Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

“O rəqiblərim olmasaydı, mən Fərid Mansurov kimi məşhurlaşmazdım” - MÜSAHİBƏ

Tarix:25-12-2019, 11:37

“O rəqiblərim olmasaydı, mən Fərid Mansurov kimi məşhurlaşmazdım” - MÜSAHİBƏ
Azərbaycanda dövlət idman sahəsinə yetəri qədər diqqət və qayğı göstərir. Məhz bu diqqətin nəticəsində bəzi idman növlərində yarışan idmançılarımız Azərbaycanın üçrəngli bayrağını dəfələrlə beynəlxalq arenalarda dalğalandırıblar.
Azərbaycanın məşhur güləşçisi, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri , “Şöhrət” və “Tərəqqi” medallarının sahibi, Olimpiya çempionu Fərid Mansurov kimi.

Modern.az-ın əməkdaşı Fərid Mansurovla həmsöhbət olub.

- Fərid bəy, Gürcüstanda – Borçalı mahalında anadan olmusunuz. Doğma kəndinizə gedirsinizmi?

- Bəli mən Gürcüstanın Dmanisi rayonunda anadan olmuşam. İki yaşıma keçəndə atamın işi ilə əlaqədar Bakıya köçməli olduq. Demək olar ki, uşaqlığım Binə qəsəbəsində keçib. Dmanisidə nənə-babamdan qalan bir evimiz var. Hər il yay aylarında imkan olan kimi çalışıram ki, gedib ora baş çəkim. Özüm gedə bilməsəm də, valideynlərimi və ailəmi göndərirəm.

- Borçalıdan çıxan güclü idmançılar çoxdurmu?

- Gürcüstanda yaşayan azərbaycanlılar arasından güclü idmançılar çox çıxıb. Hətta deyərdim ki, Gürcüstanda əlbəyaxa döyüş növləri məktəbi daha yaxşı inkişaf edib. Ümumiyyətlə, tək Gürcüstanda yox, hardakı azərbaycanlılar yaşayır, bir ailədə 2 oğlan uşağı varsa, o uşaqlar əlbəyaxa güləşə, güləşə meyilli olublar. Bu, bizim bir növ yaxşı mənada adət-ənənəmiz hesab olunur. Mənim qardaşım da vaxtilə güləşlə məşğul olub. Özünə görə də nəticələri var. Böyüklər arasında ölkə çempionu, yeniyetmələr arasında isə dünya birinciliyinin gümüş mükafatçısı olub. Ancaq idmandan uzaqlaşıb, hazırda başqa istiqamətdə çalışır.

- Fərid Mansurov peşəkar güləşdə qazandığı uğurları kimə borcludur?


-Təbii ki, öncə Allaha və valideynlərimə borcluyam. Məni bu xarakterdə dünyaya bəxş etdiklərinə görə. Daha sonra dövlətimizə borculuyam, ona görə ki, məni bir idmançı kimi formalaşdırıb. Qəribə səslənsə də, rəqiblərimə də borcluyam. Ona görə ki, məşqlər zamanı qalib gəlmək üçün bütün gücümü ortaya qoyurdum və bu da mənə bir stimul verirdi. Bilirsiniz ki, idmançılar rəqabətdə daha çox möhkəmlənirlər. O rəqiblərim olmasaydı, təbii ki, mən bugünkü Fərid Mansurov olmazdım. Yaşadığım həyat tərzi, cəmiyyət mənim peşəkar idmançı kimi formalaşmağımda çox böyük kömək olub.

- 22 yaşda Olimpiya çempionu adını qazandınız. Bu qalibiyyət həyatınızda nə kimi dəyişikliyə səbəb oldu?

- Hər kəs bilir ki, olimpiya çempionu adını qazanmaq idmanda ən ali zirvə hesab olunur. Olimpiya yarışlarına düşən hər bir idmançı çalışır ki, bu adı qazansın. Şükürlər olsun ki, bu adı qazanmaq mənə ən gənc yaşlarımda qismət oldu. O yaşda olimpiya çempionu olmaq, mənə bir çox müsbət şeyləri qazandırsa da, müəyyən şeyləri də almış oldu.
Olimpiya çempionu olandan sonra, ölkədə 5 məşhur idmançının adı çəkilirdisə, onlardan biri də mən idim. Cənab prezidentimiz tərəfindən bir neçə dəfə təltif olundum. Olimpiya çempionu olmaq həm də məsuliyyətli olmaq deməkdir. Bu adı qazanan hər kəsin məsuliyyəti ikiqat artmış olur. Atdığımız hər addıma, davranışlarımıza xüsusi fikir veririk. Hər bir idmançı da çalışır ki, özündən sonra gələn nəsilə örnək olsun. Düzdür, sözdə deməklə heç bir şey alınmır. Gərək dediyini əməllərinlə sübut edəsən. Çünki müşahidələrimiz göstərir ki, bugünkü gənclər ən çox davranışlara, hərəkətlərə daha çox diqqət göstərirlər.

