu verib
Dünən, 16:09- Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Dünən, 15:44- Azərbaycan-Belarus sənədləri imzalanıb
Dünən, 15:17- Hərbi Qənimətlər Parkına giriş pulludur - biletin qiyməti
Dünən, 14:51- Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünən, 14:24- Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Dünən, 14:00- Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir
Dünən, 13:08- Sabahın hava proqnozu
Dünən, 12:45- 5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Dünən, 12:19- Mixael Şumaxerin malikanəsi müalicəsi üçün satışa qoyulub
Dünən, 11:56- Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
Dünən, 11:22- "8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Dünən, 11:00- Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Dünən, 10:34- Müqəddəs Ramazan ayı başladı
Dünən, 10:07- “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
13-04-2021, 21:25- Vətənpərvərlik
13-04-2021, 17:00- Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
13-04-2021, 16:32- 170-dən çox jurnalist peyvənd olunub
- Afa xanım, zaman sizi haradan götürüb haraya gətirdi? Öz istəyinizləmi həkim oldunuz?
- Bəli. Sözün düzü, atamın istəyi ilə olub. Amma özüm də həkim olmaq istəyirdim. Özümü bu sahədən başqa heç bir sahədə görməmişəm.
- Artıq neçə ildir ki, bu sahədə yaşayırsınız?
- İyirmi ildən artıqdır ki, bu sahədəyəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Bu sahənin çox çətin və məsuliyyətli bir peşə olduğunu müşahidə etdim.
- Xanımlarla işləmək çətindirmi?
- Əslində çətin deyil. Xanımlar hər zaman diqqət istəyirlər. Ümumiyyətlə, hər bir həkim pasientlərlə, xüsusilə , xanım pasientlərlə səmimi davranmalıdır. Mən də hər bir pasientə öz doğmam kimi yanaşıram.
- Ağ xalatsiz necə birisiniz?
- Ağ xalatda çox ciddi, işində məsuliyyətli və tələbkar biriyəm. İşdə işimin keyfiyyətini düşünürəm. Ağa xalatsız olanda isə çox pozetiv, zarafatcıl və ünsiyyətciləm.
- Ginekolojiyaya dair bütün prosedurları icra edirsiniz?
- Bəli, bütün prosedurları icra edirəm. Mən bir saylı doğum evində karifeylərin əhatəsində olmuşam. Ən ağır xəstələrlə çalışmışam. İllərdir ki, kifayət qədər təcrübə yığmışam.
- O illərlə indiki illər arasında hansı fərqlər var?
- İndi tibb sahəsi çox inkişaf edib. Amma mənim narahat olduğum bir məqam var. Biz əvvəllər bir pasientə görə öz həmkarlarımızla məslətləşib sonra qərar verirdik. İndi buna əməl edən az həkim var. Həkimlərin əksəriyyəti tək qərar verir.
- Hələ də unuda bilmədiyiniz bir pasientiniz varmı?
- Belə pasientlərim çox olub. Amma yaxşı yadımdadır, təxminən dörd il əvvəl bir dəfə gecə mənə zəng gəldi. Ağır bir xəstəyə baxmağımı xahiş etdilər. Mən xəstəxanaya çatanda xanım ağır vəziyyətdə idi. Onun dərhal əməliyyata aldıq. Daxili qanaxma var idi, dölün ürəkdöyüntüsü demək olar ki, yox idi. Uşaq həkimlərinin köməyi ilə çox çətinliklə uşağın ürək döyüntüsü bərpa olundu. Biz iyirmi gün həm anasına, həm də körpəyə xidmət göstərdik. Mənim indi həmin xanımla əlaqəm var.Həmin körpə də sağlam həyat tərzi sürür.
- Xanımlar bəzən öz orqanizmlərinə etinasız yanaşırlar. Onlara nə məsləhət görürsünüz?
- Bizdə xanımlar heç bir xəstəlikləri olmadıqları təqdirdə həkimə müraciət etmirlər. Sanki nədənsə qorxurlar. Bu, düzgün deyil. Xanımlar heç olmasa, ildə bir dəfə öz sağlamlıqları üçün proflaktik müayinələrdən keçməlidirlər. Vaxtında edilən müdaxilələr gələcəkdə baş verə biləcək fəsadların qarşısını öncədən alır.
- Ailəlisiniz?
- Bəli, ailəliyəm.
- Ailə həyatı ilə bu peşə alınırmı?
- Alındırmağa çalışırıq. Mənim iki qızım var. Onların həkim olmağını istəmərəm. Çünki bu peşənin nə qədər çətin olduğunu mən özüm görürəm.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Həkim andı müqəddəs anddır və bunlardan ibarətdir: Peşəndə dürüst olmaq, bütün biliklərini və bsacarığını insanın sağlamlığına yönəltmək, həkim və pasient arasında olan sirri saxlamaq, pasientə qarşı diqqətli və qayğıkeş olmaq, müəllimlərinə minnətdar olmaq, öz biliklərini tələbələrinlə bölüşmək və s. Mən , demək olar ki, öz andıma sadiqəm. Müəllimlərimə sonsuz minnətdaram. Çox savadlı və bacarıqlı tələbələrim var. Pasientlərimin mənə qarşı olan sevgisindən hiss edirəm ki, mən dünyanın ən yaxşı həkimiyəm. Amma mənim ağlıma gəlməzdi ki, zaman gələcək və həkimlik peşəsi çox acınacaqlı bir vəziyyətə qalacaq, elmi-praktiki işlər yox dərəcəsində olacaq, püxtələşmiş və savadlı həkimlərimiz işləmək üçün başqa ölkələrə üz tutacaqlar. Bir həkimin savadlı olmağı üçün həm təhsilli, həm savadlı müəllimin yanında praktikası olmalıdır və yalnlz belə mühitdə həkim sənətinin zirvəsinə çatır. Bəs indi necədir? Azərbaycanın korifey ginekoloqları olub. Onların adlarını çəkə bilərsiniz? Əlbəttə, xeyir... Çünki onlar unudulub, onlar bizim tariximizdir. İndi öndə, prioritetdə başqa şeylərdir. Mənə elə gəlir ki, bu keçid dövrüdür. Mən özümə və xalqımıza inaniram. Azərbaycan həkimi öz adını əsgərlərimizlə çiyin-çiyinə cəbhədə dayananda təsdiqlədi!
Həkimlə əlaqə: (050) 3691231