Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Daxili xəstəliklər üzrə həkim - mütəxəssis Arzu Alxasova: "Ağ xalat mənə gözəl sənət verdi"

Tarix:28-01-2020, 16:13

Daxili xəstəliklər üzrə həkim - mütəxəssis Arzu Alxasova: "Ağ xalat mənə gözəl sənət verdi"
- Arzu xanım, zaman sizi haradan götürüb hara gətirdi?

- Zaman məni düşünmədiyim bir məqamdan planlaşdırmadığım bir məkana gətirib çıxartdı.

- Öz istəyinizləmi həkim oldunuz?

- Bəli. Öz istəyimlə həkim oldum. Həkim olmaq mənim uşaqlıq arzum olub. Anam həkim olduğuna görə ona baxıb fərəhlənmişəm. Həmişə istəmişəm ki, insanlara yardım edim. Buna görə də, bu peşəni seçdim.

- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?

- Artıq beş ildir ki, həkim olaraq fəaliyyət göstərirəm.

- Xarakter olaraq necə biridir Arzu xanım?

- Mən çox mülayim, qayğıkeş və dostcanlı biriyəm.

- Ağ xalat sizə nə verdi, sizdən nə aldı?

- Ağ xalat gözəl sənət verdi mənə. Amma əsəblərimi aldı (gülür).

- Nədən qorxursunuz?

- Yaxınlarımı itirməkdən.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Bu işlə ailə həyatı alınırmı?

- Çox gözəl alınır.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Vicdansızlığa və ədalətsizliyə "yox" deyirəm.

- Bir həkim olaraq sizi narahat edən məqam nədir?

- Pasientlərin tibbi biliklərinin az olması və bu sahədə maafilənmənin aşağı səviyyədə olması məni narahat edir.

- Sizin üçün nə olmamalı idi, amma oldu?

- Nə oldusa, gözəl oldu. Bundan sonra da olacaq, Allahın izni ilə.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, tibb sahəsində maariflənsinlər. Öz adını qoruyan heç bir həkim istəməz ki, kimsə ondan narazı qalsı. Tibbdə yüz faizlik nəticə yoxdur. Hər pasientə individual yanaşılır. Bir də ki, kiçik bir ağrıları olsa da, internetdən və ya qonşudan, qohumdan məsləhət almasınlar, dərhal həkimə müraciət etsinlər. Çünki proflaltik tədbirlər gələcəkdə yarana biləcək xəstəliklərin və onların ağırlaşmasının də qarşısını öncədən almaq deməkdir.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Ümidlə müraciət edən xəstələrə şəfa bəxş etmək, onların ümidlərini doğrultmaq bir həkim kimi məsuliyyətli olmaqla yanaşı, həm də o qədər fərəh və sevinc vericidir.

Daxili xəstəliklər üzrə həkim - mütəxəssis Arzu Alxasova: "Ağ xalat mənə gözəl sənət verdi"
Daxili xəstəliklər üzrə həkim - mütəxəssis Arzu Alxasova: "Ağ xalat mənə gözəl sənət verdi"
Daxili xəstəliklər üzrə həkim - mütəxəssis Arzu Alxasova: "Ağ xalat mənə gözəl sənət verdi"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...