- Karyeranız müddətində uğurlarınızla bərabər, zədələr ardıcıl olaraq sizi izləyib. Afina Yay Olimpiadasından sonra ağır zədə üzündən bir neçə il yarışlara qatılmadınız. Yenidən idmana qayıdanda - Pekin Olimpiadasında ilk görüşdə məğlub oldunuz. Bu məğlubiyyət zədə ilə bağlı idi?


- Xeyr, əslində bu məğlubiyyətin səbəbi xəstəliklə əlaqədar idi. 2004- cü ildə Olimpiya çempionu olandan sonra məndə zədələr oldu. Cənab prezidentimizin göstərişi ilə Almaniyada əməliyyat olundum. 2007-ci ildə dünya çempionu adını qazandım. Bundan sonra Pekin Olimpiya Oyunlarına vəsiqə qazandım. Bu Olimpiadaya gedəndə artıq məndə zədə baxımından heç bir problem yox idi. Düzdür, əvvəlki illərlə müqayisədə,əməliyyatdan sonra tam potensialımla məşq edə bilmirdim. Ancaq yenə də həm fiziki, həm də psixoloji baxımdan yarışa hazır idim. Pekin Olimpiadasında milli komandanın kapitanı, yəni bayraqdar kimi bayrağımızı idmançıların önündə aparmaq mənim üçün bir şərəf hissi idi.
Açılış mərasimindən sonra məni güclü soyuq tutdu. İnanırsınız, 3 gün ərzində mən ancaq iynə-dərmanla ayaqda durmağa çalışırdım. Hərarət çox yüksək idi, yarışa da qızdırma ilə çıxdım. Bilirsiniz ki, belə məqamlarda bədən tamamilə zəifləyir və nəticədə mən elə ilk döyüşdə ukraynalı idmançıya məğlub oldum.
Bir məqamı söyləyim ki, həmin ukraynalı idmançını 5 ay qabaq yüksək xalla məğlub edərək, birincilik əldə etmişdim.
Pekin Olimpiadasından idmançılar üçün ziyafət təşkil olundu. Bu ziyafətdə cənab prezident söylədi ki, “mən bilirəm ki, sən xəstə idin. Ruhdan düşmə, gələcək oyunlarda qalib olmaq üçün məşqlərinə davam elə”. İnanın bu söz mənə sanki bir stimul verdi. Hətta deyərdim ki, məni yenidən idmana qaytardı. Məhz bunun nəticəsi idi ki, növbəti oyunlarda mən ikiqat dünya çümpionu adını qazandım.

- Bu yaxınlarda idmanla bağlı bir statistik göstərici açıqlandı. Məlum oldu ki, Azərbaycan əhalisinin yalnız 20,7 faizi idmanla məşğul olur. Sizcə bu göstəricinin aşağı olmasının səbəbi nədir?

- Bilirsiniz, idman deyəndə biz əsasən professional idmanı nəzərdə tuturuq. Ümumiyyətlə idman iki hissədən ibarətdir: bədən tərbiyəsi və idman. Bədən tərbiyəsi professional idman deyil. Ancaq idman deyəndə sırf professional idman nəzərdə tutulur. Nəzərə alsaq ki, Azərbaycan 10 milyonluq ölkədir. Bu insanları faiz göstəricilərinə bölsək, aralarında yaşlılar, qadınlar, uşaqları da görə bilərik. Düşünürəm ki, bu faiz göstəricisi o qədər də aşağı nəticə deyil. Bəlkə də 20,7 faiz professional idmanla məşğul olanların sayıdır. Axı bədən tərbiyəsi ilə məşğul olanlar da var. Bədən tərbiyəsində yaş məhdudiyyəti yoxdur. Bilirsiniz ki, bədən tərbiyəsi ilə məşğul olmaq öz sağlamlığını qorumaq deməkdir. Cənab prezidentimiz deyəndə ki, biz idman ölkəsiyik, burda təbii ki, Azərbaycanda yaradılan infrastruktur, professional idmançılar, eyni zamanda bədən tərbiyəsi ilə məşğul olanların hamısı nəzərdə tutulur.

