Dünən, 23:22- Milli Məclisin deputatı Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib.
Dünən, 17:00- Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib
Dünən, 16:32- “Samsung” ən güclü “Galaxy” qurğusunun anonsunu verib
Dünən, 16:09- Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Dünən, 15:44- Azərbaycan-Belarus sənədləri imzalanıb
Dünən, 15:17- Hərbi Qənimətlər Parkına giriş pulludur - biletin qiyməti
Dünən, 14:51- Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünən, 14:24- Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Dünən, 14:00- Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir
Dünən, 13:08- Sabahın hava proqnozu
Dünən, 12:45- 5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Dünən, 12:19- Mixael Şumaxerin malikanəsi müalicəsi üçün satışa qoyulub
Dünən, 11:56- Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
Dünən, 11:22- "8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Dünən, 11:00- Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Dünən, 10:34- Müqəddəs Ramazan ayı başladı
Dünən, 10:07- “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
13-04-2021, 21:25- Vətənpərvərlik
13-04-2021, 17:00- Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
13-04-2021, 16:32- 170-dən çox jurnalist peyvənd olunub
- Sabrina xanım, zaman sizi hardan hara gətirdi?
- İnsan yaşa dolduqca, daha da kamilləşir. Əvvəl daha qayğısız idim. Yaşım artdıqca, həyat yüküm daha da artır.
- Özünüzlə dartıb apara bilmədiyiniz bir yükünüz var?
- Allah hər kəsə qaldıra biləcəyi bir yük var. Mənim də özümə görə yüklərim var.
- Şüşəsindən çölə həsrət dağılan pəncərələrdən çox baxmısınız?
- Bəli, baxmışam.
- Nəyin həsrətini çəkmisiniz?
- Uzun illər övlad həsrəti çəkmişəm. Amma şükürlər olsun ki, Allah mənə övlad payı verdi.
- Nə vaxtsa, öz əlinizlə baltalanmısınız?
- Bəli, olub. Şəxsi həyatımda səhvlərim olub.
- Gözünüzdən nə düşüb?
- Mən insanpərəst biriyəm. Amma insanların çoxu gözümdən düşüb.
- Bəs gözünüz nəyə düşüb?
- Gözüm bir avtomobil var, ona düşüb (gülür)
- Ananın qızı olmaq çətindir, yoxsa qız anası olmaq?
- Ailə qurduqdan sonra anladım ki, qız anası olmaq daha çətindir.
- Şou-biznesdə irəli getmək üçün dəstək mütləqdir?
- Bəli, yaxşı mənada dəstək olmalıdır. Çünki dolayı yolla irəli getmək çətindir.
- Sizin bir dəstəyiniz olubmu?
- Mən hər şeyi öz gücümə etmişəm. Artıq
alışmışam. Evdə idarəçilik məndədir. Məni idarə etmək çətindir.
- Emilin nə vaxtsa sizdən ayrılacağı ağlınıza gələrmi?
- Emil onu nə vaxtsa etsə, yenə də canı sağ olsun. Mən hər şeyi sevgim üçün edirəm.
- Bəs Emil sizi sizin onu sevdiyiniz qədər sevirmi?
- Onu özündən soruşmaq lazımdır. Hər halda, bir-birimizə çox öyrəşmişik.
- Yatsanız, yuxunuza nə girməzdi?
- Yuxuma girməzdi ki, müğənni ilə ailə qurum.
- Bir kişi gözü ilə özünüzə baxanda nə görürsünüz?
- Düşünürəm ki, kişi gözü ilə baxsam, özümü bəyənmərəm. Çünki məndə kişi xarakteri çoxdur.
- Əliniz ətəyinizdə çox qalıb?
- Şükür Allaha ki, əlim həmişə göydə olub.
- Ürəyinizdən qəlbinizə axıb gedən nə oldu?
- Mən çox qürurlu insanam. Heç vaxt özümü sındırmamışam. Mənim ürəyimdə nə varsa, hamısını Emilə demişəm.
- Sizin üçün tərəzinin gözündə ağır gələn nədir?
- Mənəvi dəyərlər... İnsani keyfiyyətlərimi heç nəyə dəyişmərəm. Məni həyatda ayağa qaldıran düzgün olmağımdır.
- Sizin üçün əsrə bərabər gün olan hansı gün idi?
- Elə günlərim çox olub. Məsələn, mən Moskvada idim. Dedilər ki, Emilin vəziyyəti pisdir. Gələ bilmirdim, ürəyim partlayırdı. O gün getsin, gəlməsin.
- Bu gün şou-biznesdə niyə barmaqla göstərilənlərdən deyilsiniz?
- Mənim öz prinsiplərim var. Elə şeylər var ki, mən onları edə bilmərəm.
- Kaş ki, gözüm kor olaydı, onu görməzdim. Kimi?
- Həmişə Emilə deyirəm ki, kaş ki, gözüm kor olardı, səni görməz idim (gülür).
- Mən axı hardan biləydim ki,... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən hardan biləydim ki, evin ərköyün bir qızı bunları yaşayacaq. Hər şey bundan da gözəl ola bilərdi.