Anons

Bu gün, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Bu gün, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Bu gün, 19:03- Papanın səhhəti yaxşılaşıb

Bu gün, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Haqqımızda Əlaqə

Psixoloq Samirə Bağırova ilə müsahibə

Tarix:2-12-2019, 13:05

Psixoloq Samirə Bağırova ilə müsahibə
- Samirə xanım, zaman adlı bir “at” sizi haradan götürüb, hara gətirdi?

- Hər zaman məqsədli biri idim. Qarşıma məqsədlər qoydum və istədiklərimə çatdım.

- İndi olduğunuz mövqedən razısınızmı?

- Razıyam, amma görüləsi işlər hələ qabaqdadır.

- Niyə məhz psixoloq oldunuz?

- Mən yetkin vaxtlarımdan müşahidəçi olmuşam. İnsnaların bədən dili, üz cigziləri mənə həmişə maraqlı gəlib. Onların şüuraltıların oxumaq istəmişəm.

- Xarakter olaraq necə birisiniz?

- Özümə qarşı tərifi sevmirəm. Pozitiv biriyəm. Problemlərim olsa da, onlara köklənmirəm. Nə qədər pozitiv olsam da, ciddi tərəfim də var. Roldan-rola girmirəm. Bir də ki, insanlarla məsafəli davranıram.

- Nə olmamalı idi, amma oldu?

- Çox şeylər olmamalı idi, amma oldu. Yaxşı ki, oldu. Yaşaya-yaşaya təcrübə qazanırıq.

- Dartıb özünüzlə apara bilmədiyiniz bir yük varmı?

- Düşünürəm ki, yoxdur.

- Gözlə qaş arasında nə baş verdi?

- Manipuliasiya baş verdi (gülür).

- Öz əlinizlə nə vaxtsa baltalanmısınızmı?

- Bəli, elə məqam olub. Mən hər nadir insanlara dəyər verirəm. Həmin insanlardan qarşılığını pis görəndə özümü baltalanmış hesab edirəm.

- Əliniz nə vaxtsa ətəyinizdə qalıbmı?

- Bəlkə də elə düşünmüşəm ki, qalıb. Amma vəziyyətdən çıxmışam.

- Yağışdan çıxıb yağmura düşmüsünüzmü?

- Bəli, düşmüşəm. Amma çıxmağı da bacarmışam.

- Qorxduğunuz nə idi ki, o da başınıza gəldi?

- Uzun illər bundan öncə belə şeylər ola bilərdi, amma indi heç nədən qorxmuram.

- Yatsanız, yuxunuza nə girməzdi?

- Mənim üçün belə bir anlam qalmayıb. İnsanlardan hər şey gözləyirəm.

- Nə ilə barışmırsınız?

- Hər şeylə barışmağı bacaran insanam, məğlubiyyətdən başqa.

- Qaçdıqca nəyə çata bilrmisiniz?

- Heç vaxt, heç nəyin arxasıyca qaçmıram. Hər şey özü gəlib məni tapır.

- Sizin üçün nə samanlıqda iynə axtarmaq kimidir?

- İstədiyimi əldə etmişəm.

- Gözünüzdən nə düşüb?

- Bəzi insanlar.

- Bəs gözünüz nəyə düşüb?

- Bəzi insanlara.

- Tərəzinin gözündə ağır gələn nədir?

- Hər bir insanın gözü tərəzidir. Mənim gözümdə ağır gələn xəyanətdir.

- Xəyanətə uğramısınızmı?

- Bəli, uğramışam.

- Sizin üçün əsrə bərabər olan gün hansı gün olub?

- Atamın rəhmətə getdiyi gün…

- Şüşəsindən çölə həsrət dağılan pəncərələrdən çox baxmısınız?

- Depressiyaya, həsrətə və s. bir o qədər də önəm vemrirəm. Çalışıram tez unudam.

- Daha çox nə ilə bağlı düşünürsünüz?

- Həyatımla, işlərimlə, planlarımla bağlı düşünürəm.

- Fələyin sizinlə davası nə üstdə oldu?

- Şəxsi həyatımda bəzi insanlarla bağlı olub.

- Nədən xəbəriniz yoxdur?

- Mənə maraqlı olan hər şeydən xəbərim var.

- Daş qayaya nə zaman rast gəldi?

- İki insan liderlik istəyəndə daş qayaya rast gəlir. İki qoçun başı bir qazanda qaynamaz.

- İpin ucunu dartdıqca hara gedir?

- İpin ucunu dartdıqca məni daha da irəliyə aparır.

- Mən axı hardan biləydim ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Bilmədiyim bir şey olmayıb. Çünki atdığım hər addımın necə nəticələnəciyini, nə istədiyimi və s. bilmişəm. Bütün təcrübələri öz üzərimdə keçmişəm.

Əlaqə: (050) 8006116

Psixoloq Samirə Bağırova ilə müsahibə
Psixoloq Samirə Bağırova ilə müsahibə
Psixoloq Samirə Bağırova ilə müsahibə
Psixoloq Samirə Bağırova ilə müsahibə
Psixoloq Samirə Bağırova ilə müsahibə
Psixoloq Samirə Bağırova ilə müsahibə
Psixoloq Samirə Bağırova ilə müsahibə
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...