Anons

Bu gün, 12:59- Yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb - AVCİYA

Bu gün, 12:48- Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Bu gün, 12:40- Bakıda yeni kiçik SES istismara verildi (VİDEO)

Bu gün, 11:52- “ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

Bu gün, 11:39- ABŞ-da müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlanıb

Bu gün, 10:51- “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi təsdiqlənib

Bu gün, 10:38- Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü

Bu gün, 10:25- Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

Bu gün, 10:03- Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Dünən, 17:44- Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Dünən, 17:10- AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır

Dünən, 16:59- Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq

Dünən, 16:48- Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

Dünən, 16:36- Redmibook 13 noutbuku ekranın ətrafında çox incə çərçivə alacaq

Dünən, 16:27- Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi”

Dünən, 16:14- Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb

Dünən, 16:05- Azərbaycanlı Xalq artisti xəstəxanaya yerləşdirildi

Dünən, 15:53- İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb

Dünən, 15:41- "Ölkə üzrə məktəblərdə əlavə 800 psixoloqa ehtiyac var" RƏSMİ AÇIQLAMA

Dünən, 15:32- Azərbaycanda otellərin ulduzlaşma prosesi necə aparılacaq?

Haqqımızda Əlaqə

Aynur Beşkonak: “ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin açılışını YÖK sədri Yekta Saraçın etməsi bizim üçün böyük şərəfdir”

Tarix:28-11-2019, 15:09

Aynur Beşkonak: “ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin açılışını YÖK sədri Yekta Saraçın etməsi bizim üçün böyük şərəfdir” Noyabrın 25-də Türkiyə Cümhuriyyətinin Yüksek Öğretim Kurulunun (YÖK) sədri, Professor Dr. Yekta Saraç Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Araşdırmaları Mərkəzinin açılışını edib və ADU-nun Fəxri doktoru adı ilə təltif olunub. Yeni açılan mərkəzin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aynur Beşkonakla müsahibəni təqdim edirik.

- Aynur xanım, ADU-da fəaliyyət göstərən mərkəzlərə Türkiyə Araşdırmaları Mərkəzinin əlavə olunması bu təhsil ocağının elmi-pedaqoji həyatı, eyni zamanda beynəxalq əlaqələri üçün əlamətdar hadisədir. Xüsusən, mərkəzin Yüksek Öğretim Kurulunun (YÖK) sədri, Professor Dr. Yekta Saraç tərəfindən açılması ADU-ya xüsusi münasibətin göstəricisidir. Bütün bunlarla bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Dillər Universitetinin son illərdə qazandığı uğurlar sözün həqiqi mənasında böyükdür. Universitetin elmi-pedaqoji həyatı günü-gündən inkişaf edir, beynəlxalq əlaqələri genişlənir. Son vaxtlarda ADU-ya gələn qonaqların sayı, imzalanan müqavilələr, beynəlxalq mübadilə proqramlarında iştirak bunun bariz nümunəsidir. Ölkəmizin elm həyatında saysız-hesabsız nailiyyətlərə imza atan universitetimiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi ilə bərabər, bir çox qiymətli elm adamlarını da qonaq edib. Maria Elisabetta Alberti Kasellati, Aleksandr Vuçiç, Buyar Nişani, Mövlud Çavuşoğlu, Jolt Çutora, Herman Van Rompuy, Vidiadxar Suracpasad Naypol, Aleksey Konstantinoviç Puşkov, Devid Harris kimi alimlərə və dövlət xadimlərinə universitetimiz tərəfindən Fəxri doktorluq adı verilib.

Növbəti Fəxri doktorumuz Türkiyə Cümhuriyyətinin Yüksek Öğretim Kurulunun (YÖK) sədri, Professor Dr. Yekta Saraç oldu. Bu, bizim üçün böyük şərəfdir. Professor Dr. Yekta Saraç Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin təhsil, mədəniyyət və elm istiqamətində əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə universitetimizin Fəxri doktoru adına layiq görülüb. Qeyd etdiyiniz kimi Yekta Saraç universitetimizdə Türkiyə Araşdırmaları Mərkəzinin açılışını etdi. Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə birlikdə mərkəzin açılışını edən Yekta Saraç və digər qonaqlar ortaq dəyərlərin qarşılıqlı öyrənilməsi və araşdırılmasının vacibliyini qeyd etdilər. Mərkəzin məhz onun iştirakı ilə açılması bizim üçün böyük qürurdur, universitetimizin həyatı üçün əlamətdar hadisədir. Mərkəzin açılışından çox məmnun olduğunu söyləyən YÖK-ün sədri Professor Dr. Yekta Saraç yeni mərkəzin fəaliyyətə başlamasını yüksək qiymətləndirdi.

- Türkiyə Araşdırmaları Mərkəzi gələcək fəaliyyətini hansı istiqamətdə quracaq?

