Anons

Bu gün, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

Haqqımızda Əlaqə

PHD (tibb üzrə fəlsəfə doktoru) ATU daxili xəstəliklər kafedrasının dosenti, terapevt Azadə Rəhimova: "Bacardığım qədər az dərman yazıram"

Tarix:9-01-2020, 11:47

PHD (tibb üzrə fəlsəfə doktoru) ATU daxili xəstəliklər kafedrasının dosenti, terapevt Azadə Rəhimova: "Bacardığım qədər az dərman yazıram"
- Azadə xanım, necə oldu ki, həkim oldunuz?

- Mənim uşaqlıq arzum müəllimə olmaq idi. Lakin bir müddət sonra hüquqşünas olmaq istədim. Amma elə bir dövrdə yaşayırdıq ki, valideynlər qızlarının hüquqşünas olmaqlarına bir o qədər də razı olmurdular. Anam həmişə məni ağ xalatda görmək istəyib. Ona dedim ki, bir şərtlə həkim olaram. Uşaq həkimi olacağam. Razı olmadı. Dedi ki, uşaqlıqda az xəstəlik keçirtmisən. Uşaq həkimi olsan, uşaqlardan sənə xəstəlik keçə bilər. Xülasə, həkim oldum. Həm anamın arzusu reallaşdı, həm də mənim. İndi həm həkiməm, həm də müəllimə. Ağ xalata gedən yol belə başladı. Tibb Universitetinə əla qiymətlərlə daxil oldum, əla qiymətlərlə də bitirdim.

- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?

- Otuz ilə yaxındır ki, bu sahədəyəm.

- Bu illər ərzində nə müşahidə etdiniz?

- Mən sovet məktəbi keçmişəm. O dövrdə təhsil daha sistemli və disiplinli idi. Mən indikindən daha çox sovet təhsil sisteminin işləməsini istərdim. Bundan başqa, bizim oxuduğumuz illər ərzində bir neçə aydan bir pulsuz proflaktik müayinələr aparılırdı. İndi elə şey yoxdur. Digər tərəfdən də əhalinin tibbi maariflənməsi çox aşağı səviyyədədir. İndi daha çox internet üzərindən maariflənməyə çalışırlar. Həkim məsləhəti olmadan müəyyən dərman preparatlarından istifadə edirlər. Qəti surətdə bunun əleyhinəyəm. Belə hallar yolverilməzdir.

- Xarakter olaraq necə biridir Azadə xanım?

- Nə qədər kəskin xarakterə malik olsam da, duyğusal və romantik ruhlu biriyəm. Yalan danışan və xəyanət edən insanı həyatımdan silib ata bilərəm. Amma kinli deyiləm. Mütaliədən, kofe içməkdən və səyahətdən zövq alıram. Bir sözlə, çətin insan deyiləm.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Siqaretə və spirtli içkiyə qətiyyətlə "yox" deyirəm.

- Son dövrlərdə ən çox müşahidə etdiyiniz xəstəliklər hansılardır?

- Son zamanlarda ağ ciyər və ürək-damar xəstəlikləri çoxalıb. Texnikanın, tibbin bu qədər inkişaf etdiyi bir zamanda bu xəstəliklər daha da artıb. Nə qədər müalicə olunsa da, ürək xəstəliklərindən ölənlərin sayı günbəgün artmaqdadır. Bu da bilavəsitə ekalogiyanın bərbad vəziyyətdə olması ilə əlaqədardır.

- İş prinsipiniz nədən ibarətdir?

- Mən bacardığım qədər az dərman yazıram. Çalışıram ki, pasientlərimə bir stimul verim. Xəsəliklərini onlara unutdurum. Sağlam şəkildə həkim pasient münasibəti yaratmaq mənim əsas prinsipimdir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara məsləhət görürəm ki, həmişə gülümsəsinlər. Gülüş yolxucudur. Qarşındakı insana təbəssüm göstərsən, o da başqaşına təbəssümlə yanaşacaq. O vaxt deyirdilər ki, sağlam bədəndə sağlam ruh olar. Mən isə deyərdim ki, tam əksinə, sağlam ruhda sağlam bədən olar. Ruh qocaldısa, cismin faydası olmaz. Çalışaq ki, ruhumuz cavan qalsın.

- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki, bu fikfi tamamlayın, zəhmət olmasa.

- Hippokratın ən xoşuma gələn sözü odur ki, ziyan vurma! Xeyrin dəyməsə də, ziyan vurma. Tələbələrimə də deyirəm ki, mən pedaqoji fəaliyyətimi həkimlik fəaliyyətimdən üstün tuturam. Bütün tələbələrimlə əla münasibətim var. Bizim məzunlar indi də bizi axtarırlar. Dünyanın harasında olsalar da, Azərbaycana gəldikdə bizimlə görüşürlər. Bunda gözəl nə ola bilər? Bu baxımdan, özümü xoşbəxt sayıram.

Həkimlə əlaqə: (050) 230 30 72

PHD (tibb üzrə fəlsəfə doktoru) ATU daxili xəstəliklər kafedrasının dosenti, terapevt Azadə Rəhimova: "Bacardığım qədər az dərman yazıram"
PHD (tibb üzrə fəlsəfə doktoru) ATU daxili xəstəliklər kafedrasının dosenti, terapevt Azadə Rəhimova: "Bacardığım qədər az dərman yazıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...