Dünən, 23:22- Milli Məclisin deputatı Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib.
Dünən, 17:00- Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib
Dünən, 16:32- “Samsung” ən güclü “Galaxy” qurğusunun anonsunu verib
Dünən, 16:09- Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Dünən, 15:44- Azərbaycan-Belarus sənədləri imzalanıb
Dünən, 15:17- Hərbi Qənimətlər Parkına giriş pulludur - biletin qiyməti
Dünən, 14:51- Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünən, 14:24- Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Dünən, 14:00- Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir
Dünən, 13:08- Sabahın hava proqnozu
Dünən, 12:45- 5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Dünən, 12:19- Mixael Şumaxerin malikanəsi müalicəsi üçün satışa qoyulub
Dünən, 11:56- Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
Dünən, 11:22- "8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Dünən, 11:00- Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Dünən, 10:34- Müqəddəs Ramazan ayı başladı
Dünən, 10:07- “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
13-04-2021, 21:25- Vətənpərvərlik
13-04-2021, 17:00- Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
13-04-2021, 16:32- 170-dən çox jurnalist peyvənd olunub
- Nigar xanım, necə oldu ki, müğənni oldunuz?
- Əslində mənim təhsilim başqadır. İxtisasca müəlliməyəm. Lakin musiqiyə marağım uşaqlıq illərimdən yaranıb. Yadıma gəlir, o zamanlar toylar olanda məni dəvət edirdilər. Amma müəyyən səbəblərdən sənətin üstünə düşə bilmədim. Kaş ki, düşərdim. İndi məşhur müğənnilərdən biri idim. Çünki baxıram ki, indiki məşhur müğənnilərin çoxunun səsi yoxdur.
- Artıq necə ildir ki, səhnədəsiniz?
- Mən 2007-ci ildə "Azeristar"manı müsabiqəsinin iştirakçısı olmuşam. Artıq on beş ilə yaxındır ki, bu sahədəyəm. Ailə qurduqdan sonra sənətə bir az ara verdim. İndi qaldığım yerdən yenidən başlamışam.
- Xaraktercə necə birisiniz?
- Mən çox sadə və səmimi bir insanam.
- Öz əlinizlə baltalanmısınızmı?
- Olub. Amma bunu sirr olaraq saxlamaq istəyirəm.
- Bir neçə il bundan öncəki şou-bizneslə indiki arasında nə fərq var?
- Bircə onu deyə bilərəm ki, pul adamı çox dəyişir.
- Gündəmdə olmaq üçün mütləq soyunmaq lazımdır?
- Məncə, xeyir.
- Gözünüzdən nə düşüb?
- Həyatda təkliyə qapanıb ağlamağı sevirəm. Gözümdən düşən daha çox yaş olur.
- Sizi daha çox ağaladan səbəb nə olur?
- Ağlamağımın səbəbi də öz səhvlərimdir.
- Gün var, əsrə bərabər. O hansı gün idi?
- Aşiq olduğum gün (gülür)
- Özünüzlə dartıb apara bilmədiyiniz bir yük var?
- Belə bir yüküm olsa da, valideynlərim sağ olsunlar, məni bu yükü tək daşımağa qoymurlar.
- Qaçdıqca nəyə çata bilmirsiniz?
- Qadın xoşbəxtliyinə çata bilmirəm.
- Göz ilə qaş arasında nə baş verdi?
- Keçən zaman, keçən yaş.
- Görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?
- Özümü zirvələrdə görmək istəyirəm və inanıram ki, bir gün həmin zirvəyə mütləq çatacağam.
- Yatsanız yuxunuza nə girməzdi?
- Yuxuma girməzdi ki, siz məndən müsahibə alarsınız ( gülür).
- Nigar xanım şou-biznesdə niyə barmaqla göstərilənlərdən deyil?
- Gündəmdə olmamağımın səbəbi yəqin ki, yaxşı cəhətlərimin olmağıdır. Yaxşıların arxasıyca həmişə danışırlar.
- Sponsorunuz varmı?
- Sözün düzü, mənə çox təkliflər olub. Amma o dəstəyin arxasında başqa şeylərin dayandığını görmüşəm, ona görə də qəbul etməmişəm.
- Kaş ki, gözüm kor olaydı və ya onu görməyəydim.
- Kaş ki, ona qarşı olan səhvlərimi görməyəydim.
- Kimə qarşı?
- O insan artıq yoxdur.
- Mən axı haradan biləydim ki?.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu cümlənin arxasında çox fikirlər var. Ona görə də, istərdim ki, üç nöqtə qoyaq.