Anons

Bu gün, 16:49- Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

Bu gün, 16:29- Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Bu gün, 15:57- Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Haqqımızda Əlaqə

Nəsimi rayonundan deputatlığa namizəd Sadiq Həmzəyev: "Biz bir olsaq, bütün məsələləri asanlıqla həll edəcəyik"

Tarix:4-02-2020, 10:51

Nəsimi rayonundan deputatlığa namizəd Sadiq Həmzəyev: "Biz bir olsaq, bütün məsələləri asanlıqla həll edəcəyik"
- Sadiq müəllim, bir az özünüz barədə məlumat verin, zəhmət olmasa.

- Mən Sadiq Həmzəyev Mahmud oğlu 1963-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlmişəm. Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə birinci cərrahiyyə proflaktika fakültəsinə daxil olmuşam. 1991-ci ildə oranı Lenin adına təqaüdlə bitirmişəm. 1991-1993-cü illərdə kliniki ordinatur, 1993-1996-cı illərdə aspiranturanı bitirmişəm. Tibb elmləri namizədiyəm. Hal-hazırda doktorluq dissertasiyasını tamamlamışam. Üçüncü cərrahi xəstəliklər kafedrasında, Tibb Universitetində dosent vəzifəsində çalışıram.

- Necə oldu ki, deputatlığa namizədliyinizi irəli sürmək qərarına gəldiniz?

- Milli Məclisə deputatlığa namizədliyimi irəli sürməkdə bir neçə şərtlər oldu. Birinci şərt Prezidentimizin Parlamentin buraxılması ilə azad seçkinin keçirilməsi haqqında verdiyi qərar və bizim də dövlətimizin son zamanlarda apardığı islahatlara dəstək vermək istəyimiz oldu. İkincisi isə köhnə millət vəkillərinin fəalliyyətsizliyi məni çox narahat edirdi. Hər dəfə onların çıxışlarına baxanda təəssüf hissi keçirdirdim.

- Platformanız nədən ibarətdir?

- Platforma geniş bir məfhumdur. Platformamızda bir çox sahələri əhatə edən müxtəlif məsələlər var. Təhsildə və səhiyyədə olan boşluqları doldurmaq, çatışmazlıqları aradan qaldırmaq. Dinimizin və mənəvi dəyərlərimizin getdikcə dəyərsizləşməsi. Ölkədəki monopoliyanın biznesin inkişafına mane olması, məvaciblərin artırılması, təqaüdçülərin sosial vəziyyətinin yaxşılaşdırılması, uşaq pulunun və sosial müavinətlərin verilməsi, torpaqlarımızın işğal altında qalmasına beynəlxalq təşkilatların biganə qalması və s. məsələlər bizim platformamıza daxildir.

- İndiyə qədər keçirdiyiniz görüşlərdə seçicilər daha çox hansı problemlərdən danışıblar?

- Keçirdiyim görüşlərdə əhalini daha cox sosial problemlər və Dağlıq Qarabağ müqaşisə maraqlandırırdı.

- Millət vəkili seçildiyiniz təqdirdə görəcəyiniz ilk iş hansı olacaq?

- Dəyərli seçicilərimiz məni seçsələr, ölkəmizin sosial, iqarisadi, siyasi vəziyyətdən çıxmaq üçün çıxış yollarını ortaya qoyacağam. İlk növbədə, kimliyindən asılı olmayaraq hamı bir olmalıdır. Mənim birinci məqsədim xalqın birliyinə nail olmaqdır. Biz bir olsaq, qarşıda duran bütün məsələləri asanlıqla həll edə biləcəyik və bu milli birlik ölkəmizi dünya miqyasında daha da güclü bir dövlətə çevirəcəkdir. Siyasət biclik yox, düzlükdür. Ağa ağ, qaraya qara demək lazımdır. Mən bəzi məsələləri və ideyaları tam şəkildə açmaq istəmirəm. Amma biz ilk növbədə milli birlik yaratmalıyıq. Bu, söz deyil, İlahi bir mesajdır.

Nəsimi rayonundan deputatlığa namizəd Sadiq Həmzəyev: "Biz bir olsaq, bütün məsələləri asanlıqla həll edəcəyik"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...