Anons

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Pediatr-nevroloq Müsənbər Səfərova: "O anda sadiq qalmağa çalışıram"

Tarix:9-12-2019, 20:46

Pediatr-nevroloq Müsənbər Səfərova: "O anda sadiq qalmağa çalışıram"
- Zaman sizi haradan götürüb, hara gətirdi?

- Mən Sumqayıt şəhərində dünyaya gəlmişəm. Zaman məni Sumqayıtdan Tibb Universitetinə, oradan da həkimliyin ən pik nöqtəsinə gətirib çıxartdı.

- Öz istəyinizləmi həkim oldunuz?

- Bəli, həkim olmaq uşaqlıq arzum olub.

- Artıq neçə ildir ki, fəaliyyətdəsiniz?

- On üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu on üç il ərzində nə müşahidə etdiniz?

- Həmkarlarımızla çox gözəl münasibətlərimiz var. Məqsədimiz birdir. Pasientlərimizin güvənini qazanmaq. Azdan-çoxdan buna nail olmuşuqsa, nə xoş bizə.

- İşinizin ən çətin tərəfi nədir?

- Uyğun müayinələrə üstünlük vermək, yersiz və səbəbsiz müalicələrdən isə qaçmaq! Xəstəlik yarandıqdan sonra müalicə deyil, xəstəliyin yaranmasının qarşısını almaq tək prinsipimdir.

- Xarakter olaraq necə birisiniz?

- Necəyəmsə, eləyəm. Çox qürurlu və güclüyəm. Öz ayaqlarım üzərində durmağı bacarıram. Özümü xoşbəxt qadın hiss edirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Mən nadir hallarda müalicə üsulunu seçirəm. Uşaqlara mənşəyi bilinməyən dərman preparatlarını yükləməkdənsə, çalışıram ki, onların özlərində xəstəliklərə qarşı immunitet yaradım. Proflaktik müayinələrə üstünlük verirəm.

- Nədən qorxursunuz?

- Güvən itirməkdən çox qorxuram.

- Yatsanız, yuxunuza nə girməzdi?

- Bu səviyyəyə qədər gəlib çıxacağım yatsam, yuxuma da girməzdi. Hər gün bir yeniliklə, hər gün bir uğurla rastlaşıram.

- Bir həkim olaraq sizi narahat edən nədir?

- Tibb sahəsində insanların az maariflənməsi və valideynlərin öz uşaqlarının sağlamlıqlarına qarşı bəzən çox laqeyd yanaşmaqları məni çox narahat edir. Həkimə vaxtında müraciət etsələr, hər hansı bir xəstəliyin ağırlaşmasının qarşısını almış olarlar.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, proflaktik müayinələrdən çəkinməsinlər. Səbəbi bilinməyən müalicələrdən qaçsınlar. Bizim də məqsədimiz hər zaman pasientlər arasında güvən yaratmaq və alnıaçıq olmaqdır.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu and mənim damarıma və iliyimə işləyəcək. Hər dəfə pasient qəbul edərkən o and gözümün önündə canlanır və o anda sadiq qalmağa çalışıram. Bu vaxta qədər o anda sadiq qalmışamsa, nə xoş mənə. Ümumiyyətlə, Hippokrat tibbin atası adlandırılır. Hippokrata görə, həkim xəstəliyi deyil, xarici mühiti və orqanizmin xarici fərdi xüsusiyyətlərini nəzərə alaraq xəstəni müalicə etməlidir. Mən Hipppokrat andı ilə yanaşı, onu bu müdrik sözləri ilə addım atmağı özümə borc bilirəm.

Pediatr-nevroloq Müsənbər Səfərova: "O anda sadiq qalmağa çalışıram"
Pediatr-nevroloq Müsənbər Səfərova: "O anda sadiq qalmağa çalışıram"
Pediatr-nevroloq Müsənbər Səfərova: "O anda sadiq qalmağa çalışıram"



Həkimlə əlaqə: (050) 3331388; (055) 3331388

Ünvan: Sumqayıt şəhəri, 5 saylı uşaq polikilinkası

Doktor Az klinikası

Bakı şəhər MayoMed klinikasıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...