Anons

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

22-04-2024, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Haqqımızda Əlaqə

Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

Tarix:13-05-2020, 20:15

Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm" - Şəhla xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən məktəb vaxtı dərs oxumağı heç sevməmişəm. Bu sahəyə marağım o vaxtlardan başlayıb Hətta dərsdə arxa partada əyləşib gəlinciklərin saçlarını hörürdüm. Sonra xalam Aygünün köməkliyi ilə iki il peşə məktəbində təhsil aldım. İki il ərzində çox təcrübə yığdım. Amma elə bilirdim ki, bu sahədə irəli gedə bilmərəm. Lakin qarşıma məqsəd qoydum və arzuma çatdım. Amma mənim planlarım və arzularım çoxdur. Zamanla hamısının bir-bir reallaşacağına inaniram.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- On ildən artıqdır ki, bu sahədəyəm. Dörd ildir müstəqil fəaliyyət göstərirəm.

- Yaxşı bir stilist olmaq üçün nə lazımdır?

- İlk növbədə əl qabiliyyəti olmalıdır. Bir də ki, bu işə sevginin olmağı mütləqdir.

- Xaraktercə necə birisiniz?

- Sadəyəm, səmimiyəm. Tez inaniram. Buna görə də ətrafımdakılardan tez-tez zərbə alıram.

- Paxıllığınızı çəkənlər varmı?

- Paxıllığımı çəkənlər çoxdur. Sanki mənim etdiyimi təkrarlamaq istəyirlər.

- Bu sahədən nə gözləyirsiniz?

- Çox şey gözləyirəm.

- Bu sahədə irəli getmək üçün bir dəstək lazımdırmı?

- Əlbəttə, lazımdır. Bu sahəyə pul qoymadan pul götürmək mümkün deyil. İrəli gedənlərin əksəriyyəti nəyinsə gücenə gediblər. Mən isə bu yerə öz gücümlə gəlmişəm.

- Qadın necə olmalıdır?

- Qeyd edim ki, Azərbaycan xanımları dünyanın ən gözəl xanımlarıdır. Xanımlar xanım-xatın olmalıdır və öz gözəlliklərini hər zaman qorumalıdır.

- Kompleksləriniz varmı?

- Xeyr, yoxdur. Sərbəst və rahat bir insanam. Geyim baxımından heç kompleksim yoxdur. Amma kompleksizliyim bəzən əleyhimə işləyir.

- Özünüzə qoyduğunuz hər hansı bir qadağa varmı?

- Var. Bilirsiniz ki, bu sahədə qadağa getmək üçün müəyyən dəstək lazımdır. O dəstəyin də nə olduğunu hamı bilir. Mən olunan təklifləri geri çevirirəm. Çünki təmiz ailə qurmaq istəyirəm.

- Nədən narazısınız?

- Mən dost dediyim insanları özüm kimi qorumağa çalışıram. Bəzən onlara düz danışdığım halda, məni səhv anlayırlar. Bu, mənə təsir edir.

- Nəyə güvənir və nəyə arxalanırsınız?

- Mən anama, atama və qardaşıma arxalanıb onlara güvənirəm.

- Bu sahəyə gələrkən ailəniz sizə inanırdı ki, irəliləyə biləcəksiniz?

- Əvvəl ailəm mənə inanmırdı ki, nəyisə bacara bilərəm. Amma mənim nələrə qədər olduğumu görüb inanırlar. Bəziləri var ki, onlar mənim işlərimi görüb inana bilmirlər. Gücümə şübhə edirlər. Onlar mənim nəyə qadir olduğumu bilmirlər.

- Bu sahəyə gəlməyinizdə sizə kimlər dəstək olub?

- Peşə məktəbinə girməyimdən xalamın rolu oldu. O, məni yönəltdi. Anam Səidə xanım mənə çox dəstək oldu. Qardaşım Şəhriyarın arxamda gücünü hiss edirəm. Atam da həmişə arxa-dayağımdır.

- Bir stilist olaraq sizin də geyimləriniz müzakirə olunur?

- Mən stilistəm. İlk növbədə, mənim stilim gözəl olmalıdır. Mən seçilməliyəm. Geyimim mənim vizitkartımdır.

- Son zamanlarda şəkillərini sosial şəbəkələrdə yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Özünüz də bilirsiniz ki, insan artdıqca onu əzmək istəyənlər çox olur. Mən hələ tanımadığım halda bəzi düşmənlərim var ki, onlar mənim şəkillərimi yaymaqla mənə qarşı mənfi fikir formalaşdırmaq istəyirlər. Amma bilmirlər ki, istəmədən mənə yaxşılıq etmiş olurlar. Mən hələ onlara baş qoşmuram, baş qoşsam, yaxşı olmayacaq. Məni indi yalnız və yalnız işim maraqlandırır.

Əlaqə: (051) 806 61 31

instagram: @sehla_hairstylist

Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"
Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"
Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"
Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"
Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"
Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"
Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"
Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"
Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...