Anons

Bu gün, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Bu gün, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Bu gün, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Bu gün, 13:17- Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Bu gün, 12:59- Yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb - AVCİYA

Bu gün, 12:48- Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Bu gün, 12:40- Bakıda yeni kiçik SES istismara verildi (VİDEO)

Bu gün, 11:52- “ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

Bu gün, 11:39- ABŞ-da müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlanıb

Bu gün, 10:51- “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi təsdiqlənib

Bu gün, 10:38- Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü

Bu gün, 10:25- Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

Bu gün, 10:03- Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Dünən, 17:44- Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Dünən, 17:10- AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır

Dünən, 16:59- Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq

Dünən, 16:48- Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

Dünən, 16:36- Redmibook 13 noutbuku ekranın ətrafında çox incə çərçivə alacaq

Dünən, 16:27- Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi”

Dünən, 16:14- Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb

Haqqımızda Əlaqə

Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Ağ xalat həkimin özünə güvənidir"

Tarix:21-11-2019, 22:01

Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Ağ xalat həkimin özünə güvənidir"
- Lalə xanım, necə oldu ki, həkim oldunuz?

- Mən anamın arzusunu reallaşdırmaq üçün bu sahəyə gəldim. Vaxtilə o da həkim olmaq istəyib, lakin istəyinə çatmayıb. Bu sahəyə gələcəyim heç vaxt ağlımın ucundan da keçməmişdi. Lakin tələbəlik illərimdən etibarən bu peşəni sevməyə başladım. Pasientlərimin sağlamlıqılarında irəliləyiş gördükcə bu işə marağım daha da artır. Var gücümlə və istəklə bu fəaliyyətimi davam etdirirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on ildir ki, bu sahədəyəm. Son üç ildə həm də dietoloq olaraq fəaliyyət göstərirəm.

- Həkimliyin çətin tərəfi nədir?

- Həkimin yanaşdığı qədər pasientlər öz sağlamlıqlarına qarşı məsuliyyətli yanaşmırlar.

- Xarakter olaraq necə birisiniz?

- Məni tanıyanlar bilirlər ki, mən çox mülayim bir insanam. Amma bəzən səbrimin tükəndiyi anlar da olur (gülür). Xüsusən də pasientlərin özlərinə qarşı məsuliyyətsiz və laqeyd davrandıqlarını gördükdə tərs üzümü göstərirəm (gülür).

- Ümumiyyətlə, sizi narahat edən məsələ nədir?

-Dediyim kimi, bəzi pasientlərin özlərinə və xəstəliklərinə qarşı laqeyd yanaşmaqları və "nə olacaqsa, olacaq ", deməkləridir. İnsan hər saniyəsinin nə qədər dəyərli olduğunu dərk etməlidir.

- Bir həkim olaraq nəyə qətiyyətlə "yox" deyirsiniz?

- Pasienti yola vermək olmaz. Əgər pasient həkimin otağından çıxarkən nisbətən sağaldığını hiss edirsə, deməli, həmin həkim nəyəsə nail olub deməkdir.

- İş prinsipiniz nədən ibarətdir?

- İlk növbədə, xəstədə yazdığmız müalicəyə qarşı inam yaratmaq və onların həyat tərzlərini dəyişmək. Bizim işimizdə pasient əsəblərinə və çəkisini qorumağı bacarmırsa, bizim müalicəmizin bir əhəmiyyəti qalmır.

- Ağ xalatsız özünüzü necə hiss edirsiniz?

- Ağ xalatsız həkimi başlıqsız hekayəyə bənzədirəm. Xalat həkimin özünə güvənidir.

- Nədən qorxursunuz?

- Yalnızlıqdan... Təsəvvür edin ki, ətrafınızda sizi sevən və sizin sevdiyiniz heç kim yoxdur.

- Xanımlara nə məsləhət görürsünüz?

- Azərbaycan şəraitində bir xanım olaraq yaşamaq çox çətindir. Demək istəyirəm ki, dar çərçivədə olsa da, öz xanımlığınızın dəyərini bilin və onu hər zaman qoruyun.

- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

-Ağlıma gəlməzdi ki, yaşadığımız zamanla bu and arasında böyük bir ziddiyət olacaq və hər həkim içdiyi anda sadiq qalmayacaq. Nə qədər pis səslənsə də, bu, reallıqdır.

Həkimlə əlaqə: (070) 8584346

Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Ağ xalat həkimin özünə güvənidir"
Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Ağ xalat həkimin özünə güvənidir"
Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Ağ xalat həkimin özünə güvənidir"
Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Ağ xalat həkimin özünə güvənidir"
Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Ağ xalat həkimin özünə güvənidir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...