- Əsas məqsəd Türkiyə Cümhuriyyətinin tarixi, mədəniyyəti, ədəbiyyatı, iqtisadiyyatı istiqamətində araşdırmalar aparmaq, ölkənin dilinin və mədəniyyətinin universitetimizdə fərqli etnik köklərə sahib Azərbaycan Dillər Universiteti tələbələrinə daha yaxından tanıtmaq və tədris etməkdir. Mərkəzimiz bununla yanaşı, hədəf olaraq, bir neçə istiqaməti müəyyənləşdirib. Məsələn, mərkəzimizin təmsil etdiyi Türkiyə Cümhuriyyəti ilə müvafiq sahələrdə əlaqələrin inkişafına dəstək olmaq, Türkiyə ali təhsil müəssisələri və tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması və mövcud əlaqələrin genişləndirilməsi, ölkənin təhsil, mədəniyyət, incəsənət sahəsindəki nümayəndələrini universitetimizə dəvət etmək, onların universitetimizdə keçirilən konfranslarda iştirakını təmin etmək, eyni zamanda ADU əməkdaşlarının Türkiyədəki konfranslarda iştirakını istiqamətləndirmək. Bura əlbəttə, müəllim, tələbə və işçi heyətinin mübadiləsini müəyyən layihələr çərçəvəsində həyata keçirmək də daxildir. Vacib istiqamətlərimizdən bir qismi də Azərbaycanda təhsil alan Türkiyə vətəndaşları ilə sıx əlaqələr qurmaq, Türkiyə Cümhuriyyətinin özəl günlərini qeyd etmək, mətbuatda mərkəzin fəaliyyəti ilə bağlı çıxış etməkdir.

- Mərkəz ortaq layihələr olaraq hansı istiqamətləri özü üçün müəyyənləşdirib?

- Ortaq layihələr çərçivəsində Türkiyə ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahəsindəki əməkdaşlığın inkişafı istiqamətində çalışmaları hədəfləyən mərkəzimiz ortaq mədəni mirasların tədqiqi sahəsində də faydalı əməkdaşlıqlar quracaqdır. Çünki tarix, mədəniyyət və soy baxımından qardaş iki ölkə olan Azərbaycan və Türkiyə arasındakı münasibət müstəsna bir özəlliyə sahibdir və bu iki mədəniyyətin, tarixin birgə araşdırılması nəticəsində daha dolğun və faydalı nəticələrə nail olacağına ümid edirik. Mərkəzimizin bir digər önəmli layihəsi Azərbaycan multikulturalizminin Türkiyə Cümhuriyyətində tanıdılması və tədris edilməsidir. Ölkə inkişafının mühüm bir sahəsini əhatə edən multikulturalizm Türkiyə elm sahəsinə Azərbaycan multukulturalizmini tanıtmağı və dərs olaraq tədris etdirməyi qarşısına məqsəd qoyub.

- Türkiyə Araşdırmaları Mərkəzi elm sahəsinə hansı töhfələri verə bilər?

- Elm insana işıqlı aləmin qapıların açan, onu mənən zənginləşdirən bir həqiqətdir. Bu həqiqətin işığı nə qədər gurdursa, müəmması və cəlbediciliyi də bir o qədər çoxdur. Hər kəs elmdən ala bildiyi payla bir ahəng içindədir və bu ahəngin ritmini pozan yenə də elmdir.

Elmin, biliyin məbədi sayılan ali təhsil ocaqları həm yönəltdikləri topululuqla, həm də aid olduqları dünyayla ahəng halındadır - dünyadan aldıqlarını cəmiyyətə verməklə hökmlüdür. Bu hökm dünyadakı elm, bilimlə qarşılıqlı bir tarazlıq içindədir və bir ali təhsil ocağının, elm və araşdırma mərkəzlərinin dünya ilə ahəng içində ola bilməsi təhsil, akademik iş və qarşılıqlı araşdırmalarla mümkündür. Mərkəzimizin eyni etnik-mədəni dəyərlərə sahib Türkiyə-Azərbaycan elmi istiqamətləri üçün faydalı olacağını düşünürük.

- Yekta Saraç ADU-dakı çıxışında aldığı Fəxri doktor təltifi və mərkəzin fəaliyyəti haqqında öz təəssüratlarını da bölüşdü…

- Bəli. İlk növbədə o, Azərbaycan Dillər Universitetinin Fəxri doktoru təltifinə görə Prezident cənab İlham Əliyevə, Təhsil naziri Ceyhun Bayramova, ADU-nun rektoru Kamal Abdullaya təşəkkürünü bildirdi. Vurğuladı ki, mənim gündəmimdə bundan sonra Azərbaycan Dillər Universitetinin xüsusi yeri, məxsusi önəmi olacaq.

Yekta Saraç təltifolunma mərasiməndəki çıxışında ona verilən bu ünvandan ötrü duyduğu məmnuniyyəti dilə gətirdi, bu fəxri ünvanı YÖK-ün bütün əməkdaşları adına qəbul etdiyini dedi. Yekta Saraç ona verilən adın daşıdığı məsuliyyətə xüsusi diqqət çəkərək onu da qeyd etdi ki, Türkiyə Yüksek Ögretim Kurulunun sədri kimi ADU ilə Türkiyə universitetlərinin əlaqələrinin daha da möhkəmdirilməsinə xüsusi diqqət ayıracaq.

Mən söhbətimizi Yekta Saraçın digər bir fikri ilə tamamlamaq istəyirəm: “ADU-nun Fəxri doktorluğu təltifini bu universitetin nümayəndəsi olaraq vəzifə kimi qəbul edirəm. Fəxri doktorluq adı mənə əlavə öhdəliklər verir. Bu səbəbdən də əlimizdən gələn səyləri əsirgəməyəcəyik”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...