Anons

Dünən, 21:20- İlin Jurnalisti mükafatını dünya şöhrətli yazıçı Çingiz Abdullayev təqdim edib

Dünən, 17:29- 100 GR SABUNU 6460 AZNƏ SATIR

17-01-2020, 17:10- BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

17-01-2020, 16:56- BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020, 16:33- Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

17-01-2020, 16:15- YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

17-01-2020, 15:57- Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

17-01-2020, 15:48- “Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

17-01-2020, 15:25- Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

17-01-2020, 15:14- Xaricdəki Azərbaycan evlərinin sayı artır

17-01-2020, 15:06- Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

17-01-2020, 14:52- Bakıda 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

17-01-2020, 14:43- ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

17-01-2020, 14:31- “20 Yanvar: şəhidlər ölməz, Vətən bölünməz”

17-01-2020, 14:23- Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

17-01-2020, 14:05- AQTA saxta yağlarla bağlı xəbərdarlıq etdi

17-01-2020, 13:53- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

17-01-2020, 13:39- Sabah külək güclənəcək

17-01-2020, 13:28- Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

17-01-2020, 13:16- Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

Haqqımızda Əlaqə

Həkim-stomatoloq Sevinc Məməmmədzadə: "Pasientlərə öz doğmam kimi yanaşıram"

Tarix:7-01-2020, 15:29

Həkim-stomatoloq Sevinc Məməmmədzadə: "Pasientlərə öz doğmam kimi yanaşıram"
- Sevinc xanım, necə oldu ki, həkim oldunuz?

- Uşaqlıqda elə bilirdim ki, həkimlikdən və müəllimlikdən başqa sənət yoxdur. Baxmayaraq ki, bizim ailədə hamı iqtisadçıdır, amma nədənsə mənim beynimə yeritmişdilər ki, həkim olacaqsan. Oldum. Məndən sonra xalam uşaqları da bu peşəyə yiyələndilər.

- Niyə məhz stomatologiyanı seçdiniz?

- Anam mənə demişdi ki, müalicə işini seçərsən. Mən də demişdim ki, onda psixiatriyanı seçəcəyəm. Razı olmamışdı. O da olmayınca, valideynlərimdən xəbərsiz stomatologiyanı yazdım və qəbul oldum. İndi deyirlər ki, nə yaxşı bu sahəni seçmisən.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Universiteti 2010-cu ildə bitirmişəm. Amma dördüncü kursdan etibarən artıq işləməyə başladım.

- Xarakter olaraq necə birisiniz?

- Səmimi və dürüst biriyəm. Pasientlərə pul mənbəyi kimi yox, öz doğmam kimi yanaşıram. Çalışıram ki, öz işimlə cəmiyyətə bir fayda verim. İnsanın nəyəsə yararlı olduğu halda xoşbəxt sayılır.

- Əllərinizlə kifayət qədər insana sağlamlıq bəxş etmisiniz. Hərdən o əllərə baxanda nə düşünürsünüz?

- Düşünürəm ki, irəlidə görüləcək çox işlər var.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Pasientin sağlamlığına ziyan vura biləcək hər şeyə yox deyirəm.

- Nədən qorxursunuz?

- Allahımdan və həyatı boş yaşamaqdan qorxuram.

- Sizin üçün nə olmamalı idi, amma oldu?

- Düşünürəm ki, olacaqlar oldu. Nə olursa, yəqin ki, yaxşılığa doğru olur.

- Ağ xalatı geyinməyəndə özünüzü necə hiss edirsiniz?

- Adi geyimlə heç bir fərqi yoxdur. Əsas münasibətdir.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- İnsanların tibbi biliklərinin çox az olması və öz hüquqlarını bilməməkləri məni çox narahat edir.

- Ailəlisinizi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Mənim yoldaşım da stomatoloqdur. Yəqin ki, başqa peşənin sahibi olsa idi, çox çətin olardı.

- Övladlarınızın həkim olmağını istərdinizmi?

- Məsləhət görərəm, amma seçimi özlərinə buraxaram. Çünki insan sevmədiyi işlə məşğul olanda özünü natamam hiss edir.

- Bəs siz stomatoloq olmasa idiniz, hansı sahəni seçərdiniz?

- Psixoloq olardım.

- Yatsanız, yuxunuz nə girməzdi?

- Sizi inandırım ki, indiyə qədər nə istəmişəmsə, hamısını əldə etmişəm. Buna görə Allahımdan çox razıyam və şükr edirəm.

- Dartıb özünüzlə apara bilmədiyiniz bir "yük"ünüz varmı?

- Yəqin ki, var. Çünki hər kəsin uşaqlıqda aldığı bir travma olur və insana bütün həyatı boyu təsir edir.

- Öz əlinizlə baltalanmısınızmı nə vaxtsa?

- Xeyr, elə bir məqam olmayıb.

- Qadın adlı bir varlığı tam dərk edə bilmisinizmi?

- Əlbəttə, etmişəm. Kişi ilə qadın tam fərqli məxluqlardır. Baxış tərzləri, düşüncələri, reaksiyaları tam fərqlidir. Kişilər hər şeyə mexaniki yanaşır. Qadınlar isə hissiyatla davranırlar. Bəlkə də bu, onların ən zəif cəhətidir. Amma qadınlar həm ağıl, həm də sağlamlıq baxımından kişilərdən üstündürlər.

- Hisləriniz sizi aldadıbmı?

- Mən realist insanam. Hislərimə hərəkət etmirəm (gülür).

- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki, bu fikri tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, nə vaxtsa o andı yerinə yetirərəm, o anda həmişə sadiq qalaram.

Həkimlə əlaqə: (051) 8043454; (051) 5034141

Həkim-stomatoloq Sevinc Məməmmədzadə: "Pasientlərə öz doğmam kimi yanaşıram"
Həkim-stomatoloq Sevinc Məməmmədzadə: "Pasientlərə öz doğmam kimi yanaşıram"
Həkim-stomatoloq Sevinc Məməmmədzadə: "Pasientlərə öz doğmam kimi yanaşıram"
Həkim-stomatoloq Sevinc Məməmmədzadə: "Pasientlərə öz doğmam kimi yanaşıram"
Həkim-stomatoloq Sevinc Məməmmədzadə: "Pasientlərə öz doğmam kimi yanaşıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...