Anons

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

24-09-2020, 13:40- Sabah 29 dərəcə isti olacaq

24-09-2020, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

24-09-2020, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24-09-2020, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24-09-2020, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

24-09-2020, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Haqqımızda Əlaqə

Psixoloq Vəfa Xudiyeva: "Münasibətdə güvən çox önəmlidir"

Tarix:18-06-2020, 23:23

Psixoloq Vəfa Xudiyeva: "Münasibətdə güvən çox önəmlidir"
- Xəyanət nədir?

- Hər kəs ücün xəyanət anlamı fərqlidir. Kiminə görə yalan danışmaq, kiminə görə aldatmaq, kiminə görə sözün üstündə durmamaq, kiminə görə xəyanət etmək adi dostluqda belə bir insan harasa gedirsə və dostunu çağırmırsa, demirsə və ya dediyi sözü sadəcə ona dediyi halda başqasından eşitmək onun üçün də xəyanət hesab oluna bilər. Hər bir duruma verdiyimiz reaksiya fərqli olduğu kimi, buna da hər kəs fərqli reaksiya verə və bu durumun öhdəsindən gələ bilər. Hər bir insana görə bu anlayış dəyişir, amma dəyişməyən bir şey var ki, ortada insanın aldadılması, güvənin itməsi, münasibətin hər zamankı kimi olmaması. Hər iki tərəf üçün ağır bir durumdur ki, artıq güvən itir, şübhələr daima yaranır, artıq hər kiçik soyuqluq və ya mübahisə belə insana o anları xatırladır (xəyanət olunan insana). Xəyanət edən insan isə daima özünü axtarır. Daha doğrusu, daima nə istədiyini axtarır. Xəyanət edən insanlar natamam insanlar olur. Xəyanət etməklə sanki özünü qarşı tərəfə təsdiq etmiş olur. Bu günki günümüzdə kişilər daha çox xəyanət edirlər. Xəyanət edən insanlar əzginlik kompleksinden əziyyət çəkirlər.

- Xəyanəti bağışlamaq olarmı?

- Xəyanət xəyanətdir. Cinsindən asılı olmadan xəyanət, aldatmaq eynidir. Bağışlamaq isə məncə öncəki sualda da dediyim kimi hər kəsin reaksiyasi fərqli ola bilər və bağışlamaq, bağışlamamaq şəxsə görə dəyişir.

- Xəyanət uğramış insanlara necə yardım edirsiniz?

- Bəli, əlbəttə, bu durumlarla çox işləyirik. Xəyanətə uğramış insanlar isə artıq özü ilə bacara bilmədiyindən və ya olduğu situasiyanı həzm edə bilmədiyindən bizə müraciət edir. Artıq davamlı şəkildə şübhələr, beynində daima təkrarlanan düşüncələr, sevilmədiyini düşünərək özünə qapanıqlıq (depresiyya), komplekslər və s. bunlarla müraciət edirlər. Psixoloji seansa gələn zaman bizdən onun nə istədiyi daha çox ön planda olur. Bu durumda ona imunitet yaratmağımızı, yoxsa bundan sonrakı atacağı addımlarda ona psixoloji dəstək olmağımızı istəyir ilk bunu aydınlaşdırırıq. Onun burada bizdən gözləntisi çox önəmlidir.

İki insan arasındakı istənilən münasibətdə güvən çox önəmlidir. Münasibətə başlayarkən isə ilk öncə gözləntilərimizin nə olmasını danışaraq bildirmək, nələr bir- birimizə vərə bilərik, nələr bizim üçün dəyərlidir, yəni dəyərlər sistemi baresində danışmaq. Bunlar çox önəmlidir. İnsanlar bir- birini tamamilə tanıyıb, öz gözləntilərini müzakirə edərsə, məlumat verərsə, bir-birini olduğu kimi qəbul edib dəyişdirmədən iki yetkin insan kimi münasibət qurarsa, ortada hər zaman hörmət, istək və sevgi olacaq. Əks təqdirdə, xəyanət, yadlaşma və ya soyuqluq kimi hallar olacaq.

Əlaqə nömrəsi: (055) 9678822

Psixoloq Vəfa Xudiyeva: "Münasibətdə güvən çox önəmlidir"
Psixoloq Vəfa Xudiyeva: "Münasibətdə güvən çox önəmlidir"
Psixoloq Vəfa Xudiyeva: "Münasibətdə güvən çox önəmlidir"
Psixoloq Vəfa Xudiyeva: "Münasibətdə güvən çox önəmlidir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...