- 2019-cu il idman sahəsində hansı hadisələrlə yadda qaldı?

- Deyərdim ki, 2019-cu il idman sferasında yaddaqalan illərdən oldu. Nəticə baxımından məhsuldar il hesab olunur. Bu il ölkədə bir çox beynəlxalq yarışlar keçirildi. Eyni zamanada, Azərbaycan idmançılarının beynəlxalq arenalarda göstərdikləri nəticələri də nəzərə alsaq, qənaətbəxş hesab etmək olar. Bilirsiniz ki, bu il ölkədə “Formula 1” yarışı, Yeniyetmə və gənclərin Avropa Yay Olimpiya Festivalı keçirildi. Sevindirici haldır ki, ölkəmizdə əsası qoyulmuş Avropa Oyunları Belarusun Minsk şəhərində davam etdirildi. Hər iki yarışda komandamız uğurlu çıxışları ilə yadda qaldı. Bu il ölkəmizdə olimpiya və qeyri-olimpiya idman növləri üzrə dünya və Avropa kuboklarının yarışları, Gimnastika üzrə Avropa çempionatı keçirildi. Bu yaxınlarda start götürmüş karate üzrə Avropa çempionatı keçirilir. İlin axırında əlbəyaxa döyüş növləri üzrə dünya festivalı keçirələcək. Bir sözlə, idmançılarımızın uğurlu nəticələri ölkə üçün əsas faktorlardan biri kimi dəyərləndirilir.
Bu il Nizami Paşayev öz uğurlu çıxışı ilə 3 qat dünya çempionu adını qazandı. 2009-cu ildə dünya çempionatındakı yarışda finalda qazaxıstanlı rəqibinə məğlub olaraq, 2-ci yerə çıxmışdı. Bu yarışda isə onu məğlub edərək, 3 qat dünya çempionu adını qazanmağa nail oldu. Təbii ki, idmanda itkilər hər zaman olur. Necə ki, həyat bir tərəfdən dolub, digər tərəfdən boşaldığı kimi, idman sahəsi də yaşadığımız bu həyatın kiçik bir zərrəsidir. İstər-istəməz idmandan uzaqlaşan idmançılarımız da olur. Artıq professional idmanla məşğul olmurlar. Onların yerini yeniyetmə idmançılar doldurur. Bu bir növ dəyirmana bənzəyir, fırlanır yenə də öz yerini gəlir tapır. Mütləqdir ki, biri digərini əvəz etsin. Bu da onu göstərir ki, rəqabət davam edir. Rəqabət olan yerdə qazanmaq da asan olur. Düşünürəm ki, rəqabət bizim ölkə çempionatına daha çox lazımdır. Çünki rəqabət olan yerdə, idmançı öz potensialını daha çox ortaya qoymuş olur.

- Karyerasını bitirən güləşçilərimiz hansı sahədə fəaliyyət göstərirlər?

- 90-cı illərdə idmançıların adları pis işlərdə hallanırdı. Ancaq bu gün idman sahəsinə diqqət yetirsək görərik ki, cənab prezidentimizin xüsusi bir qayğısı var. Bu diqqət hər bir idmançıya stimul verir ki, sabah idman sahəsindən uzaqlaşsa, işsiz qalmayacaq. Əlbəttə ki, karyerasını başa vuran idmançılar işsiz qalmırlar. Karyerasını başa vuran bəzi güləşçilərimiz federasiyada peşəkar məşqçi kimi fəaliyyət göstərirlər. Adların çəkə bilərəm, Olimpiya mükafatçıları Rövşən Bayramov, Emin Əhmədov kimi idmançılarımız hazırda milli yığma komandada məşqçi kimi fəaliyyət göstərirlər. Elə Olimpiya mükafatçılarımız var ki, dövlət qurumlarında işlə təmin olunublar. Ancaq hamımızı birləşdirən əsas məqam idmandır. Kimin harda işləməsindən asılı olmayaraq, hər birimiz çalışırıq ki, heç olmasa həftədə 1-2 dəfə idmanla məşğul olaq. Çünki professional idmanla məşğul olanlar bilir ki, idman etməsələr, bədəndə hər hansı bir neqativ məqam yaranar. Bədən artıq tempdə işləməyə öyrəşib. Ən azından rahatlaşmaq üçün, ara-sıra bu tempi bədənə verməliyik.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...