Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Qastroenteroloq - Hepatoloq Aysel Askarova: "Hər bir işdə vicdanımla çalışıram"

Tarix:21-01-2020, 15:10

Qastroenteroloq - Hepatoloq Aysel Askarova: "Hər bir işdə vicdanımla çalışıram"
- Aysel xanım, zamam sizi haradan hara gətirdi?

- Zaman mənim üçün çox dəyərli məfhumdur. Hesab edirəm ki, olduğum yerə gətirdi.

- Öz istəyinizləmi həkim oldunuz?

- Bəli, öz istəyimlə oldum. Amma həkim olmasa idim, yəqin ki, diplomat olardım. Amma yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

- Artıq doqquz ilə yaxındır ki, bu sahədə fəaliyyətdəyəm.

- Bu doqquz ilə nəyi sığışdıra bilmədiniz?

- Bizim sahə dayanmadan inkişaf etməkdədir. Bu zamana konkret olaraq nəyisə sığışdırmaq mümkün deyil. Ona görə də, biz tibbdə olan yenilikləri həmişə təqib və tətbiq edirik.

- Xarakter olaraq necə birisiniz?

- Kənardan baxanda çox mülayim biri kimi görünürəm. Amma əslində tələblar və sərt biriyəm. Dəqiqliyi çox sevirəm. Bu da yəqin ki, peşəmlə əlaqədardır. Mənə yalan danışmaq bir çox hallarda mümkün olmur.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Ümumiyyətlə, "yox" deməyi bacarmaq yaxşı xüsusiyyətdir. Konkret olaraq deyə bilmərəm, amma bir çox şeyə "yox" deyirəm. "Yox" dan sonra "hə" deyə bilərəm, amma "hə"dən sonra "yox" deməyi sevmirəm.

- Ağ xalat sizə nə verdi, sizdən nə aldı?

- Ağ xalat məndən heç nə almadı. Bircə tələbə vaxtı bir tərəfini ütüləyərkən, bir tərəfini qırışladarkən əsəbləşib boşuna sərf etdiyim sinirlərdən başqa (gülür). O gündən bu yana paltar ütüləməklə aram yoxdur. Amma humanizm hissimi artırdı. İnsanları çox sevirəm. Onların kədərli, narahat baxışlarından sonrakı dönəmdə gözlərindəki sevinci görmək mənə zövq verir.

- Nədən qorxursunuz?

- Qorxularımı açıqlamağı sevmirəm. Onları hər zaman üstələməyə çalışıram.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Tibb hər gün inkişaf etsə də, xəstəliklər də bir o qədər çoxalır. Bu, məni narahat edir. İnsanlar ilk növbədə öz qidalanmaqlarına fikir verməlidirlər. Bir çox xəstəliklərin baş qaldırmasının əsas səbəblərindən biri də məhz düzgün qidalanmamaqdır.

- Ailəlisinizmi?

- Xeyr, subayam.

- Hər bir həkimin işləmə mexanizmi var. İş prinsipiniz nədən ibarətdir?

- Bizim işdə dəqiqlik çox önəmlidir. Nəzərdən qaçan xırda bir məqam da insanın sağlamlığına ciddi ziyan vura, hətta həyatı bahasına başa gələ bilər. Bu baxımdan, dəqiqliyə çox önəm verirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara səbrli olmağı arzu edirəm.

- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mənim üzərimə düşən hər bir işdə vicdanımla çalışıram və böyük məsuliyyət hiss edirəm. Bunun üçün mənim vicdanımın səsi rol oynayır. Simvolik olaraq içdiyim andın heç bir rolu yoxdur.

Həkimlə əlaqə: (055) 2554133

Qastroenteroloq - Hepatoloq Aysel Askarova: "Hər bir işdə vicdanımla çalışıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...