Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Psixoloq Aydan Məhərrəmli: "Bu sevgi ilə bütünləşmişəm"

Tarix:16-03-2020, 12:49

Psixoloq Aydan Məhərrəmli: "Bu sevgi ilə bütünləşmişəm"
- Aydan xanım, zaman sizi haradan götürüb haraya gətirdi?

- Zaman və zamandan şüurlu istifadə məni uşaqlara sevgidən götürdü uşaqlar üçün xidmətə gətirdi. Və hələ də yol gedirik. Ən böyük arzum ucqar kəndlərin birində böyük bir məktəb tikdirməkdir.

- İndi olduğunuz mövqedən razısınızmı?

- Mən razıyam və ümid edirəm ki, bu mövqedən xidmət etdiyim insanlar da razıdırlar. Mən burada çox xoşbəxtəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Səkkiz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu səkkiz ildə nə müşahidə etdiniz?

- Səkkiz il bundan öncə düşüncələr, hislər, duyğular tamam fərqli idi. İndi isə istər uşaqlarda davranış, istərsə də ailədə ünsiyyət ürəkaçan deyil. Ona görə də psixoloqlar, pedoqlar əl-ələ verib əllərindən gələni etməli, maarifləndirmə işləri daha geniş vüsət almalıdır.

- Necə oldu ki, "Verbal" tədris mərkəzini yaratmaq qərarına gəldiniz?

- Mən bundan öncə bir neçə kursda pedaqoq kimi çalışmışam. Hər zaman ağlımda fərqli yanaşma tərzi, maraqlı və əyləncəli metodlar və daha çox uşağa xidmət etmək və faydalı olmaq arzusu olub. Elə bir vaxt gəldi ki, mən bu şiddətli arzunun hədəfə və plana çevrilməsinə mane ola bilmədim və öz tədris mərkəzimi yaratmaq qərarına gəldim. Adı da təsadüfi seçilməyib. Verbal şifahi ünsiyyət deməkdir. Adından göründüyü kimi, biz burada uşaqlara sifahi ünsiyyəti öyrədirik. Çünki texnikanın inkişafı çox acınacaqlı vəziyyət yaradıb. Təsəvvür edin ki, uşaqlar gəlir, nitq var, amma ünsiyyət qura bilmir. Biz bu mərkəzdə həmin və ona bənzər digər nöqsanları da aradan götürürük.

- Pərdənin o biri tərəfindəki Aydan xanım necə biridir?

- Bilirsiniz qəribə olan nədir? Uzun müddətdir ki, müşahidə edirəm. Pərdənin arxasındakı Aydan pərdənin önündəki Aydandan fərqli deyil. Bu iş mənim üçün sevgidir və mən bu sevgi ilə bütünləşmişəm.

- Bəs nəyi dəyişdirmək istədiniz, amma alınmadı?

- Bəzi məsələlərdə qərar verərkən soyuqqanlı olmaq istəsəm də, hələki bu məndə uğurlu alınmır. Bu da mənim uşaqlara olan sevgimdən qaynaqlanır. Gözlərinə baxmaq kifayət edir.

- Nədir bu sevginin arxasında yatan sirr?

- Bilmirəm... Hərdən deyirəm ki, uşaqları sevmək psixoloqların psixoloji "xəstəliyi"dir. Babam Zəngilanda məktəb direktoru, həm də ibtidai sinif müəlliməsi olub. Onun yolunu davam etdirən ilk nəvələrindənəm. Atamın da uşaqlara sevgisi böyükdür.
Bəlkə də onlardan keçib bu sevgi. Hər halda, həmişə belə qalmağını istərdim. Çünki uşaqlara sevgi və qayğı göstərmək adamın ruhuna da təsir edir.

- Ailəlisinizmi?

- Xeyr, subayam.

- Özünüzlə çəkib apara bilmədiyiniz bir yük varmı?

- Tam səmimi deyirəm, heç kimi və heç nəyi itirməkdən qorxmuram. Amma boynumda kiminsə haqqı bu dünyadan getmək istəmərəm. Qorxum yalnız bundandır. Harama girmək, haqqa girmək hər kəsin qorxusu olmalıdır fikrimcə.

- Bir psixoloq olaraq sizi narahat edən məsələ nədir?

- Mən gün ərzində çox insanlarla, ailələrlə rastlaşıram. Qısaca deyim ki, cəmiyyətin bu vəziyyəti məni çox narahat edir.

- Nə olmamalı idi, amma oldu.

- Mən həyatda nə istəmişəmsə, hamısı olub. Olmayanları da rahatlıqa qəbul etməyi bacarmışam.

- Məndə olan məlumata görə, siz mahnılar da ifa edirsiniz.

- Bu da bir sevimli məşğuliyyətdir (gülür)

Əlaqə: (050) 6533212

Psixoloq Aydan Məhərrəmli: "Bu sevgi ilə bütünləşmişəm"
Psixoloq Aydan Məhərrəmli: "Bu sevgi ilə bütünləşmişəm"
Psixoloq Aydan Məhərrəmli: "Bu sevgi ilə bütünləşmişəm"
Psixoloq Aydan Məhərrəmli: "Bu sevgi ilə bütünləşmişəm"
Psixoloq Aydan Məhərrəmli: "Bu sevgi ilə bütünləşmişəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...