Anons

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Həkim-kosmetoloq Nigar Sultanova: "Təbiiliyi qoruyub saxlamağa çalışıram"

Tarix:14-02-2020, 18:04

Həkim-kosmetoloq Nigar Sultanova: "Təbiiliyi qoruyub saxlamağa çalışıram"
- Nigar xanım, necə oldu ki, kosmetoloq oldunuz?

- Mən Azərbaycan Dövlət Tibb Universitetini bitirmişəm. Ailə qurduqdan sonra Ukraynada magistraturaya qəbul oldum. Kosmetologiya sahəsinə marağım çox olduğuna görə bu sahəyə gəldim. Ukrayna ilə yanaşı, Dağıstan, İstanbul, Xarkov və s. yerlərdə kosmetologiyanın sirlərini daha da dərindən öyrənib özümü bu sahədə təkmilləşdirdim. Qeyd edim ki, mən həm də 2 saylı Bakı Tibb Kollecində dərs deyirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bütün kosmetoloji prosedurları həyata keçirdirsiniz?

- Bəli, ineksiyaya aid bütün prosedurları icra edirəm.

- Xanımlar daha çox hansı prosedurla bağlı sizə müraciət edirlər?

- Hər xanımın istəyi fərqli olur. Bizim gördüyümüz işlərin nəticələrini görüb, müxfəlif prosedurlarla bağlı müraciətlər edirlər.

- Son zamanlarda xanımlarda bir standartlaşma var sanki. Eyni burun, eyni dodaq və s. Bu, nə ilə əlaqədardır?

- Bəli, tamamilə doğrudur. Amma mən hər pasientə individual yanaşıram. Hər kəsin üz quruluşuna görə öz məsləhətlərimi verirəm. Təbiiliyi qoruyub saxlamağa çalışıram.

- Xarakter olaraq necə birisiniz?

- Kənardan baxanlar elə bilirlər ki, mən özümdən razıyam. Amma çox sadə və səmimi biriyəm (gülür).

- Yalnız xanımlarlamı çalışırsınız, yoxsa bəy pasientləriniz də olur?

- Xeyr, yalnız xanımlarla çalışıram.

- Hər bir həkimin bir işləmə mexanizmi var. Sizin əsas prinsipiniz nədən ibarətdir?

- Mən pasientlərimə də deyirəm ki, peşəkarlara və mütəxəssislərə müraciət etsinlər. Seçəcəkləri həkimi yaxşı araşdırsınlar, onun hansı dərman preparatları ilə çalışdığına fikir versinlər və s.

- Sizcə, bir xanımı daha gözəl göstərən hansı üzvüdür? Bir xanım ilk növbədə nəyə diqqət yetirməlidir?

- İlk növbədə dərinin təmizliyinə önəm verilməlidir. Dəri gözəl olmalıdır. Hər bir xanım vaxtında kosmetoloqa müraciət etməlidir.

- Kosmetoloqa müraciət etmək üçün hansısa bir yaş həddi varmı?

- Konkret bir yaş həddi yoxdur. Bu, hər prosedura görə dəyişir. Əsas, prosedurlara zamanında başlamaqdır.

- Özünüz hansısa kosmetoloji prosedurlardan yararlanmısınızmı?

- Bəli, mən iyirmi yeddi yaşımdan etibarən ineksiyon prosedurlardan istifadə edirəm. Amma çərçivə daxilində. Simamın təbiiliyini qoruyuram.

- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?

- Bəli, edirəm. Bir il ərzindəm yeddi xarici ölkədə olmuşam. Bunun tərəfdarıyam. Çünki kosmetologiya durmadan yenilənir. Biz də həmin yenilikləri təqib və tətbiq etməliyik.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, öz gözəlliklərinin qeydinə qalsınlar. Seçimlərini doğru etsinlər. Öz gözəlliklərini işin peşəkarlarına həvalə etsinlər.

- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki, seçdiyim peşələr mənə bu qədər maraqlı və fərəhverici olar. Pedoqoji fəaliyyətimlə qürur duyuram. Bütün tələbələrimlə əla münasibətim var. Həkimlik sənəti mənim uşaqlıq arzum olub. Ona görə də bu işdən zövq alıram. Xanımların yorğun və narahat gözlərində sonradan sevinc dolu baxışları görmək mənə hədsiz zövq verir.

Həkimlə əlaqə: (051) 4440017

Həkim-kosmetoloq Nigar Sultanova: "Təbiiliyi qoruyub saxlamağa çalışıram"
Həkim-kosmetoloq Nigar Sultanova: "Təbiiliyi qoruyub saxlamağa çalışıram"
Həkim-kosmetoloq Nigar Sultanova: "Təbiiliyi qoruyub saxlamağa çalışıram"
Həkim-kosmetoloq Nigar Sultanova: "Təbiiliyi qoruyub saxlamağa çalışıram"
Həkim-kosmetoloq Nigar Sultanova: "Təbiiliyi qoruyub saxlamağa çalışıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...